Tarix:17/01/18
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, söhbət nəhəng mobil operatorların saxta saytları vasitəsilə yayılan “Skygofree” virusundan gedir. Həmin saxta saytlarda istifadəçilərə internet qoşulmanı sürətləndirən proqram quraşdırmaq təklif edilir.
"Kasperski Laboratoriyası" bu troyanı “Android” sistemi üçün ən güclü casus alətlərindən biri adlandırıb.
Virus mobil qurğu üzərində nəzarəti, demək olar ki, tam ələ keçirir: qurğunun yerini izləyə, diktofonu qoşa, mobil rabitəyə, “Bluetooth” və “Wi-Fi” modullarına nəzarət edə, “Facebook Messenger”, “Skype”, “Viber” və “WhatsApp” kimi mobil proqramları idarə edə bilir. Zərərli proqram təminatı yazışmanı "oxumaq" və mesaj göndərmək qabiliyyətinə malikdir.
Ekspertlər hesab edirlər ki, sözügedən virus İtaliyada hazırlanıb.
Emil Hüseynov
“Android” sistemi üçün ən güclü viruslardan biri aşkar edilib
"Kasperski Laboratoriyası" “Android” mobil əməliyyat sistemində “WhatsApp” messencerindən mesajları oğurlayan virus aşkar ediblər. Troyan simsiz şəbəkələrə qoşulur, məxfi fotoşəkillər çəkir, həmçinin SMS-ləri, kontaktları, parolları və kredit kartlarının nömrələrini oğurlayır.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, söhbət nəhəng mobil operatorların saxta saytları vasitəsilə yayılan “Skygofree” virusundan gedir. Həmin saxta saytlarda istifadəçilərə internet qoşulmanı sürətləndirən proqram quraşdırmaq təklif edilir.
"Kasperski Laboratoriyası" bu troyanı “Android” sistemi üçün ən güclü casus alətlərindən biri adlandırıb.
Virus mobil qurğu üzərində nəzarəti, demək olar ki, tam ələ keçirir: qurğunun yerini izləyə, diktofonu qoşa, mobil rabitəyə, “Bluetooth” və “Wi-Fi” modullarına nəzarət edə, “Facebook Messenger”, “Skype”, “Viber” və “WhatsApp” kimi mobil proqramları idarə edə bilir. Zərərli proqram təminatı yazışmanı "oxumaq" və mesaj göndərmək qabiliyyətinə malikdir.
Ekspertlər hesab edirlər ki, sözügedən virus İtaliyada hazırlanıb.
Emil Hüseynov
Baxış sayı: 510
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir