12px13px15px17px
Tarix:13/12/11

“Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı

Dünyanın aparıcı mobil qurğular istehsalçısı “Samsung Electronics” şirkəti 2011-ci ildə mobil telefon satışlarının 300 milyonu keçməsi haqda bəyan etdi. Bu göstərici şirkətin tarixində rekord oldu.

“Artıq bu ilin proqnozlarını keçib arxada qoyan rekord satışlar göstəricisini əldə etdiyimiz üçün fəxr edirik. Bu, ondan xəbər verir ki, bütün dünyada “Samsung”-un mobil telefonlarına və smartfonlarına olan tələbat tədricən daha da artmaqdadır.

“Samsung” şirkətinin müxtəlif mobil platformalarından istifadə edən şəxslər üçün geniş mobil qurğular çeşidi vardır. Şirkət “Android”, “Windows Phone” və “Samsung”-un bada əməliyyat sistemi üzərində smartfonlar buraxır.

Fenomenal uğurumuzu 2012-ci ildə də inkişaf etdirməyi planlaşdırırıq”,-deyə “Samsung” şirkətinin “Mobile Communications Business” bölməsinin rəhbəri və prezidenti C.K. Şin qeyd edir.

İlkin məlumatlar 2011-ci ilin şirkət üçün uğurlu keçməsini təsdiqləyir. “Samsung Galaxy S” və “Samsung Galaxy S II” smartfonlarını birləşdirən “Samsung Galaxy S” flaqman xətti “Samsung” mobil qurğularının böyük müvəffəqiyyətinin əsas səbəblərindən oldu.

Demək olar ki, məhz bu xəttin uğuru sayəsində “Samsung Galaxy” brendi dünyanın ən məşhur və tanınan mobil qurğular brendlərindən biri oldu. 2011-ci ilin fevralında təqdim edilən “Samsung Galaxy S II” smartfonu da “Samsung” şirkətinin rekordçusuna çevrildi.

Bu müddət ərzində 10 milyon qurğu satıldı.Bada platformalı “Samsung” smartfonlarının satış göstəricisi də artmağa davam edir. “Samsung”-un sözügedən platformasının inkişafına növbəti təkanı yeni bada 2.0. versiyanın çıxması verdi.

Payızda “Samsung” bada platformalı yeni “Wave 3” flaqmanını təqdim etdi.2011-ci ildə “Samsung” şirkəti ilk 5,3 düymlük “HD Super AMOLED”displeyli “Samsung Galaxy Note” qurğusunu təqdim etməklə özünün mobil qurğular xəttini genişləndirdi.

Bu innovasiyalı mobil qurğusu çərçivəsində həcmli sensor displeyi və “S Pen” elektron qələmin yardımılə daxiletmə texnologiyası birləşdirilmişdir. “İFA 2011” sərgisində təqdim olunduğu andan “Samsung Galaxy Note” istehlakçıların böyük marağına səbəb oldu.




Baxış sayı: 2746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Noyabr 2024

11 11 2024