12px13px15px17px
Tarix:31/03/12

Tarixi zərurət, yoxsa texnoloji nailiyyət - noutbukların yaranma səbəbi nə idi?

İnsan arzulamağı sevir. O həm də arzularını həyata keçirməyi bacarır. Texniki inkişaf nə qədər sürətli gedirsə, ən cəsarətli ideyalar bir o qədər sürətli həyata keçir, bu ideyaların yaradıcıları isə yaşadıqları müddətdə effektiv işləyən maşın və ya cihazları seyr etməkdən həzz alırlar. Belə yenilikçilərdən biri Alan Key olub. O, kompyuter tarixinə noutbukun "atası" kimi düşüb.

Alan Key 1940-cı il mayın 17-də anadan olub. Kompyuterlərlə orduda, daha dəqiq Rendolf təlim bazasında daha yaxından tanış olub. Orada ona "Burroughs 220" adlı kompyuterdə işləmək nəsib olub. Bu maşın lampalar ilə işləyirdi və 1957-ci ildə "Electrodata Corporation" şirkəti tərəfindən hazırlanmışdı. Ona görə də maşın ilk əvvəl "Electrodata Datatron 220" adlanırdı, lakin sonra "Electrodata" şirkəti "Burroughs" tərəfindən satın alındı.

Alan Key

Hərbi xidmətini başa vuran Alan Key Kolorado Universitetində "riyaziyyat və molekulyar biologiya" ixtisası üzrə təhsil aldı.
"Logo" proqramlaşdırma dilinin "atası" Seymur Papert ilə görüş və "Xerox Palo Alto Research Center"-də (PARC) işləməsi onun taleyinə əhəmiyyətli təsir göstərdi.

Alan Key Papert ilə həm də Massaçusets Texnologiya Universitetinin süni intellekt laboratoriyasında yanbayan çalışırdı. Papert ozamankı meynfreymlər ilə insanlar arasında olan "divar"ı aradan götürməyə çalışırdı ki, sonuncu Elektron Hesablama Maşınında (EHM) işləmək üçün çoxsəhifəli materialları və proqramlaşdırma dillərini öyrənməli olmasın.

Lakin bunun üçün "fərdi kompyuter" ideyasını irəli sürmək, sonra aparatı və lazımi proqram təminatını yaratmaq lazım idi. Papertin ideya yoldaşı, dünyada ilk kompyuter "siçan"ını yaratmış Duqlas Enqelbart fərdi kompyuter sənayesinin inkişafına böyük töhfə verdi.

Alan Key "EHM" ilə insanın yaxınlaşdırılması təşəbbüsündə 1968-ci il üçün təsəvvür edildiyindən daha irəli getmişdi. Qrafik interfeyssiz ilk fərdi kompyuter dövrü yenicə başlanmışdı ki, Key leptopun (kiçik ölçülü daşına bilən fərdi kompyuter) yaradılması haqqında fikirləşdi. Alan Keyin fikrinə əsasən, onun "Dynabook"-u (konsept belə adlandırılmışdı) hamıya multimedia informasiyasına çıxış imkanı verməli idi. Həm də uşaq auditoriyasına üstünlük verilirdi. Sonralar Alan Keyin "One Laptop Per Child" layihəsi ilə aktiv məşğul olmağa başlaması heç də təsadüfi deyildir. Layihə çərçivəsində inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqlar üçün ucuz noutbuk yaradıldı.

"Dynabook" isə konsept olaraq qaldı, lakin Alan Keyin bir çox ideyaları sonralar "Xerox Alto" qrafik interfeysli stolüstü fərdi kompyuterin yaradılması zamanı istifadə edildi. Hərçənd onun fikrinə görə, "Dynabook" bloknot ölçüsündə, yastı ekran və lokal şəbəkəyə simsiz qoşulma imkanına malik fərdi kompyuter olmalı idi.





 "NoteTaker" noutbuku
 
Bir çoxlarının "Dynabook" haqqında az və ya çox məlumatı var. Lakin "NoteTaker" noutbukunun tarixi ilə çox az adam tanışdır. Məhz bu maşın dünyada ilk yığcam kompyuter hesab olunmalıdır. Bəli, "NoteTaker" noutbuku istehsal olunmadı, lakin təxminən 10 ədəd işlək nümunə yığılmışdı.

