12px13px15px17px
Tarix:16/04/12

“Facebook” və “Apple” - internet üçün təhlükədir?!

Britaniyanın “The Guardian” nəşrinin bazar nömrəsində “Google” korporasiyasının həmtəsisçisi Serqey Brinin müsahibəsi dərc edilib. O, müxbirlə söhbət zamanı internetin inkişafı ilə bağlı bəzi fikirlərini bildirib.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, Serqey Brinin sözlərinə görə, internetin açıqlığı təhlükə altındadır.

"Mən əvvəlki illərlə müqayisədə daha narahatam... onların gücü dəhşətlidir” - “Google” şirkətinin həmtəsisçisi bildirib. O, həmçinin “Ümumdünya hörümçək toru”nun inkişafı üçün əsas təhlükə mənbələrini qeyd edib . İlk növbədə bu, internetə çıxış imkanına nəzarət etməyə çalışan repressiv hökumət rejimlərinə aiddir.

Məsələn, Çində hakimiyyət çoxdan şəbəkəyə sərt şəkildə nəzarət edir.Bundan əlavə, əyləncə sənayesi internetə müqavimət göstərir, istənilən əyləncə onlayn-məzmunun yaranmasının qarşısını almağa çalışır.

Nəhayət, “Apple” və “Facebook” kimi böyük texnoloji şirkətlər müxtəlif metodlarla internet sahəsinə nəzarət etməyə təşəbbüs göstərirlər. Bütün bunların nəticəsində istehsalçılar tərəfindən hər hansı bir innovasiyanın inkişaf etdirilməsinin qarşısı alınır, -Serqey Brin bildirib.
 
EMİL




Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024