Tarix:22/10/15
ETM-in xəbərdarlığında qeyd edilir ki, "Google Chrome" veb brauzerini tamamilə silməklə özünün saxta surətini onun əvəzinə kompüterə quraşdıran ziyanverici proqram - saxta brauzer aşkar olunub.
Təhlükəsizlik ekspertləri qeyd edir ki, istifadəçilərin "eFast Browser" adlandırılan bu saxta veb brauzerlə "Google Chrome" brauzeri arasındakı fərqi asanlıqla müəyyən etməsi mümkün deyil.
ETM internet istifadəçilərinin nəzərinə çatdırır ki, "eFast Browser" ziyanverici proqramı ciddi təhlükəsizlik problemlərinə və fərdi məlumatların oğurlanması hallarına gətirib çıxara bilər.
"Həmin saxta brauzer vasitəsilə bədniyyətli sizin daxil olduğunuz veb səhifələrdə icazəsiz reklamlar yerləşdirə, sizi saxta məzmunu olan zərərli saytlara yönləndirə və internetdəki fəaliyyətinizi izləyə bilər. Tövsiyə edirik ki, "Google Chrome" veb brauzerini rəsmi veb saytından endirin və onu kompüterinizə quraşdırarkən hər bir mərhələni diqqətlə təhlil edin" – deyə xəbərdarlıqda qeyd olunur.
SEYMUR
ETM Azərbaycanın internet istifadəçilərinə növbəti dəfə xəbərdarlıq edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycanın internet istifadəçilərinə növbəti dəfə xəbərdarlıq edib.ETM-in xəbərdarlığında qeyd edilir ki, "Google Chrome" veb brauzerini tamamilə silməklə özünün saxta surətini onun əvəzinə kompüterə quraşdıran ziyanverici proqram - saxta brauzer aşkar olunub.
Təhlükəsizlik ekspertləri qeyd edir ki, istifadəçilərin "eFast Browser" adlandırılan bu saxta veb brauzerlə "Google Chrome" brauzeri arasındakı fərqi asanlıqla müəyyən etməsi mümkün deyil.
ETM internet istifadəçilərinin nəzərinə çatdırır ki, "eFast Browser" ziyanverici proqramı ciddi təhlükəsizlik problemlərinə və fərdi məlumatların oğurlanması hallarına gətirib çıxara bilər.
"Həmin saxta brauzer vasitəsilə bədniyyətli sizin daxil olduğunuz veb səhifələrdə icazəsiz reklamlar yerləşdirə, sizi saxta məzmunu olan zərərli saytlara yönləndirə və internetdəki fəaliyyətinizi izləyə bilər. Tövsiyə edirik ki, "Google Chrome" veb brauzerini rəsmi veb saytından endirin və onu kompüterinizə quraşdırarkən hər bir mərhələni diqqətlə təhlil edin" – deyə xəbərdarlıqda qeyd olunur.
SEYMUR
Baxış sayı: 464
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir