Tarix: 27/05/15 Buraxılış imtahanlarının nəticələri elektron imza ilə təsdiqlənəcək

Buraxılış imtahanlarının və yekun qiymətləndirmənin nəticələri onlayn rejimində elektron imza ilə imzalanmış şəkildə təhsil müəssisələrinə təqdim ediləcək. Bundan sonra isə dövlət nümunəli təhsil sənədlərinin məzunlara verilməsi prosesi başlayacaq.
Tarix: 27/05/15 Rasim Əliquliyev: “Elektron elm Elmlər Akademiyasında geniş tətbiq olunur”

“İKT sahəsində əldə olunmuş nailiyyətlər, indikatorlar göstərir ki, Azərbaycan doğrudan da regionun aparıcı ölkəsidir və başqa ölkələrə Azərbaycan modeli kimi örnək ola bilər. Müəyyən vaxtlarda elmdə informasiya texnologiyalarının əhəmiyyəti o qədər də qiymətləndirilmirdi. Amma son zamanlar informasiya texnologiyalarının elmi fəaliyyətin müxtəlif istiqamətlərdə tətbiq olunması ilə bağlı kompleks işlər həyata keçirilir”.
Tarix: 27/05/15 Yaxın 10 ildə istehlak elektronikası bazarında illik artım 4 faiz olacaq

“Transparency Market Research” analitik şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ildə dünya istehlak elektronikası bazarının həcmi 1,074 trilyon dollar təşkil edib, 2022-ci ilədək bazarda dövriyyə 1,55 trilyon dollara çata bilər.
Tarix: 27/05/15 Səhvləri üzərində çalışan robot təqdim olunub

ABŞ-ın Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sadə tapşırıqları yerinə yetirən zaman yol verdiyi səhvlər üzərində öyrənən robot yaradılıb.
Tarix: 27/05/15 2015-ci ildə qlobal smartfon bazarında artım tempi 11,3 faiz yüksələcək

“IDC” analitik şirkətinin yeni proqnozuna əsasən, 2015-ci ildə qlobal smartfon tədarükü 11,3 faiz yüksələrək 1,45 milyarda yaxınlaşacaq ki, bu da ötənilki artımdan 27,6 faiz azdır.
Tarix: 27/05/15 İKT səhiyyə xidmətlərindən istifadəni asanlaşdırır

Proqnoza görə, 2030-cu ilədək dünyada 366 milyon insan diabet xəstəliyindən əziyyət çəkəcək. Bay Umar Qey mobil səhiyyə variantlarının Seneqalda diabetiklər üçün səhiyyə xidmətlərinə girişi tamamilə dəyişdirməsini izah edib.
Tarix: 27/05/15 Azərbaycanla Rusiya arasında sənədlərin elektron üsulla işlənməsi üçün İşçi Qrupu yaradılacaq

Azərbaycan Rusiya ilə dəmir yolu nəqliyyatında informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqini həyata keçirəcək və sənədlərin elektron üsulla işlənməsini həyata keçirəcək. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı iki ölkə arasında memorandum imzalanıb.
Tarix: 27/05/15 Avropa hökumətləri elektron hesab-fakturaları dəstəkləyir

Elektron kanallar vasitəsilə hesab-fakturaların göndərilməsi tendensiyası artmaqda davam edir. Proqnozlara görə, 2015-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrində şirkət və hökumətlər arasında rəqəmli hesab-fakturaların mübadiləsi 4,6 milyarda çatacaq.
Tarix: 27/05/15 Dünyada rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının ümumi sayı 1,65 milyarda çatacaq

2010-2016-cı illərdə dünyada rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının ümumi sayı Asiya-Sakit okean regionunda artım sayəsində 1 milyard artaraq 1,65 milyarda çatacaq.
Tarix: 27/05/15 “Elektron hökumət” portalında yeni onlayn servis işə salınıb

“Elektron hökumət” portalında yeni xidmət istifadəyə verilib.
Tarix: 27/05/15 Yaponiyada dünyanın ən böyük üzən günəş elektrik stansiyası istifadəyə verilib

Yaponiyanın Kasay şəhərində dünyanın ən böyük üzən günəş elektrik stansiyası istifadəyə verilib. Bu haqda layihənin hazırlanması ilə məşğul olan “Kyocera” şirkəti məlumat verib.
Tarix: 27/05/15 “4G” rabitə texnologiyasının Böyük Britaniya bazarına nüfuzetmə səviyyəsi 50 faizi ötəcək

Britaniyanın “EE” mobil operatorunun məlumatına əsasən, onun şəbəkəsində “4G” trafikin həcmi “3G”-ni ötüb. “eMarketer” tədqiqat şirkətinin məlumatına görə, bu halda “4G” trafikin çox hissəsi videonun payına düşüb.
Tarix: 27/05/15 İlin sonunadək Yer kürəsinin hər ikinci sakini internetdən istifadə edəcək

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) proqnozuna görə, 2015-ci ilin sonunadək dünya əhalisinin təxminən yarısı (46,4 faiz) internetdən istifadə edəcək.
Tarix: 26/05/15 Elektron arayışların daha geniş şəkildə tətbiqi məsələləri müzakirə edildi

Arayışlar hüquqi sənəd olaraq subyekt barədə müvafiq informasiyanı təsdiqləmə vasitəsi kimi ölkəmizdə demək olar ki əksər fəaliyyət sahələrində tətbiq olunur.
Tarix: 26/05/15 “Cisco” şirkəti Bakıda "Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik" mövzusunda forum keçirib

Bu gün Bakıda “Cisco” şirkətinin "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik" mövzusunda forumu keçirilib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248