Tarix:27/04/18
Növbəti tədbirlər Gəncədə təşkil olunub. Adıçəkilən şəhərdə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin tələbələrinin iştirakı ilə seminarlar keçirilib.
Səfər çərçivəsində Elektron Hökumət Təlim-Tədris Mərkəzi və ali təhsil müəssisələrinin rəhbərlikləri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbirlərdə mərkəzin direktoru Rauf Cabbarov açılış nitqi ilə çıxış edib. Çıxışda regionlarda təhsil alan tələbələrin İT sahəsi üzrə biliklərinin artırılması, bacarıqlarının inkişafı perspektivlərindən danışılıb, bu sahənin onların gələcək karyeralarındakı önəmi vurğulanıb.
Daha sonra seminarlarda mərkəzin əməkdaşları tərəfindən elektron hökumət həlləri, İKT üzrə təlim imkanları, beynəlxalq sertifikasiya proqramları, tələbələr üçün karyera imkanları və sosial layihələr barədə təqdimatlar nümayiş etdirilib.
Həmçinin, tədbirlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə keçirdiyi, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Microsoft” şirkətinin təşkilatçısı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Azercell” şirkətinin tərəfdaşı olduğu “İdeyadan biznesə” adlı startap turu barədə də tələbələrə ətraflı məlumat verilib.
Üç universitetdə keçirilən tədbirlərdə ümumilikdə 600 nəfərdən çox tələbə və müəllim heyəti iştirak edib.
Tədbirlərin sonunda universitetlərin tələbələri və müəllim heyəti ilə fəal müzakirələr aparılıb. Universitet nümayəndələri bu tədbirlərin davamlı keçirilməsi ilə bağlı istəklərini bölüşüblər.
Gəncədə tələbələrə informasiya texnologiyaları sahəsi üzrə silsilə təlimlər keçilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi regionlarda tələbələrin informasiya texnologiyaları (İT) sahəsi üzrə karyeralarının inkişafına dəstək məqsədli tədbirlər həyata keçirir.Növbəti tədbirlər Gəncədə təşkil olunub. Adıçəkilən şəhərdə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin tələbələrinin iştirakı ilə seminarlar keçirilib.
Səfər çərçivəsində Elektron Hökumət Təlim-Tədris Mərkəzi və ali təhsil müəssisələrinin rəhbərlikləri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbirlərdə mərkəzin direktoru Rauf Cabbarov açılış nitqi ilə çıxış edib. Çıxışda regionlarda təhsil alan tələbələrin İT sahəsi üzrə biliklərinin artırılması, bacarıqlarının inkişafı perspektivlərindən danışılıb, bu sahənin onların gələcək karyeralarındakı önəmi vurğulanıb.
Daha sonra seminarlarda mərkəzin əməkdaşları tərəfindən elektron hökumət həlləri, İKT üzrə təlim imkanları, beynəlxalq sertifikasiya proqramları, tələbələr üçün karyera imkanları və sosial layihələr barədə təqdimatlar nümayiş etdirilib.
Həmçinin, tədbirlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə keçirdiyi, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Microsoft” şirkətinin təşkilatçısı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Azercell” şirkətinin tərəfdaşı olduğu “İdeyadan biznesə” adlı startap turu barədə də tələbələrə ətraflı məlumat verilib.
Üç universitetdə keçirilən tədbirlərdə ümumilikdə 600 nəfərdən çox tələbə və müəllim heyəti iştirak edib.
Tədbirlərin sonunda universitetlərin tələbələri və müəllim heyəti ilə fəal müzakirələr aparılıb. Universitet nümayəndələri bu tədbirlərin davamlı keçirilməsi ilə bağlı istəklərini bölüşüblər.
Baxış sayı: 2080
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək