Tarix:02/10/12
“Symantec”-in icraçı direktoru Enrike Salem bildirib ki, şirkət İT mütəxəssisi hazırlığına dair yeni proqramlar işləyib hazırlamaq üçün ABŞ-ın hərbi, təhsil və digər dövlət müəssisələri ilə daim əməkdaşlıq edir: “İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər yetərli qədər deyil, bu isə böyük problemdir. Fikrimcə, insanlar bunun milli təhlükəsizlik üçün hansı təhlükəni yaratdığını başa düşmürlər”.
ABŞ Milli Təhlükəsizlik Departamentinin nəzdindəki Məsləhət Şurasının üzvü Ceff Mossun bildirdiyinə görə, hazırda dövlət üçün texniki biliklərə malik istedadlı insanları cəlb etmək çətin məsələdir. Çünki onların gördüyü iş layiqincə qiymətləndirilməyə bilər. Onun fikrincə, yaxın vaxtlarda İT sahəsində mütəxəssis çatışmazlığına dair proqnozlar heç də ürəkaçan olmayacaq. “http://www.securitylab.ru/” saytının məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Agentliyinin nümayəndələri bəzi universitetlərdə kibertəhlükəsizlik üzrə əlavə kursların keçirildiyini elan ediblər ki, bu da daha çox yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə imkan verəcək.
Moss onu da qeyd edib ki, dövlət müəssisələri İT mütəxəssislərinə ehtiyac olduqda əksər hallarda özəl şirkətlərə müraciət edirlər: “Bəzi kompaniyalar ən təcrübəli əməkdaşlarını dövlət işində müəyyən müddətə də olsa çalışmağa göndərməkdən ehtiyat edirlər, çünki onların geri qayıtmaq istəyəcəklərinə heç bir zəmanət yoxdur”.
Ekspertlər: “Təcrübəli İT mütəxəssisi çatışmazlığı var”
Müasir dövrdə İT-in müxtəlif sahələrinə dair innovativ təfəkkürlü, zəngin elmi-texniki biliklərə malik mütəxəssislərə olan tələbat dünyanın əksər ölkələrində müşahidə edilir. İnformasiya təhlükəsizliyi sahəsində aparıcı ekspertlər dünyanın inkişaf etmiş ölkələrindən olan hətta ABŞ-da da istedadlı İT mütəxəssisi çatışmazlığı olduğu haqda xəbərdarlıq ediblər. Onlar mövcud problemin korporativ və dövlət şəbəkələrinin kibertəhlükələrdən mühafizəsini çətinləşdirdiyini bildiriblər.“Symantec”-in icraçı direktoru Enrike Salem bildirib ki, şirkət İT mütəxəssisi hazırlığına dair yeni proqramlar işləyib hazırlamaq üçün ABŞ-ın hərbi, təhsil və digər dövlət müəssisələri ilə daim əməkdaşlıq edir: “İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər yetərli qədər deyil, bu isə böyük problemdir. Fikrimcə, insanlar bunun milli təhlükəsizlik üçün hansı təhlükəni yaratdığını başa düşmürlər”.
ABŞ Milli Təhlükəsizlik Departamentinin nəzdindəki Məsləhət Şurasının üzvü Ceff Mossun bildirdiyinə görə, hazırda dövlət üçün texniki biliklərə malik istedadlı insanları cəlb etmək çətin məsələdir. Çünki onların gördüyü iş layiqincə qiymətləndirilməyə bilər. Onun fikrincə, yaxın vaxtlarda İT sahəsində mütəxəssis çatışmazlığına dair proqnozlar heç də ürəkaçan olmayacaq. “http://www.securitylab.ru/” saytının məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Agentliyinin nümayəndələri bəzi universitetlərdə kibertəhlükəsizlik üzrə əlavə kursların keçirildiyini elan ediblər ki, bu da daha çox yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə imkan verəcək.
Moss onu da qeyd edib ki, dövlət müəssisələri İT mütəxəssislərinə ehtiyac olduqda əksər hallarda özəl şirkətlərə müraciət edirlər: “Bəzi kompaniyalar ən təcrübəli əməkdaşlarını dövlət işində müəyyən müddətə də olsa çalışmağa göndərməkdən ehtiyat edirlər, çünki onların geri qayıtmaq istəyəcəklərinə heç bir zəmanət yoxdur”.
Baxış sayı: 1502
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb