Tarix:22/09/15
Son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından söz açan nazir bir çox istiqamətlər, o cümlədən rabitə, İKT, yüksək texnologiyalar, kosmik və nüvə texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb.
Argentinanın kosmik və nüvə texnologiyalarının inkişafı sahəsində qazandığı uğurlardan danışan nazir Əli Abbasov ölkəmizdə də bu iki istiqamətin prioritet kimi önə çəkildiyini diqqətə çatdırıb, Azərbaycanın hazırda kosmik sahədə “Azərspace-1” – telekommunikasiya və “Azersky” - Yer səthinin məsafədən müşahidə peykinə malik olduğunu qeyd edib, dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyaları sahəsində həyata keçirilən layihələrdən söz açıb.
Argentina Respublikasının Xarici İşlər nazirinin müavini Eduardo Zuain də ölkələrimiz arasında son illər bütün istiqamətlər üzrə uğurlu müstəvidə davam edən əməkdaşlığın mövcud səviyyəsinin məmnunluq doğurduğuna diqqət çəkərək, gələcək əməkdaşlıq istiqamətləri, perspektivləri ilə bağlı öz fikirlərini paylaşıb, Argentinanın kosmik və nüvə texnologiyaları üzrə ixtisaslaşan “İNVAP” şirkətinin rəhbəri isə Azərbaycana təkliflərini səsləndirib.
Görüşdə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üzrə qarşılıqlı maraq doğuran digər əməkdaşlıq istiqamətləri də ətraflı müzakirə edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Argentina ilə nüvə tədqiqatları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentina Respublikasının xarici işlər nazirinin müavini Eduardo Zuainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından söz açan nazir bir çox istiqamətlər, o cümlədən rabitə, İKT, yüksək texnologiyalar, kosmik və nüvə texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb.
Argentinanın kosmik və nüvə texnologiyalarının inkişafı sahəsində qazandığı uğurlardan danışan nazir Əli Abbasov ölkəmizdə də bu iki istiqamətin prioritet kimi önə çəkildiyini diqqətə çatdırıb, Azərbaycanın hazırda kosmik sahədə “Azərspace-1” – telekommunikasiya və “Azersky” - Yer səthinin məsafədən müşahidə peykinə malik olduğunu qeyd edib, dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyaları sahəsində həyata keçirilən layihələrdən söz açıb.
Argentina Respublikasının Xarici İşlər nazirinin müavini Eduardo Zuain də ölkələrimiz arasında son illər bütün istiqamətlər üzrə uğurlu müstəvidə davam edən əməkdaşlığın mövcud səviyyəsinin məmnunluq doğurduğuna diqqət çəkərək, gələcək əməkdaşlıq istiqamətləri, perspektivləri ilə bağlı öz fikirlərini paylaşıb, Argentinanın kosmik və nüvə texnologiyaları üzrə ixtisaslaşan “İNVAP” şirkətinin rəhbəri isə Azərbaycana təkliflərini səsləndirib.
Görüşdə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üzrə qarşılıqlı maraq doğuran digər əməkdaşlıq istiqamətləri də ətraflı müzakirə edilib.
Baxış sayı: 2323
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək