Tarix: 26/02/13 Dünya Bankının nümayəndəsi Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını yüksək qiymətləndirib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralini qəbul edib.
Tarix: 25/02/13 Astronomlar Şamaxıya yığışacaqlar

3-6 oktyabr 2013-cü il tarixlərində Şamaxı şəhərində AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasının 60 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Tarix: 25/02/13 Şirvan şəhərinin kadastrının yaradılması ilə bağlı tenderin qalibi müəyyən edilib

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması” işlərinin satınalınması ilə əlaqədar keçirilmiş açıq tenderin nəticələri məlum olub. Tender prosedurunun nəticələrinə əsasən "İntegris" MMC satınalma prosedurunun qalibi müəyyən edilib və həmin şirkətlə satınalma müqaviləsi imzalanıb.
Tarix: 25/02/13 Şamaxı Astrofizika Rəsədxanasında Yer planetinin yaxınlığından keçən asteroid müşahidə edilib

AMEA Şamaxı Astrofizika Rəsədxanasında Yer planetinin yaxınlığından keçən “2012 DA 14” asteroidinin müşahidələri aparılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Tarix: 25/02/13 Sürücülərin nəzərinə: “Qeyri-düzgün parklanmayan avtomobilin kompüterlə şəkli çəkiləcək”

Avtobus dayanacaqlarında avtomobil saxlayanlarla bağlı ciddi tədbirlərə start verilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, paytaxt yollarında nəqliyyatın intensiv hərəkətini bərpa etmək üçün “Yol hərəkəti haqqında” qanunla qadağan olunan yerlərdə avtomobilini saxlayan sürücülər barəsində ciddi tədbirlər görüləcək.
Tarix: 25/02/13 Şamaxı Astrofizika Rəsədxanasında üç ixtisas üzrə Müdafiə Şurası yaradılıb

Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA Şamaxı Astrofizika Rəsədxanasında üç ixtisas üzrə Müdafiə Şurası yaradılıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Rəsədxanadan bildirilib ki, fizika üzrə fəlsəfə doktoru pilləsi ilə əlaqədar
Tarix: 25/02/13 Bu gün maliyyə informasiyasının tədarükçüsü dünyasını dəyişib

1899-cu il fevralın 25-də “Röyters” informasiya agentliyinin banisi Reyter dünyasını dəyişib. O, 1816-cı ildə Almaniyada doğulub. Reyter ilk jurnalist təcrübəsini Paris şəhərində alıb. O, hazırda “France-Presse” kimi tanınan “Charles-Louis Havas” agentliyində işləyib. Lakin Reyter şəxsi səbəblərdən Almaniyaya geri qayıtmalı olub və Aahen şəhərində öz informasiya agentliyini yaradıb.
Tarix: 22/02/13 2012-ci ildə Çinin elmi araşdırmalara xərcləri 160 milyard dolları ötüb

2012-ci ildə Çinin elmi araşdırmalara xərcləri 1,02 trilyon yuan (162 milyard dollar) olub ki, bu da 2011-ci ilin göstəricisindən 17.9 faiz çoxdur. Bu barədə Çin Xalq Respublikasının (ÇXR) Dövlət Statistika İdarəsinin hesabatında qeyd edilib.
Tarix: 22/02/13 Təhsil Nazirliyi Məlumat İdarəetmə Sistemi və yeni veb-sayt təqdim edib

Bu gün Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın təqdimatı olub. Tədbirdə Prezident Administrasiyası Aparat rəhbərinin müavini Novruz Məmmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov və başqaları iştirak edib.
Tarix: 22/02/13 Nazir: “Orta məktəblərdə mobil telefonların istifadəsi ilə bağlı hər hansı qadağanedici əmr və ya sərəncam yoxdur”

“Orta məktəblərdə mobil telefonların istifadəsi ilə bağlı hər hansı qadağanedici əmr və ya sərəncam yoxdur”. “ICTnews” elektron xəbər xidməti bildirir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Bununla yanaşı, o qeyd edib ki, ümumtəhsil məktəblərində
Tarix: 22/02/13 ABŞ səfiri : “Xocalı faciəsi ilə bağlı Ağ Evin rəsmi saytında yerləşdirilən petisiyaya cavab veriləcək”

Xocalı faciənin 21-ci ildönümü ərəfəsində Ağ Evin rəsmi internet səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində Xocalı soyqırımı qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə yerləşdirilən petisiya üçün lazımınca imza toplanılıb. Hazırda həmin müraciətə cavab verilməsi istiqamətində iş gedir.
Tarix: 21/02/13 Ani çəkiliş üçün ilk fotoaparat təqdim edilib

1947-ci il fevralın 21-də ixtiraçı Edvin Lend ilk “Polaroid” fotoaparatını nümayiş etdirib. Fotoaparat özündə fotoçəkiliş və fotoların emalı proseslərini birləşdirmişdi. İlk “Polaroid” aparatı kadrları demək olar ki anında hazır edirdi.
Tarix: 21/02/13 "Solar Impulse" təyyarəsi benzinsiz ABŞ-ı qət etməyə hazırlaşır

“Solar Impulse” təyyarəsi bu gün ABŞ-a doğru istiqamət götürüb: ölkənin Qərb sahilindən Şərq sahilinədək olan məsafəni benzinsiz qət edəcək. Qeyd edək ki, İsveçrədə hazırlanmış təyyarə günəş enerjisi ilə işləsə də, hələ ki transatlantik uçuşların öhdəsindən gələ bilmir və buna görə də o, Yeni Dünyaya "Boinq 747" yük təyyarəsinin bortunda çatdırılacaq. Bu səhər "Boinq" İsveçrənin Payern şəhərində yerləşən hərbi aerodromundan uçaraq ABŞ-a doğru istiqamət götürüb.
Tarix: 21/02/13 Kosmik tədqiqatlar Azərbaycanın geodinamik şəraitinə dair yeni məlumatlar verir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun apardığı kosmik geodeziya tədqiqatları əsasında yeni nəticələr üzə çıxıb. Belə ki, Böyük Qafqazın cənub yamacı, Qobustan, Kür çökəkliyi və Naxçıvanda, həmçinin İranla sərhədyanı rayonlarda yer qabığında sıxılma baş verir.
Tarix: 21/02/13 Nyu-Yorkda Xocalı soyqırımı “Pax Turcica” sistemi ilə göndərilən məktublar vasitəsilə tanıdılacaq

Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində faciə qurbanlarının xatirəsi anılır, qətliamın dünya ictimaiyyətinə tanıdılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bəzi ölkələrdə Azərbaycan diasporunun və səfirliklərin xətti ilə Xocalı qətliamının 21-ci ildönümünə həsr olunmuş tədbirlərə artıq start verilib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248