Tarix:18/08/12
Robert Metkalf Nyu-York ştatının Bruklin şəhərində 1946-cı il, 7 aprel tarixində anadan olub. Atası İrlandiya katoliki idi. Metkalfın atası yalnız orta məktəbi bitirmişdi. Buna baxmayaraq, aviakosmik sənayesində texnik işləyirdi. Robert məktəbdə çalışqan şagird olub. Onun kompyuterlə ilk tanışlığı məhz məktəb illərinə təsadüf edir. O, hər şənbə günü Kolumbiya Universitetinə kompyuter kurslarına gedirdi. Metkalf orada 3 müxtəlif kurs öyrənirdi. Onlardan biri proqramlaşdırma kursu idi. Onun ilk kompyuteri "IBM 7094" olub. Metkalf bu kompyuterdə ilk kiçik oyun proqramlarını yazırdı.
Sonra o, Massaçusets Texnologiya İnstitutuna daxil olur. Burada elektrik mühəndisliyi və sənaye idarəetmə sahəsində iki bakalavr dərəcəsinə yiyələnir. R.Metkalf institutda şəbəkələrin planlaşdırılması sahəsində yaxşı təlim alır.
"Mənim doktorluq dissertasiyam Massaçusets Texnologiya İnstitutunda aparılan tədqiqatlara əsaslanırdı və "Arpanet" və "Alohanet" şəbəkələrinin işinə həsr edilmişdi" - o, sonralar qeyd edib. Robert Metkalf - "Ethernet" texnologiyasının banisi "Ethernet" texnologiyası ilə bağlı əsas hadisələr "Xerox" şirkətinin "Palo Alto" tədqiqat mərkəzində inkişaf etdi. 1972-ci ildə mərkəzin əməkdaşları "Alto" adlı fərdi kompyuter nümunəsinin yaradılması üzərində çalışırdılar və eyni zamanda yüksəksürətli lazer printeri hazırlayırdılar. "Palo Alto" tədqiqat mərkəzinin bütün əməkdaşlarını fərdi kompyuterlərlə təchiz etmək planlaşdırılırdı. Həmçinin həmin kompyuterlərin hər birinin eyni lazer printerinə qoşulması nəzərdə tutulmuşdu.
Şəbəkənin yaradılması tapşırığı Massaçusets Texnologiya İnstitutunun məzunu Robert Metkalfa həvalə edildi. Yeni şəbəkəyə irəli sürülən əsas tələblər lazer printerinin normal işləməsi üçün lazım olan yüksək sürət və bir neçə yüz kompyuterin əlaqələndirilməsi imkanı idi. Metkalf və tədqiqat mərkəzinin bir neçə digər əməkdaşı 1972-ci ilin sonunadək məlumatları bir kompyuterdən digərinə 3 Mbit/s sürətlə ötürə bilən təcrübi şəbəkənin yaradılması üzərində işi bitirdilər. Metkalf yaratdığı şəbəkəni ilk əvvəl "Alto Aloha Network" adlandırdı, sonra isə "Ethernet" adına dəyişdirdi.
O, 1973-cü il may ayının 22-si tarixində "Palo Alto" tədqiqat mərkəzində "IBM" korporasiyasının "Selectric" elektrik yazı maşınında "Ethernet" texnologiyasının 13 səhifəlik təsvirini bitirməyə tələsirdi. Metkalf bu sənədi ən böyük ixtiralardan birinin yaranma sübutu hesab edir. 1973-cü ildə, həmçinin birinci "Ethernet" platası yaradıldı
O, fərdi kompyuterlərdə şəbəkənin qurulması üçün quraşdırılırdı. Metkalf "Ethernet" şəbəkəsinin yaradılması zamanı "Xerox" şirkətinin tədqiqat mərkəzində yaradılmış bütün yeni fərdi kompyuterləri lazer printeri ilə əlaqələndirməyi qarşısına məqsəd qoymuşdu. O zaman üçün bu, yeganə məqsəd idi.
1979-cu ildə "Ethernet" hamının qəbul etdiyi ticarət standartı oldu. O zaman məlumatların "Ethernet" şəbəkəsi üzrə ötürülmə sürəti 10 Mbit/s təşkil edirdi. 1979-cu ildə Metkalf "Xerox" şirkətini tərk etdi və lokal şəbəkə yaradılması üçün Qordon Bellin dəvəti ilə "Digital Equipment" şirkətinə keçdi. Lakin hər şeyə yenidən başlamamaq üçün, onlar "Xerox" şirkətinə "Ethernet" texnologiyasının təkmilləşdirilməsi üzrə işləri "Digital" ilə birgə davam etməyi təklif etdilər.
Nəhayət, Metkalf "İntel", "Digital" və "Xerox" korporasiyalarının nümayəndələrini "Ethernet" texnologiyasının fərdi kompyuterlərdə şəbəkə üzrə paketlərin ötürülməsi standartı olmasına inandıra bildi. "Mən yalnız o zaman "Ethernet" texnologiyasının hansı uğurlar əldə edə biləcəyini, nəhayət ki, dərk etdim və ixtisaslaşdırılmış şirkətin yaradılmasına qərar verdim" - o bildirib.
Beləcə "3Com" korporasiyası yarandı. Şirkət ilk məhsulunu - "EtherLink" şəbəkə adapterini 1982-ci ildə istehsal etdi. Şəbəkə adapteri fərdi kompyuterlərin əlaqələndirilməsi üçün nəzərdə tutulmuşdu. "3Com" şirkətinin ilk müştəriləri arasında "Trans America" korporasiyası və "Ağ Ev" var idi. "Ethernet" texnologiyası əsl populyarlığı 1983-cü ildə əldə etdi.
Bundan sonra "IEEE" "Ethernet" texnologiyasını beynəlxalq standart kimi qəbul etdi. Bununla belə kompyuter texnologiyaları sahəsində ən nüfuzlu təşkilatlardan biri olan "IBM" şirkəti bu standartı dəstəkləmədi. O, lokal şəbəkənin təşkil edilməsinin digər mexanizmini hazırladı. "IBM" korporasiyasının hazırladığı şəbəkə "Token Ring" adlanırdı.
Lakin "IBM" şirkətinin müqavimətinə baxmayaraq, məhz "Ethernet" şəbəkə qurulması üçün ən geniş yayılmış texnologiya oldu. "Ethernet" texnologiyasının müasir şəbəkələrdə ən çox işlədilən növ olmasına səbəb onun ucuz olmağı, məhsuldarlığı, rahat genişləndirilə bilməsidir və demək olar ki, bütün şəbəkə istehsalçıları tərəfindən dəstəklənir.
"Ethernet" artıq bir standart olub və digər yerli sahə şəbəkə texnologiyalarını ona görə qiymətləndirirlər. Hazırda məlumatları 100 Mbit/s sürətlə ötürə bilən "Fast Ethernet" və 1 Qbit/s-dən daha çox sürətlə ötürə bilən "Gigabit Ethernet" texnologiyaları mövcuddur. Bu texnologiyada məlumatın ötürülməsi Paketlər (Frames) formasında həyata keçirilir.
Bütün kompyuter şəbəkələri şəbəkə üzərindən ötürüləcək məlumatı sabit səviyyədə kiçik paketlər halında ötürürlər. Bu formanın iki önəmli faydası vardır. Birincisi, böyük bir faylın ötürülməsi zamanı bir kompyuter şəbəkənin tamamını uzun bir müddət məşğul etməmiş olur.
Paketli quruluşun ikinci faydası isə budur ki, 50 MB-lıq faylı bir biti belə ötürülmə əsnasında zədələnərsə, bu, bütün faylın ən başdan təkrar göndərilməsinin qarşısını alır. Göndərilən məlumat paketlərə bölünüb yollandığı üçün sadəcə zədələnmiş paketin təkrar yollanması kifayət edir. Mükafatları Robert Metkalf 1996-cı ildə "Ethernet texnologiyasının hazırlanması, standartlaşdırılması və kommersiyalaşdırılması sahəsində göstərdiyi nümunəvi və sarsılmaz liderliyinə görə" "IEEE Medal of Honor" ilə mükafatlandırıldı.
O, 2003-cü il mart ayının 14-ü tarixində "Ethernet texnologiyasının ixtirası, standartlaşdırılması və kommersiyalaşdırılmasındakı liderliyinə görə" prezident Buş tərəfindən "Milli Texnologiya" medalı ilə təltif edildi. Maraqlı "Robert Metkalf 1995-ci ildə internetin düşünüldüyü qədər vacib bir şey olmadığını və onun 1996-cı ildə məhv olacağını iddia edib.
O, bu barədə "Ethernet" texnologiyasının ixtiraçısı 1995-ci ildə "InfoWorld" jurnalında yazmışdı. Əgər proqnozu doğru çıxmasa, öz sözlərini yeyəcəyini demişdi və sözünün üstündə durdu. 1997-ci ildə beynəlxalq konfransların birində 2 il öncəki müsahibəsi çıxan jurnalı lenderdə doğrayaraq iştirakçıların qarşısında yeyib.
ROBERT METKALF - İnternet məhv olmadı, dediyi sözləri “yedi”
Hazırda əksər lokal şəbəkələrin əsasını təşkil edən "Ethernet" protokolunun nəzəri əsasları 1973-cü ildə Harvard Universitetinin aspirantı Robert Metkalfın "Paket şəbəkələri" adlı namizədlik dissertasiyasında ifadə edilmişdi. Universitetin Elmi şurası Metkalfın işi ilə ilk dəfə tanış olduqda onu kifayət qədər analitik olmadığına görə rədd etdi, buna baxmayaraq o, əlyazmaya bir neçə tənlik daxil etdikdən sonra dissertasiya qəbul edilmişdi.Robert Metkalf Nyu-York ştatının Bruklin şəhərində 1946-cı il, 7 aprel tarixində anadan olub. Atası İrlandiya katoliki idi. Metkalfın atası yalnız orta məktəbi bitirmişdi. Buna baxmayaraq, aviakosmik sənayesində texnik işləyirdi. Robert məktəbdə çalışqan şagird olub. Onun kompyuterlə ilk tanışlığı məhz məktəb illərinə təsadüf edir. O, hər şənbə günü Kolumbiya Universitetinə kompyuter kurslarına gedirdi. Metkalf orada 3 müxtəlif kurs öyrənirdi. Onlardan biri proqramlaşdırma kursu idi. Onun ilk kompyuteri "IBM 7094" olub. Metkalf bu kompyuterdə ilk kiçik oyun proqramlarını yazırdı.
Sonra o, Massaçusets Texnologiya İnstitutuna daxil olur. Burada elektrik mühəndisliyi və sənaye idarəetmə sahəsində iki bakalavr dərəcəsinə yiyələnir. R.Metkalf institutda şəbəkələrin planlaşdırılması sahəsində yaxşı təlim alır.
"Mənim doktorluq dissertasiyam Massaçusets Texnologiya İnstitutunda aparılan tədqiqatlara əsaslanırdı və "Arpanet" və "Alohanet" şəbəkələrinin işinə həsr edilmişdi" - o, sonralar qeyd edib. Robert Metkalf - "Ethernet" texnologiyasının banisi "Ethernet" texnologiyası ilə bağlı əsas hadisələr "Xerox" şirkətinin "Palo Alto" tədqiqat mərkəzində inkişaf etdi. 1972-ci ildə mərkəzin əməkdaşları "Alto" adlı fərdi kompyuter nümunəsinin yaradılması üzərində çalışırdılar və eyni zamanda yüksəksürətli lazer printeri hazırlayırdılar. "Palo Alto" tədqiqat mərkəzinin bütün əməkdaşlarını fərdi kompyuterlərlə təchiz etmək planlaşdırılırdı. Həmçinin həmin kompyuterlərin hər birinin eyni lazer printerinə qoşulması nəzərdə tutulmuşdu.
Şəbəkənin yaradılması tapşırığı Massaçusets Texnologiya İnstitutunun məzunu Robert Metkalfa həvalə edildi. Yeni şəbəkəyə irəli sürülən əsas tələblər lazer printerinin normal işləməsi üçün lazım olan yüksək sürət və bir neçə yüz kompyuterin əlaqələndirilməsi imkanı idi. Metkalf və tədqiqat mərkəzinin bir neçə digər əməkdaşı 1972-ci ilin sonunadək məlumatları bir kompyuterdən digərinə 3 Mbit/s sürətlə ötürə bilən təcrübi şəbəkənin yaradılması üzərində işi bitirdilər. Metkalf yaratdığı şəbəkəni ilk əvvəl "Alto Aloha Network" adlandırdı, sonra isə "Ethernet" adına dəyişdirdi.
O, 1973-cü il may ayının 22-si tarixində "Palo Alto" tədqiqat mərkəzində "IBM" korporasiyasının "Selectric" elektrik yazı maşınında "Ethernet" texnologiyasının 13 səhifəlik təsvirini bitirməyə tələsirdi. Metkalf bu sənədi ən böyük ixtiralardan birinin yaranma sübutu hesab edir. 1973-cü ildə, həmçinin birinci "Ethernet" platası yaradıldı
O, fərdi kompyuterlərdə şəbəkənin qurulması üçün quraşdırılırdı. Metkalf "Ethernet" şəbəkəsinin yaradılması zamanı "Xerox" şirkətinin tədqiqat mərkəzində yaradılmış bütün yeni fərdi kompyuterləri lazer printeri ilə əlaqələndirməyi qarşısına məqsəd qoymuşdu. O zaman üçün bu, yeganə məqsəd idi.
1979-cu ildə "Ethernet" hamının qəbul etdiyi ticarət standartı oldu. O zaman məlumatların "Ethernet" şəbəkəsi üzrə ötürülmə sürəti 10 Mbit/s təşkil edirdi. 1979-cu ildə Metkalf "Xerox" şirkətini tərk etdi və lokal şəbəkə yaradılması üçün Qordon Bellin dəvəti ilə "Digital Equipment" şirkətinə keçdi. Lakin hər şeyə yenidən başlamamaq üçün, onlar "Xerox" şirkətinə "Ethernet" texnologiyasının təkmilləşdirilməsi üzrə işləri "Digital" ilə birgə davam etməyi təklif etdilər.
Nəhayət, Metkalf "İntel", "Digital" və "Xerox" korporasiyalarının nümayəndələrini "Ethernet" texnologiyasının fərdi kompyuterlərdə şəbəkə üzrə paketlərin ötürülməsi standartı olmasına inandıra bildi. "Mən yalnız o zaman "Ethernet" texnologiyasının hansı uğurlar əldə edə biləcəyini, nəhayət ki, dərk etdim və ixtisaslaşdırılmış şirkətin yaradılmasına qərar verdim" - o bildirib.
Beləcə "3Com" korporasiyası yarandı. Şirkət ilk məhsulunu - "EtherLink" şəbəkə adapterini 1982-ci ildə istehsal etdi. Şəbəkə adapteri fərdi kompyuterlərin əlaqələndirilməsi üçün nəzərdə tutulmuşdu. "3Com" şirkətinin ilk müştəriləri arasında "Trans America" korporasiyası və "Ağ Ev" var idi. "Ethernet" texnologiyası əsl populyarlığı 1983-cü ildə əldə etdi.
Bundan sonra "IEEE" "Ethernet" texnologiyasını beynəlxalq standart kimi qəbul etdi. Bununla belə kompyuter texnologiyaları sahəsində ən nüfuzlu təşkilatlardan biri olan "IBM" şirkəti bu standartı dəstəkləmədi. O, lokal şəbəkənin təşkil edilməsinin digər mexanizmini hazırladı. "IBM" korporasiyasının hazırladığı şəbəkə "Token Ring" adlanırdı.
Lakin "IBM" şirkətinin müqavimətinə baxmayaraq, məhz "Ethernet" şəbəkə qurulması üçün ən geniş yayılmış texnologiya oldu. "Ethernet" texnologiyasının müasir şəbəkələrdə ən çox işlədilən növ olmasına səbəb onun ucuz olmağı, məhsuldarlığı, rahat genişləndirilə bilməsidir və demək olar ki, bütün şəbəkə istehsalçıları tərəfindən dəstəklənir.
"Ethernet" artıq bir standart olub və digər yerli sahə şəbəkə texnologiyalarını ona görə qiymətləndirirlər. Hazırda məlumatları 100 Mbit/s sürətlə ötürə bilən "Fast Ethernet" və 1 Qbit/s-dən daha çox sürətlə ötürə bilən "Gigabit Ethernet" texnologiyaları mövcuddur. Bu texnologiyada məlumatın ötürülməsi Paketlər (Frames) formasında həyata keçirilir.
Bütün kompyuter şəbəkələri şəbəkə üzərindən ötürüləcək məlumatı sabit səviyyədə kiçik paketlər halında ötürürlər. Bu formanın iki önəmli faydası vardır. Birincisi, böyük bir faylın ötürülməsi zamanı bir kompyuter şəbəkənin tamamını uzun bir müddət məşğul etməmiş olur.
Paketli quruluşun ikinci faydası isə budur ki, 50 MB-lıq faylı bir biti belə ötürülmə əsnasında zədələnərsə, bu, bütün faylın ən başdan təkrar göndərilməsinin qarşısını alır. Göndərilən məlumat paketlərə bölünüb yollandığı üçün sadəcə zədələnmiş paketin təkrar yollanması kifayət edir. Mükafatları Robert Metkalf 1996-cı ildə "Ethernet texnologiyasının hazırlanması, standartlaşdırılması və kommersiyalaşdırılması sahəsində göstərdiyi nümunəvi və sarsılmaz liderliyinə görə" "IEEE Medal of Honor" ilə mükafatlandırıldı.
O, 2003-cü il mart ayının 14-ü tarixində "Ethernet texnologiyasının ixtirası, standartlaşdırılması və kommersiyalaşdırılmasındakı liderliyinə görə" prezident Buş tərəfindən "Milli Texnologiya" medalı ilə təltif edildi. Maraqlı "Robert Metkalf 1995-ci ildə internetin düşünüldüyü qədər vacib bir şey olmadığını və onun 1996-cı ildə məhv olacağını iddia edib.
O, bu barədə "Ethernet" texnologiyasının ixtiraçısı 1995-ci ildə "InfoWorld" jurnalında yazmışdı. Əgər proqnozu doğru çıxmasa, öz sözlərini yeyəcəyini demişdi və sözünün üstündə durdu. 1997-ci ildə beynəlxalq konfransların birində 2 il öncəki müsahibəsi çıxan jurnalı lenderdə doğrayaraq iştirakçıların qarşısında yeyib.
Baxış sayı: 1119
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Ted Hoff - İNTEQRAL ELEKTRONİKASINDA YENİ ERANIN BANİSİ
- Ada Bayron – texnologiya tarixinin "ilk proqramçı" qadını
- Yevgeni Kasperski – internatdan biznesmenliyə gedən zəngin yol
- İntel 43 yaşını qeyd edir
- Qotfrid Leybniç- bugünkü kompyuterlər onun sayəsində bütün məntiqi əməliyyatları yerinə yetirir
- STİV COBS – SEVİMLİ VƏ ZÖVQSÜZ
- Bazar günü gecə işçilərlə yeni həftəyə necə başlayacaqlarını müzakirə etmək üçün tele-konfrans yaradan rəhbər
- Erik Şmidt – Onun üçün təyyarə sürmək dünyanın ən nəhəng internet şirkətini idarə etmək qədər asandır
- KEROL BARTS – SƏRİŞTƏSİZ LİDER
- STİVEN BALMER - O, qeyri-ənənəvi rəftarı ilə seçilir
- Timoti Con Berners-Li - “Hörümçək toru”nun utancaq, qətiyyətli, zarafatcıl banisi
- TED NELSON – O, kompyuteri bütün insanlar üçün əlçatan etmək istəyir
- LEO APOTEKER: Təcrübəli mütəxəssisin “Silikon Vadisi”ndəki uğursuzluğu
- Meq Uitmen - ABŞ tarixində seçkiyə öz hesabına ən çox maliyyə sərf edən uğursuz namizəd, iddialı biznes idarəçisi
- BILL QEYTS - təvazökar, utancaq və yöndəmsiz