Tarix:25/06/18
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, hesabata görə, 2017-ci ildə korporativ elektron poçt ünvanlarının ələ keçirilməsi, fırıldaqçı proqram təminatının yayılması və kibercinayətkarların özlərini texniki dəstək xidməti qismində qələmə verməsi kimi müxtəlif fırıldaqçı taktikaların populyarlığında artım qeydə alınıb. Ötən il İnternetdə Cinayətlərə Reaksiya Mərkəzinə (Internet Crime Complaint Center, IC3) kibercinayətlərlə bağlı ümumilikdə 301 580 şikayət daxil olub.
Məlumata görə, 2017-ci ildə daha çox yayılmış cinayət növləri fərdi məlumatların oğurlanması və fişinq hücumları olub. Ən böyük ziyanı elektron poçt ünvanlarının ələ keçirilməsi, eləcə də sifariş edilmiş məhsulun ödənilməməsi və ya çatdırılmaması halları ilə bağlı insidentlər vurub.
ABŞ-dan kənarda kibercinayətlər haqqında daha çox məlumatlar Kanada, Hindistan, Böyük Britaniya, Avstraliya, Meksika, Rusiya və Braziliyadan daxil olub.
Nizam Nuriyev
Ötən il internetdə kibercinayətkarlığa həsr edilən hesabat dərc edilib
ABŞ Federal Təhqiqatlar Bürosu 2017-ci ildə dünyada internetdə kibercinayətkarlığın əsas tendensiyalarının təhlilinə həsr edilən hesabat dərc edib.“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, hesabata görə, 2017-ci ildə korporativ elektron poçt ünvanlarının ələ keçirilməsi, fırıldaqçı proqram təminatının yayılması və kibercinayətkarların özlərini texniki dəstək xidməti qismində qələmə verməsi kimi müxtəlif fırıldaqçı taktikaların populyarlığında artım qeydə alınıb. Ötən il İnternetdə Cinayətlərə Reaksiya Mərkəzinə (Internet Crime Complaint Center, IC3) kibercinayətlərlə bağlı ümumilikdə 301 580 şikayət daxil olub.
Məlumata görə, 2017-ci ildə daha çox yayılmış cinayət növləri fərdi məlumatların oğurlanması və fişinq hücumları olub. Ən böyük ziyanı elektron poçt ünvanlarının ələ keçirilməsi, eləcə də sifariş edilmiş məhsulun ödənilməməsi və ya çatdırılmaması halları ilə bağlı insidentlər vurub.
ABŞ-dan kənarda kibercinayətlər haqqında daha çox məlumatlar Kanada, Hindistan, Böyük Britaniya, Avstraliya, Meksika, Rusiya və Braziliyadan daxil olub.
Nizam Nuriyev
Baxış sayı: 430
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir