Tarix:02/02/12
İlk olaraq gəncləri bayram münasibətilə təbrik edən baş direktor onlara müəssisənin ictimai fəaliyyətində daha yaxından iştirak etməyi, öz bilik və bacarıqlarını daim artırmağı tövsiyə edib. Daha sonra məruzə ilə çıxış edən “Azərpoçt” MMC-nin Gənclər Təşkilatının sədri Rövşən Rüstəmov ötən bir il ərzində təşkilatın fəaliyyəti barədə hesabat verərək görülən işləri diqqətə çatdırıb.
Görüşdə bildirilib ki, son illər gənclərin MMC-nin fəaliyyətində və əldə etdiyi uğurlarda yaxından iştirakı hər kəsi sevindirir. Təkcə bir faktı demək kifayətdir ki, hal-hazırda MMC-nin aparatında olan rəhbər heyətin təxminən 25-30 faizi gənclərdən ibarətdir. Bu da 800-dən artıq üzvü özündə birləşdirən Gənclər Təşkilatının “Azərpoçt” MMC-nin fəaliyyətində aparıcı qüvvə olduğunu nümayiş etdirir.
Daha sonra fərqlənən gənclər MMC-nin fəxri fərmanları və pul mükafatı ilə mükafatlandırılmışdır.
Sonda Gənclər Təşkilatının 02 fevral Gənclər günü ilə bağlı bəyanatı oxunmuş, gənclərin bundan sonra da MMC-nin fəaliyyətində daha yaxından iştirak edəcəklərinə, öz bilik və bacarıqlarını daima təkmilləşdirərək hər zaman qabaqcıllar sırasında olacaqlarına əmin olduqları bildirilmişdir.
“Azərpoçt” MMC-də Gənclər günü qeyd edildi
Hər il olduğu kimi, bu il də 2 fevral Gənclər bayramı bütün rabitə müəssisələrində olduğu kimi, “Azərpoçt” MMC-də də qeyd edilib. İlk olaraq təşkilatın üzvləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra Gənclər günü münasibətilə “Azərpoçt” MMC-də baş direktor Q.Bəybalayevin də iştirakı ilə gənclərlə görüş keçirilib.İlk olaraq gəncləri bayram münasibətilə təbrik edən baş direktor onlara müəssisənin ictimai fəaliyyətində daha yaxından iştirak etməyi, öz bilik və bacarıqlarını daim artırmağı tövsiyə edib. Daha sonra məruzə ilə çıxış edən “Azərpoçt” MMC-nin Gənclər Təşkilatının sədri Rövşən Rüstəmov ötən bir il ərzində təşkilatın fəaliyyəti barədə hesabat verərək görülən işləri diqqətə çatdırıb.
Görüşdə bildirilib ki, son illər gənclərin MMC-nin fəaliyyətində və əldə etdiyi uğurlarda yaxından iştirakı hər kəsi sevindirir. Təkcə bir faktı demək kifayətdir ki, hal-hazırda MMC-nin aparatında olan rəhbər heyətin təxminən 25-30 faizi gənclərdən ibarətdir. Bu da 800-dən artıq üzvü özündə birləşdirən Gənclər Təşkilatının “Azərpoçt” MMC-nin fəaliyyətində aparıcı qüvvə olduğunu nümayiş etdirir.
Daha sonra fərqlənən gənclər MMC-nin fəxri fərmanları və pul mükafatı ilə mükafatlandırılmışdır.
Sonda Gənclər Təşkilatının 02 fevral Gənclər günü ilə bağlı bəyanatı oxunmuş, gənclərin bundan sonra da MMC-nin fəaliyyətində daha yaxından iştirak edəcəklərinə, öz bilik və bacarıqlarını daima təkmilləşdirərək hər zaman qabaqcıllar sırasında olacaqlarına əmin olduqları bildirilmişdir.
Baxış sayı: 1447
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək