Tarix:27/01/12
Qeyd edək ki, "informasiya işçisi" (information worker) termini dedikdə informasiyanın emalı və ya yeni informasiya əldə edilməsi ilə bağlı fəaliyyətlə məşgul olan işçilər başa düşülür. Bu qrupa, bir qayda olaraq, İT sahə əməkdaşlarının əksəriyyətini, həmçinin proqramçıları, analitikləri, planlaşdırma üzrə mütəxəssisləri və digərlərini aid edirlər.
"Forrester Research" şirkəti tərəfindən keçirilmiş tədqiqatda 17 müxtəlif ölkədən təxminən 10 min işçi iştirak edib. Həmin işçilər gün ərzində kompyuter və ya digər intellektual qurğular ilə ən azı 1 saat işləməli olurlar. Tədqiqat nəticəsində aydın olub ki, işdə onların 15 faizi "Apple" məhsullarının birindən, 5 faizi ikisindən və 1 faizi hər üçündən istifadə edir.
Qeyd edək ki, ən populyar qurğu "iPhone" smartfonu olub. Sorğuda iştirak edənlərin 11 faizi üstünlüyü ona veriblər. Bu halda "iPad" planşeti və "Mac" kompyuterləri ilə respondentlərin müvafiq olaraq 9 və 8 faizi işləyir. Tədqiqat nəticəsində məlum olub ki, "alma" imperiyasının məhsullarından daha çox yüksək gəlirə malik işçilər istifadə edirlər.
"Forrester" tədqiqatı, həmçinin "Apple" kompyuterlərinin korporativ seqmentdə irəliləməsinə sübutdur. Əgər 2010-cu ildə "Mac OS X" əməliyyat sistemi ilə işləyən kompyuterlər 36 faiz şirkətin ofislərində var idisə, o zaman 2011-ci ildə bu göstərici 46 faizə qədər artıb.
Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
Dünyanın təxminən 21 faiz informasiya işçisi işdə "Apple" məhsullarının ən azı birindən istifadə edirlər. "Forrester Research" tədqiqat şirkətinin mütəxəssisləri belə nəticəyə gəliblər.Qeyd edək ki, "informasiya işçisi" (information worker) termini dedikdə informasiyanın emalı və ya yeni informasiya əldə edilməsi ilə bağlı fəaliyyətlə məşgul olan işçilər başa düşülür. Bu qrupa, bir qayda olaraq, İT sahə əməkdaşlarının əksəriyyətini, həmçinin proqramçıları, analitikləri, planlaşdırma üzrə mütəxəssisləri və digərlərini aid edirlər.
"Forrester Research" şirkəti tərəfindən keçirilmiş tədqiqatda 17 müxtəlif ölkədən təxminən 10 min işçi iştirak edib. Həmin işçilər gün ərzində kompyuter və ya digər intellektual qurğular ilə ən azı 1 saat işləməli olurlar. Tədqiqat nəticəsində aydın olub ki, işdə onların 15 faizi "Apple" məhsullarının birindən, 5 faizi ikisindən və 1 faizi hər üçündən istifadə edir.
Qeyd edək ki, ən populyar qurğu "iPhone" smartfonu olub. Sorğuda iştirak edənlərin 11 faizi üstünlüyü ona veriblər. Bu halda "iPad" planşeti və "Mac" kompyuterləri ilə respondentlərin müvafiq olaraq 9 və 8 faizi işləyir. Tədqiqat nəticəsində məlum olub ki, "alma" imperiyasının məhsullarından daha çox yüksək gəlirə malik işçilər istifadə edirlər.
"Forrester" tədqiqatı, həmçinin "Apple" kompyuterlərinin korporativ seqmentdə irəliləməsinə sübutdur. Əgər 2010-cu ildə "Mac OS X" əməliyyat sistemi ilə işləyən kompyuterlər 36 faiz şirkətin ofislərində var idisə, o zaman 2011-ci ildə bu göstərici 46 faizə qədər artıb.
Baxış sayı: 2261
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb