Tarix:17/07/12
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Challenger Gray&Christmas" konsaltinq şirkətinin məruzəsində dərc edilmiş məlumatlara əsasən, 2012-ci ilin birinci yarısında planlaşdırılmış ixtisarların səviyyəsi 51529 iş yeri təşkil edib. Bu isə 1 il əvvəllə müqayisədə 260 faiz çoxdur.
Məsələn, "Hewlett-Packard" (HP) şirkəti 2012-ci ilin may ayında 30 min əməkdaşını ixtisar etmək niyyəti haqqında bildirmişdi. Bu plan 2014 maliyyə ilinin sonuna kimi müəyyən edilib və heyətin 8 faizinin ixtisarını nəzərdə tutur.
"Sony" və "Nokia" şirkətlərində də bu məsələ ilə bağlı vəziyyət heç də yaxşı deyil; onlar 10 min əməkdaşını ixtisar etməyi planlaşdırırlar. "Panasonic" şirkəti də ixtisar haqqında fikirləşir.
Ekspertlər bildiriblər ki, texnologiya bazarında artan rəqabət zəif "oyunçu"ları kənarlaşdırır, buna görə də onlar öz güclərini səfərbər etməyə və hansısa bir yeni ideya fikirləşməyə məcburdurlar. Belə tendensiya fonunda yaxın illərdə daha çox ixtisarlar gözlənilir.
EMİL
Texnologiya sektorunda ixtisarların miqyası rekord təşkil edir
Dünya iqtisadiyyatının bərpa olunması ilə bağlı gedən müzakirələrə baxmayaraq, texnologiya sektorunda indiyə qədər ciddi problemlər yaşanır. Bu problemlər ilk növbədə kadr dəyişiklikləri ilə bağlıdır."ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Challenger Gray&Christmas" konsaltinq şirkətinin məruzəsində dərc edilmiş məlumatlara əsasən, 2012-ci ilin birinci yarısında planlaşdırılmış ixtisarların səviyyəsi 51529 iş yeri təşkil edib. Bu isə 1 il əvvəllə müqayisədə 260 faiz çoxdur.
Məsələn, "Hewlett-Packard" (HP) şirkəti 2012-ci ilin may ayında 30 min əməkdaşını ixtisar etmək niyyəti haqqında bildirmişdi. Bu plan 2014 maliyyə ilinin sonuna kimi müəyyən edilib və heyətin 8 faizinin ixtisarını nəzərdə tutur.
"Sony" və "Nokia" şirkətlərində də bu məsələ ilə bağlı vəziyyət heç də yaxşı deyil; onlar 10 min əməkdaşını ixtisar etməyi planlaşdırırlar. "Panasonic" şirkəti də ixtisar haqqında fikirləşir.
Ekspertlər bildiriblər ki, texnologiya bazarında artan rəqabət zəif "oyunçu"ları kənarlaşdırır, buna görə də onlar öz güclərini səfərbər etməyə və hansısa bir yeni ideya fikirləşməyə məcburdurlar. Belə tendensiya fonunda yaxın illərdə daha çox ixtisarlar gözlənilir.
EMİL
Baxış sayı: 760
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb