12px13px15px17px
Tarix:25/05/16

Bakıda Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondu üzrə Qəyyumlar Şurasının iclası keçirilir

Ümumdünya Poçt İttifaqının (ÜPİ)  təşkilatçılığı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə Bakıda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) üzrə Qəyyumlar Şurasının (Board of Trustees – BoT) iclası keçirilir.
 
 İclas iştirakçılarını Azərbaycan  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından salamlayan RYTN-in Poçt sektorunun müdiri Novruz Məmmədov ölkəmizdə poçt sahəsinin inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar, icra edilən layihələr, poçt qanunvericiliyi və digər məsələlər haqda məlumat verib.
 
Məlumat verilib ki, Ümumdünya Poçt İttifaqı ilə əməkdaşlıq çərçivəsində indiyədək 8 layihə həyata keçirilib. Bu layihələrə poçt yüklərinin daşınması üçün avtomaşın, müxtəlif çeşidli skaner, printer, izləmə sistemi avadanlıqlarının  alınaraq  poçt şəbəkəsində istismara verilməsi daxildir.
 
İclasda Regional Rabitə Birliyinin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurası adından müvafiq tövsiyələr səsləndirilərək, QSF tərəfindən reallaşdırılan layihələrin xüsusən inkişaf etməkdə olan ölkələrə töhfə verməkdə olduğunu, layihələrin bundan sonra da davam etdirilməsinin zərurilyi vurğulanıb.
 
 
Öz növbəsində QSF üzrə Qəyyumlar Şurasının sədri İzabel Tavares 20 sentyabr-7 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək XXVI Ümumdünya Poçt Konqresindən söz açaraq, QSF-nin gələcək fəaliyyətinin də  məhz bu konqresdə müzakirə olunacağını qeyd edib.
 
Xanım Tavares Xidmət Keyfiyyəti Fondunun növbəti illərdə işini daha fəal və müsbət istiqamət üzrə davam etdirəcəyinə əminliyini ifadə edib.
 
 
Qeyd edək ki, üç gün davam edəcək iclas Azərbaycanda ilk dəfə keçirilir.
 
Dünyanın bütün coğrafi regionlarını təmsil edən və 9 ölkə nümayəndəsindən ibarət ÜPİ-nin Qəyyumlar Şurasında, dünya ölkələrinin poçt xidməti keyfiyyətinin yüksəldilməsi üzrə ÜPİ-yə təqdim etdikləri layihələrə baxılaraq müzakirələrdən sonra təsdiqlənir, onların icrasına nəzarət həyata keçirilir, icranın nəticələrinə görə müvafiq qiymətləndirmə işləri yerinə yetirilir.
 
Sözügedən 9 ölkədən (ABŞ, Avstraliya, Portuqaliya, İsveçrə, Misir, Hindistan, Nigeriya, Çili) biri də Azərbaycandır. Azərbaycan Şurada Şərqi Avropa və Simali Asiya regionunu təmsil edir.
 
Ölkəmiz bu vacib orqanın üzvü olmaqla, milli poçt üçün bir sıra əhəmiyyətli layihələrin hazırlanması və maliyyələşməsi istiqamətində əhəmiyyətli imkanlar əldə etmiş sayılır. 




Baxış sayı: 1917

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024