"NoteTaker" noutbuku 1976-cı ildə "PARC" mərkəzində hazırlanmışdı. Onun yaradılması ilə Larri Tesler, Adel Qoldberq, Duqlas Feyrbeyrn və Alan Keyin daxil olduğu qrup məşğul olmuşdu.

"NoteTaker" noutbuku 1 MHz takt tezlikli prosessor, 128 KB əməli yaddaş, quraşdırılmış monoxrom (ağ-qara) ekran, elastiki disk və "siçan" ilə təchiz olunmuşdu. Əməliyyat sistemi kimi "Xerox Alto" kompyuteri (qrafik interfeysli ilk fərdi kompyuter) üçün yazılmış "Smalltalk" versiyası istifadə olunmuşdu. Bu noutbukun klaviaturası qatlanan qapağa quraşdırılmışdı. "NoteTaker" noutbukunun çəkisi 22 kq idi.

"NoteTaker", həmçinin ona görə tamdəyərli noutbuk idi, avtonom (batareya vasitəsilə) işləyə bilirdi.
Qəribə səslənsə də, "Xerox" tədqiqat mərkəzi "NoteTaker" noutbuku vasitəsilə pul qazana bilmədi. Məsələn, "Osborne Computer Corporation" şirkəti ən yaxşı vaxtlarında ay ərzində 10 minədək "Osborne 1" noutbuku satmışdı.





"GRiD Compass 1101"
 
1979-cu ildə "GRiD Compass 1101" noutbuku yaradıldı. Bu leptop da ilk yığcam kompyuter adına namizəddir. Ən azı, bu leptopun seriyalı istehsalı baş tutmuşdu, hərçənd ki o, satışa 1982-ci ildə, "Osborne 1" noutbukundan sonra çıxarılmışdı. Bununla belə, bu iki noutbuk bir-birinə rəqib deyildilər, belə ki "GRiD Compass 1101" noutbuku ABŞ-ın aerokosmik agentliyi tərəfindən öz ehtiyaclarını ödəmək üçün sifariş edilmişdi. Həqiqətən də astronavtlar keçən əsrin 80-90-cı illərində ştatlarda "GRİD Compass 1101" noutbukundan aktiv istifadə edirdilər.

Bu noutbukun yaradıcısı Uilyam Moqric idi. Noutbukun ilk modelləri avtonom işləmək imkanına malik deyildilər. "GRİD Compass 1101" noutbuku 8 MHz takt tezlikli "İntel 8086" prosessoru, 340 KB tutuma malik disk, 320x240 nöqtə təsvir ölçülü elektrolüminissent ekran, 1200 bod/s sürətli modem və maqnezium ərintisindən hazırlanmış möhkəm korpus ilə təchiz edilmişdi.

"GRiD Compass 1101" noutbukunda "GRİD-OS" əməliyyat sistemi quraşdırılmışdı. Əməliyyat sistemində məhdud sayda ixtisaslaşdırılmış proqramlar icra olunurdu. Buna baxmayaraq, "GRİD-OS" mətn, verilənlər bazası və elektron cədvəllərlə işləmək imkanı təqdim edən güclü sistem idi. Faylları lazım olduqda şifrələmək mümkün idi.

Noutbukun qiyməti 8150 dollar təşkil edirdi, çəkisi isə 5 kq idi.
"GRİD Compass 1101" hərbçilər üçün praktik olaraq, ideal leptop idi. Bu barədə Moqric özü dəfələrlə qeyd etmişdi. Hamının istifadə edə biləcəyi noutbuku isə  Adam Osborn yaratdı. O, mühəndis kimi dünyada "İntel 4004" adlı ilk ticarət mikroprosessorunun yaradılmasında iştirak etmişdi. Adamın hazırladığı "Osborne 1" noutbuku isə onun əvvəlki nailiyyətlərini kölgədə qoydu.




"Osborne 1"
 
"Osborne 1" noutbukunun çəkisi 10.7 kq idi və o, avtonom işləyə bilirdi. Noutbuk 5 düymlü ağ-qara ekrana malik idi. Ekranda mətn hər birində 52 simvol olan 24 sətirdə təsvir edilirdi.
 
 
  




Baxış sayı: 3356

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024