Tarix:20/10/12
“MasterCard” ödəmə kartlarından istifadə və istifadəçi vərdişləri, motivasiyalar və ya maneələri müəyyən etmək və aşkarlamaq üçün müxtəlif ölkələrdə müntəzəm olaraq belə araşdırmalar aparır. “MasterCard”ın Azərbaycandakı regional meneceri Hakan Açar bildirib ki, bank kartları sahiblərinin böyük əksəriyyəti 35 yaşadək olan ali təhsilli kişilərdir.
Kartlardan başlıca olaraq bankomatlardan nağd vəsaitlərin çıxarılması üçün istifadə olunmasına baxmayaraq, azərbaycanlıların 14-20 faizi kartlardan yalnız bankomatlarda istifadə etməyə üstünlük verirlər. Qalanları isə bu, özləri üçün əlavə mənfəət etmək imkanı verdikdə, onların tətbiqini genişləndirməyə və alış-veriş etməyə razıdırlar.
Onun sözlərinə görə, sorğu göstərib ki, kart sahiblərinin 47 faizi kartlarından öz daimi əməkhaqlarını və ya pensiya ödənişlərini almaq üçün istifadə edirlər.
"Halbuki kart sahiblərinin bank seçimi adətən özləri tərəfindən aparılmır, bununla belə, kart verən bank bütün növ istifadəçilər üçün (32 faiz) hələ də effektiv üstünlük faktorudur", - Açar bildirib.
Araşdırma göstərdi ki, bank kartı seçimi zamanı Azərbaycan əhalisi üçün qiymət və əlavə məhsul növləri də önəmlidir.
"MasterIndex”-in araşdırmasına əsasən, ödəniş kartlarından nağd pul vəsaitlərinin alınması üçün bankomatlardan istifadə edilir. Respondentlərin 86 faizi deyib ki, nağd pulları bankomatlardan alırlar. Müfəssəl nəticələr göstərdi ki, bank kartlarının 95 faizi ayda 3 dəfədən az və əksər hallarda əməkhaqları və pensiya ödənişlərinin bankomatlardan çıxarılması üçün istifadə olunur.
Vətəndaşların 14 faizi kartlardan yalnız bankomatlarda istifadə etməyi üstün tutarkən, digərləri isə kartların istifadə dairəsini, əgər onlara endirimlər və ödəmə güzəştləri təklif olunarsa, alış-veriş zamanı genişləndirmək istəyirlər", - Açar bildirib.
"Respondentlərdən "öz kartlarınızdan hələlik istifadə edə bilmədiyiniz sahələrin hansından istifadə etmək istərdiniz" soruşulanda, 67 faizi ictimai nəqliyyatda, 48 faizi bazarlar, 46 faizi isə səhiyyə xidmətlərində kartlarından istifadə etmək istədiklərini bildiriblər", - Açar qeyd edib.
Onun sözlərinə görə, gündəlik ödəniş ehtiyacları bankomatlardan çıxarılan nağd vəsaitlərlə qarşılandığından, üstünlük 500 manatdan artıq məbləğlərdə istehlak kreditlərinə keçir. Ödəmə kartlarından daha geniş şəkildə onlayn alış-veriş üçün istifadə olunur. Belə ki, respondentlərin 54 faizi onlayn alış-verişi ödəmək üçün daha geniş yayılmış bank kartlarından istifadə etdiyi halda, 27 faizi onlayn ödənişləri həyata keçirmək üçün kredit kartlarına daha çox üstünlük verirlər.
"Kart sahiblərindən onların kartlardan istifadənin üstünlükləri ilə bağlı nə düşündükləri soruşulanda, 49 faizi cavab verib ki, rahat və asandır, 49 faizi isə deyib ki, bu, nağd vəsaitləri üzərində gəzdirməkdən daha rahatdır. Respondentlərin 42 faizi, həmçinin düşünürlər ki, kartlardan istifadə onların öz xərclərinə daha yaxşı nəzarət etmələrinə kömək edib.
