12px13px15px17px
Tarix:01/02/12

“Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb

Dünyanın ən böyük riteylerlərindən biri "Amazon.com" bu gün dördüncü rübün nəticələrinə əsasən, təmiz mənfəətin 57 faiz azalması haqqında məlumat verib.

Buna şirkətin bayramqabağı internet sifarişləri pulsuz çatdırmaları, həmçinin "Kindle Fire" internet planşetlərinin satışları səbəb olub. Şirkətdən bildirilib ki, hesabat dövründə təmiz mənfəət 177 milyon dollar və ya 1 səhm üçün 38 sent təşkil edib.

Qeyd edək ki, keçən il bu göstərici 416 milyon dollar və ya 1 səhm üçün 91 sent təşkil edib. "Amazon" şirkətinin 2011-ci ilin oktyabr-dekabr ayları ərzində satışları 35 faiz artaraq 17,4 milyard dollar təşkil edib, lakin analitiklər 18,3 milyard dollar səviyyəsində mədaxil  proqnozlaşdırırdılar.


Rüblük hesabatın dərc edilməsindən sonra "Amazon" şirkətinin səhmlərinin qiyməti 11 faiz azalıb. Şirkətin cari ilin birinci rübü ilə bağlı proqnozunda deyilir ki, "Amazon" internet-şirkətinin mənfəətliliyinin əməliyyat göstəricisi 200 milyon dollar dəyərində zərərdən 100 milyon dollar dəyərində qazanca  kimi dəyişə bilər.

Analitiklər "Amazon" şirkətindən 268 milyon dollar dəyərində təmiz mənfəət gözləyirlər. "Amazon" şirkətinin satışları 13-14 milyard dollar səviyyəsində gözlənilir.


Ekspertlər qeyd edirlər ki, hal-hazırda "Amazon"un mənfəətinin əhəmiyyətli hissəsini şirkətin əsas saytında öz nümayəndəliklərini açan digər satıcılar təmin edirlər. "Amazon"da 1 il ərzində kənar satışların həcmi 65 faiz artıb və hal-hazırda ümumi satış həcminin 36 faizini təşkil edir.
 




Baxış sayı: 2124

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Noyabr 2024

14 11 2024