Tarix: 11/03/14 Azərbaycandaqlobal “Startup Weekend” tədbiri keçiriləcək

18-20 aprel tarixlərində Bakıda qlobal formatlı “Startup Weekend” tədbiri keçiriləcək. Müstəqil mütəxəssislər, “Startup Weekend” Qlobal Forumu tərəfindən təşkil edilən, Yüksək Texnologiyalar Parkının, “Startup Azerbaycan” və digər sponsorların dəstəyi ilə təşkil edilən tədbir çərçivəsində sahibkarlar, startap entuziastları, marketerler, dizaynerlər və proqramçılardan ibarət komandalar yaradılacaq.
Tarix: 11/03/14 Ünvanlı sosial yardım ödənişi üçün bütün plastik kartlar yeniləri ilə əvəz olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardımın bankomatlar vasitəsilə alınması üçün verilmiş bütün plastik ödəniş kartlarının yeniləri ilə əvəz olunması nəzərdə tutulur.
Tarix: 11/03/14 Avropa və Sinqapuru 20 min kilometrlik kabel birləşdirəcək

On beş telekommunikasiya şirkəti qrupunun daxil olduğu “Sea-Me-We 5” konsorsiumu “NEC” və “Alcatel-Lucent” şirkətləri ilə Avropa və Sinqapur arasında yüksəksürətli rabitə bağlantısını təmin edəcək sualtı kabelin çəkilməsinə dair bir neçə yüz milyon dollar dəyərində saziş imzalayıblar.
Tarix: 11/03/14 Kubada mobil telefonlardan poçta daxil olmaq mümkün olacaq

Kubanın dövlət telekommunikasiya provayderi “Etecsa” mobil telefonlardan elektron poçta daxil olmaq üçün xidmət göstərməyə başlayıb, bu halda poçt yalnız “nauta.cu” milli portalında qeydiyyatdan keçirilməlidir. Bu barədə ötən həftənin şənbə günü “Juventud Rebelde” qəzeti yazıb.
Tarix: 11/03/14 Bir terabayt tutumlu optik disklər təqdim olunub

“Sony” və “Panasonic” şirkətləri “Archival Disc” (“Arxiv diski”) standartlı optik disklər təqdim edib. Məlumatların uzunmüddətli saxlanılması üçün nəzərdə tutulan disklərin tutumu bir terabayt təşkil edə bilər. Bu barədə “Sony” şirkətinin məlumatında deyilir.
Tarix: 11/03/14 Gənclərin elmi ədəbiyyata informasiya tələbatını təmin etmək məqsədilə elmi-biblioqrafik göstərici hazırlanacaq

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) gənclər arasında elmi ədəbiyyatın təbliği istiqamətində qrant layihəsi həyata keçirilir. Kitabxananın əməkdaşı, doktorant Natiq Mürsəlovun rəhbərliyi ilə reallaşan “Gənclər arasında elmi ədəbiyyatın təbliğinin informasiya təminatı” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
Tarix: 11/03/14 Texniki Universitetdə elektron təhsil sisteminin tətbiqinə başlanılıb

Azərbaycan Texniki Universitetində (AzTU) “Elektron təhsil sisteminin yaradılması” layihəsi başa çatdırılıb və onun tətbiqinə başlanılıb.
Tarix: 11/03/14 Azərbaycanda “Onlayn şəffaflıq” mövzusunda monitorinqin nəticələri yaxın bir ay ərzində təqdim ediləcək

Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən icra olunan Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi çərçivəsində “Onlayn şəffaflıq” mövzusunda araşdırmalar aparılır.
Tarix: 11/03/14 “Sony” Tokiodakı keçmiş mənzil-qərargahını satıb

Yaponiyanın “Sony” şirkəti Tokiodakı keçmiş mənzil-qərargahını və ona bitişik binanı 156 milyon dollara satıb. Bu barədə “The Wall Street Journal” nəşri məlumat verib.
Tarix: 11/03/14 Xəzər - Qara dəniz regionu ölkələrinin telekommunikasiya sahəsində inkişafı müzakirə ediləcək

Bakıda Xəzər - Qara dəniz regionu ölkələrinin telekommunikasiya sahəsində inkişafı və perspektivləri müzakirə ediləcək.
Tarix: 07/03/14 Azərbaycanda daha bir xidmət “Elektron hökumət” portalı üzərindən göstəriləcək

Artıq dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq
Tarix: 07/03/14 “F#” proqramlaşdırma dili sürətlə populyarlaşır

“Tiobe Community Index”in məlumatına görə, “Microsoft” korporasiyasının dəstəyi ilə yaradılmış “F#” proqramlaşdırma dili müstəqil tərtibatçılar arasında sürətlə populyarlaşır.
Tarix: 07/03/14 “Samsung” 2013-cü ildə Avropada patentləşdirmənin həcminə görə lider olub

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti ən böyük smartfon istehsalçısıdır. Lakin hazırda şirkət, həmçinin patentləşdirmənin həcminə görə Avropada lider olub və öz rəqiblərini bu göstərici üzrə 10 dəfə ötüb. Avropa Patent İnformasiya İdarəsinin məlumatlarında bu barədə qeyd olunub.
Tarix: 07/03/14 Yeni proqram təminatı yazışmaları sürətləndirəcək

Dövlət Sığorta Nəzarəti Xidməti sığorta şirkətləri ilə kargüzarlıq işlərinin aparılması üçün proqram təminatı hazırlayacaq.
Tarix: 07/03/14 Planetin ilk qadın proqramçısı

Avqust Ada Kinq kompüter texnikası tarixinə öz adını ilk qadın-proqramçı kimi yazdırmışdır. O, kompüterin bir çox tətbiqi məsələlərin həlli üçün çoxfunksiyalı alət rolunu oynaya biləcəyini qabaqcadan proqnozlaşdırmışdı.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248