Respondentlərdən soruşulanda ki, onları kartlarla bağlı hansı əlavə güzəşt və endirimlər daha çox maraqlandırardı, ümumi respondentlərin 79 faizi deyib ki, super-marketlərdə güzəştlər əldə etmək istərdilər, 72 faizi isə bildirib ki, onlar geyim mağazalarında güzəşt və endirimlərə üstünlük verirlər (qadınların 81 faizi, kişilərin isə 59 faizi bildirib ki, onları geyim mağazalarında tətbiq olunan endirimlər maraqlandıra bilər)", - Açar deyib.
“MasterIndex”-in imkanlı respondentlərinin 40 faizi, onlardan öz kartları ilə bağlı hansı güzəştləri gözlədikləri soruşulanda, onlar daha yüksək kredit limitlərini gözlədiklərini bildiriblər.
Sorğunun nəticələri göstərib ki, kişilər səyahət sığortası kimi səyahət xidmətləri ilə bağlı güzəştlərin tətbiq olunmasına üstünlük verdikləri halda, xanımlar dünya şöhrətli brend məhsullara endirimlərin tətbiq olunmasına üstünlük verirlər.
"Motivasiyaları və maneələri daha yaxşı müəyyən etmək üçün biz həm kart istifadəçiləri, həm də qeyri-kart istifadəçiləri ilə söhbət etmişik. “MasterIndex” araşdırması son 10 il ərzində müxtəlif ölkələrdə aparılır. Praktika göstərir ki, onlar ödəniş sistemləri haqqında çox vacib və etibarlı məlumat təqdim edir, proqnozlar və gələcək inkişaf üçün əsas ola bilər. Biz azərbaycanlı istifadəçiləri məmnun etmək məqsədilə Azərbaycan bankları ilə işləyəcəyik", - Açar vurğulayıb.
Onun sözlərinə görə, “MasterCard” “MasterIndex” araşdırmasını Avropa, Asiya, Yaxın Şərq və Afrikanın müxtəlif hissələrində aparıb. Məqsəd ödəniş sistemi istifadəçilərini öyrənmək olub.
"Bu araşdırma bizə qlobal elmi-texniki tərəqqini (nou-hau) yerli ehtiyac və baxışlarla birləşdirmənin ən yaxşı yolunu tapmaqda kömək edir. “MasterIndex”-in Azərbaycan bazarında apardığı bu ilk araşdırmanın nəticələri ilə bir daha dərk etdik ki, ödəmə sistemləri sahəsində regionun lider ölkəsinə çevrilməsi üçün Azərbaycan böyük potensiala malikdir.
Biz Azərbaycan istehlakçılarının, ticarətçilərinin və banklarının bu il və sonrakı illərdə faydalanacağı üstün ödəmə həlləri və texnologiyaları təqdim etmək üçün Azərbaycanın yerli bankları ilə birgə çalışırıq. Biz bazarın necə dəyişdiyini və müştərilərin ödənişləri daha rahat, təhlükəsiz şəkildə həyata keçirə bilmələri üçün tərəfimizdən görülməsi lazım olan işləri müşahidə etmək üçün “MasterIndex”-in araşdırmasını hər il təkrarlamaq niyyətindəyik", - Açar bildirib.
“MasterCard”-ın araşdırması Bakının yerli əhalisi ilə 1000 respondent arasında onların evlərində üzbəüz şəkildə aparılıb. Respondentlərin 50 faizi plastik kart istifadəçiləri olub. Araşdırma üçün hədəf auditoriya 18-64 yaş arasında qadınlar və kişilər olub. Kart istifadəçiləri və qeyri-kart istifadəçiləri kartdan istifadə ilə bağlı ən yaxşı motivasiyaları və maneələri daha yaxşı müəyyən etmək üçün bərabər şəkildə təmsil olunub.
Kredit kartlarına necə maraq yaratmaq olar?
Azərbaycanda kredit kartlarından o qədər də səmərəli şəkildə istifadə edilmir. "MasterCard" da bu məlumatı təsdiqləyib. Məlumatda bildirilir ki, Bakı əhalisinin 50 faizinin ən azı bir plastik kartı olarkən, kredit kart sahibləri əhalinin yalnız cüzi bir hissəsidir.“MasterCard” ödəmə kartlarından istifadə və istifadəçi vərdişləri, motivasiyalar və ya maneələri müəyyən etmək və aşkarlamaq üçün müxtəlif ölkələrdə müntəzəm olaraq belə araşdırmalar aparır. “MasterCard”ın Azərbaycandakı regional meneceri Hakan Açar bildirib ki, bank kartları sahiblərinin böyük əksəriyyəti 35 yaşadək olan ali təhsilli kişilərdir.
Kartlardan başlıca olaraq bankomatlardan nağd vəsaitlərin çıxarılması üçün istifadə olunmasına baxmayaraq, azərbaycanlıların 14-20 faizi kartlardan yalnız bankomatlarda istifadə etməyə üstünlük verirlər. Qalanları isə bu, özləri üçün əlavə mənfəət etmək imkanı verdikdə, onların tətbiqini genişləndirməyə və alış-veriş etməyə razıdırlar.
Onun sözlərinə görə, sorğu göstərib ki, kart sahiblərinin 47 faizi kartlarından öz daimi əməkhaqlarını və ya pensiya ödənişlərini almaq üçün istifadə edirlər.
"Halbuki kart sahiblərinin bank seçimi adətən özləri tərəfindən aparılmır, bununla belə, kart verən bank bütün növ istifadəçilər üçün (32 faiz) hələ də effektiv üstünlük faktorudur", - Açar bildirib.
Araşdırma göstərdi ki, bank kartı seçimi zamanı Azərbaycan əhalisi üçün qiymət və əlavə məhsul növləri də önəmlidir.
"MasterIndex”-in araşdırmasına əsasən, ödəniş kartlarından nağd pul vəsaitlərinin alınması üçün bankomatlardan istifadə edilir. Respondentlərin 86 faizi deyib ki, nağd pulları bankomatlardan alırlar. Müfəssəl nəticələr göstərdi ki, bank kartlarının 95 faizi ayda 3 dəfədən az və əksər hallarda əməkhaqları və pensiya ödənişlərinin bankomatlardan çıxarılması üçün istifadə olunur.
Vətəndaşların 14 faizi kartlardan yalnız bankomatlarda istifadə etməyi üstün tutarkən, digərləri isə kartların istifadə dairəsini, əgər onlara endirimlər və ödəmə güzəştləri təklif olunarsa, alış-veriş zamanı genişləndirmək istəyirlər", - Açar bildirib.
"Respondentlərdən "öz kartlarınızdan hələlik istifadə edə bilmədiyiniz sahələrin hansından istifadə etmək istərdiniz" soruşulanda, 67 faizi ictimai nəqliyyatda, 48 faizi bazarlar, 46 faizi isə səhiyyə xidmətlərində kartlarından istifadə etmək istədiklərini bildiriblər", - Açar qeyd edib.
Onun sözlərinə görə, gündəlik ödəniş ehtiyacları bankomatlardan çıxarılan nağd vəsaitlərlə qarşılandığından, üstünlük 500 manatdan artıq məbləğlərdə istehlak kreditlərinə keçir. Ödəmə kartlarından daha geniş şəkildə onlayn alış-veriş üçün istifadə olunur. Belə ki, respondentlərin 54 faizi onlayn alış-verişi ödəmək üçün daha geniş yayılmış bank kartlarından istifadə etdiyi halda, 27 faizi onlayn ödənişləri həyata keçirmək üçün kredit kartlarına daha çox üstünlük verirlər.
"Kart sahiblərindən onların kartlardan istifadənin üstünlükləri ilə bağlı nə düşündükləri soruşulanda, 49 faizi cavab verib ki, rahat və asandır, 49 faizi isə deyib ki, bu, nağd vəsaitləri üzərində gəzdirməkdən daha rahatdır. Respondentlərin 42 faizi, həmçinin düşünürlər ki, kartlardan istifadə onların öz xərclərinə daha yaxşı nəzarət etmələrinə kömək edib.
Respondentlərdən soruşulanda ki, onları kartlarla bağlı hansı əlavə güzəşt və endirimlər daha çox maraqlandırardı, ümumi respondentlərin 79 faizi deyib ki, super-marketlərdə güzəştlər əldə etmək istərdilər, 72 faizi isə bildirib ki, onlar geyim mağazalarında güzəşt və endirimlərə üstünlük verirlər (qadınların 81 faizi, kişilərin isə 59 faizi bildirib ki, onları geyim mağazalarında tətbiq olunan endirimlər maraqlandıra bilər)", - Açar deyib.
“MasterIndex”-in imkanlı respondentlərinin 40 faizi, onlardan öz kartları ilə bağlı hansı güzəştləri gözlədikləri soruşulanda, onlar daha yüksək kredit limitlərini gözlədiklərini bildiriblər.
Sorğunun nəticələri göstərib ki, kişilər səyahət sığortası kimi səyahət xidmətləri ilə bağlı güzəştlərin tətbiq olunmasına üstünlük verdikləri halda, xanımlar dünya şöhrətli brend məhsullara endirimlərin tətbiq olunmasına üstünlük verirlər.
"Motivasiyaları və maneələri daha yaxşı müəyyən etmək üçün biz həm kart istifadəçiləri, həm də qeyri-kart istifadəçiləri ilə söhbət etmişik. “MasterIndex” araşdırması son 10 il ərzində müxtəlif ölkələrdə aparılır. Praktika göstərir ki, onlar ödəniş sistemləri haqqında çox vacib və etibarlı məlumat təqdim edir, proqnozlar və gələcək inkişaf üçün əsas ola bilər. Biz azərbaycanlı istifadəçiləri məmnun etmək məqsədilə Azərbaycan bankları ilə işləyəcəyik", - Açar vurğulayıb.
Onun sözlərinə görə, “MasterCard” “MasterIndex” araşdırmasını Avropa, Asiya, Yaxın Şərq və Afrikanın müxtəlif hissələrində aparıb. Məqsəd ödəniş sistemi istifadəçilərini öyrənmək olub.
"Bu araşdırma bizə qlobal elmi-texniki tərəqqini (nou-hau) yerli ehtiyac və baxışlarla birləşdirmənin ən yaxşı yolunu tapmaqda kömək edir. “MasterIndex”-in Azərbaycan bazarında apardığı bu ilk araşdırmanın nəticələri ilə bir daha dərk etdik ki, ödəmə sistemləri sahəsində regionun lider ölkəsinə çevrilməsi üçün Azərbaycan böyük potensiala malikdir.
Biz Azərbaycan istehlakçılarının, ticarətçilərinin və banklarının bu il və sonrakı illərdə faydalanacağı üstün ödəmə həlləri və texnologiyaları təqdim etmək üçün Azərbaycanın yerli bankları ilə birgə çalışırıq. Biz bazarın necə dəyişdiyini və müştərilərin ödənişləri daha rahat, təhlükəsiz şəkildə həyata keçirə bilmələri üçün tərəfimizdən görülməsi lazım olan işləri müşahidə etmək üçün “MasterIndex”-in araşdırmasını hər il təkrarlamaq niyyətindəyik", - Açar bildirib.
“MasterCard”-ın araşdırması Bakının yerli əhalisi ilə 1000 respondent arasında onların evlərində üzbəüz şəkildə aparılıb. Respondentlərin 50 faizi plastik kart istifadəçiləri olub. Araşdırma üçün hədəf auditoriya 18-64 yaş arasında qadınlar və kişilər olub. Kart istifadəçiləri və qeyri-kart istifadəçiləri kartdan istifadə ilə bağlı ən yaxşı motivasiyaları və maneələri daha yaxşı müəyyən etmək üçün bərabər şəkildə təmsil olunub.
Baxış sayı: 668
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb