Tarix:31/01/12
Amerika tədqiqatçıları və “Dvice” portalı nümunə kimi bir neçə Afrika ölkəsini misal gətiriblər. Afrika ölkələrinin bir çox sakinləri mərkəzləşdirilmiş elektrik şəbəkələrinin yoxluğuna görə neft lampalarından istifadə etməli olurlar.
Bu lampalar onlar üçün adi közərmə lampalarını əvəz edirlər və həmin lampaların sayəsində qaranlıqda oxuya və işləyə bilirlər. Mütəxəssislərin hesablamalarına əsasən, belə neft lampaları günəş panelləri ilə işləyən qurğularla müqayisədə iqtisadi cəhətdən təxminən 2 dəfə daha az əlverişlidir.
Bundan əlavə, neft lampaları, həmçinin çox təhlükəlidir, çünki alışan yanacağı söndürmək olduqca çətindir.
Hal-hazırda Afrikada günəş panelləri ilə işləyən qurğular yayılmağa başlayır.
Əlbəttə ki, belə cihazlar bahadır, lakin həll tapılıb. Belə ki, ilk əvvəl 10 dollar dəyərində olan dəst (2.5 Vatt gücündə olan günəş paneli, lampanın divar, stolüstü və ya asma montajı üçün plastik korpus, iki işıq diodu, iki akkumulyator) almaq lazımdır, sonra isə 18 ay ərzində həftədə 1 dollar ödəmək lazımdır.
Tədqiqatçıların hesablamalarına əsasən, üçüncü dünya ölkələrində günəş enerjisindən istifadəyə keçid tədricən baş verəcək.
İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
Xüsusi günəş panellərindən istifadə edilməsi yolu ilə günəş işığından əldə olunan elektrik enerjisi, bir qayda olaraq yanacaq elementlərinin istifadəsindən daha baha başa gəlir. Bu, inkişaf etmiş ölkələr üçün aktualdır, lakin üçüncü dünya dövlətlərində hər şey tamamilə əksinədir.Amerika tədqiqatçıları və “Dvice” portalı nümunə kimi bir neçə Afrika ölkəsini misal gətiriblər. Afrika ölkələrinin bir çox sakinləri mərkəzləşdirilmiş elektrik şəbəkələrinin yoxluğuna görə neft lampalarından istifadə etməli olurlar.
Bu lampalar onlar üçün adi közərmə lampalarını əvəz edirlər və həmin lampaların sayəsində qaranlıqda oxuya və işləyə bilirlər. Mütəxəssislərin hesablamalarına əsasən, belə neft lampaları günəş panelləri ilə işləyən qurğularla müqayisədə iqtisadi cəhətdən təxminən 2 dəfə daha az əlverişlidir.
Bundan əlavə, neft lampaları, həmçinin çox təhlükəlidir, çünki alışan yanacağı söndürmək olduqca çətindir.
Hal-hazırda Afrikada günəş panelləri ilə işləyən qurğular yayılmağa başlayır.
Əlbəttə ki, belə cihazlar bahadır, lakin həll tapılıb. Belə ki, ilk əvvəl 10 dollar dəyərində olan dəst (2.5 Vatt gücündə olan günəş paneli, lampanın divar, stolüstü və ya asma montajı üçün plastik korpus, iki işıq diodu, iki akkumulyator) almaq lazımdır, sonra isə 18 ay ərzində həftədə 1 dollar ödəmək lazımdır.
Tədqiqatçıların hesablamalarına əsasən, üçüncü dünya ölkələrində günəş enerjisindən istifadəyə keçid tədricən baş verəcək.
Baxış sayı: 1905
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb