Tarix:27/01/12
Şirkət əhəmiyyətli maliyyə göstəricilərinə mobil telefon satışları hesabına müvəffəq olub. Belə ki, 2011-ci ilin nəticəsinə əsasən, mobil telefon satışları 300 milyonu ötüb. Bundan əlavə, “Samsung” şirkətinin hesablamalarına əsasən, mobil qurğuların sabit satışları 2012-ci ildə davam edəcək.
Şirkətin 2011-ci ilin oktyabr-dekabr ayları ərzindəki əməliyyat gəliri 5,2 trilyon Koreya vonu (4,5 milyard dollar) təşkil edib. Məlumat üçün qeyd edək ki, keçən ilin analoji dövründə bu göstərici 3,01 trilyon vona bərabər olub. Analitiklər isə “Samsung” şirkətindən 4,6 trilyon von səviyyəsində əməliyyat gəliri gözləyirdilər.
Müstəqil Koreya analitiklərinin hesablamalarına əsasən, şirkətin mobil bölməsinin əməliyyat gəliri 1 il ərzində 81% artaraq 2,6 trilyon von, bu istiqamətdə olan satışlar isə 36% artaraq 16,45 trilyon von təşkil edib.
Məlumat üçün qeyd edək ki, üçüncü rübdə “Strategy Analytics” şirkətinin statistikasına əsasən, “Samsung” şirkəti 27,8 milyon smartfon sataraq əsas rəqibi “Apple”-ı smartfon satışları üzrə ötə bilib.
“Dongbu Securities” analitiklərinin hesablamalarına əsasən, Koreya şirkəti dördüncü rübdə bazara 32 milyon smartfon tədarük edib.
Daha bir strateji əhəmiyyətli biznes olan yarımkeçirici istehsalına gəlincə isə şirkətin bu seqmentdəki mənfəəti 11% azalaraq 1,6 trilyon von təşkil edib. Halbuki satışlar 9,65 trilyon vona bərabər olub. Şirkətin televiziya biznesindəki göstəriciləri isə əhəmiyyətli dərəcədə azalıb.
Analitiklərin hesablamalarına əsasən, bu seqmentdə əməliyyat gəliri 6,5 milyard von təşkil edib. Məlumat üçün qeyd edək ki, keçən il bu göstərici 100 milyard vona bərabər olub. Bununla belə satışlar artıb: 7,2 trilyon vondan 7,95 trilyon vona qədər.
“Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
“Samsung Electronics” şirkəti bu gün rüblük hesabatını dərc edib. Şirkətin məlumatına əsasən, dördüncü rübdə “Samsung” şirkətinin mənfəəti 4 trilyon Koreya vonu və ya 3,6 milyard dollar təşkil edib. Satışlar 13% artaraq 47,3 trilyona bərabər olub.Şirkət əhəmiyyətli maliyyə göstəricilərinə mobil telefon satışları hesabına müvəffəq olub. Belə ki, 2011-ci ilin nəticəsinə əsasən, mobil telefon satışları 300 milyonu ötüb. Bundan əlavə, “Samsung” şirkətinin hesablamalarına əsasən, mobil qurğuların sabit satışları 2012-ci ildə davam edəcək.
Şirkətin 2011-ci ilin oktyabr-dekabr ayları ərzindəki əməliyyat gəliri 5,2 trilyon Koreya vonu (4,5 milyard dollar) təşkil edib. Məlumat üçün qeyd edək ki, keçən ilin analoji dövründə bu göstərici 3,01 trilyon vona bərabər olub. Analitiklər isə “Samsung” şirkətindən 4,6 trilyon von səviyyəsində əməliyyat gəliri gözləyirdilər.
Müstəqil Koreya analitiklərinin hesablamalarına əsasən, şirkətin mobil bölməsinin əməliyyat gəliri 1 il ərzində 81% artaraq 2,6 trilyon von, bu istiqamətdə olan satışlar isə 36% artaraq 16,45 trilyon von təşkil edib.
Məlumat üçün qeyd edək ki, üçüncü rübdə “Strategy Analytics” şirkətinin statistikasına əsasən, “Samsung” şirkəti 27,8 milyon smartfon sataraq əsas rəqibi “Apple”-ı smartfon satışları üzrə ötə bilib.
“Dongbu Securities” analitiklərinin hesablamalarına əsasən, Koreya şirkəti dördüncü rübdə bazara 32 milyon smartfon tədarük edib.
Daha bir strateji əhəmiyyətli biznes olan yarımkeçirici istehsalına gəlincə isə şirkətin bu seqmentdəki mənfəəti 11% azalaraq 1,6 trilyon von təşkil edib. Halbuki satışlar 9,65 trilyon vona bərabər olub. Şirkətin televiziya biznesindəki göstəriciləri isə əhəmiyyətli dərəcədə azalıb.
Analitiklərin hesablamalarına əsasən, bu seqmentdə əməliyyat gəliri 6,5 milyard von təşkil edib. Məlumat üçün qeyd edək ki, keçən il bu göstərici 100 milyard vona bərabər olub. Bununla belə satışlar artıb: 7,2 trilyon vondan 7,95 trilyon vona qədər.
Baxış sayı: 1972
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb