Tarix:20/10/12
İnformasiya texnologiyaları müasir cəmiyyətdə mühüm rol oynayır. Müasir insanı, o cümlədən də Azərbaycan vətəndaşının gündəlik həyatını informasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Hələ bir neçə il əvvəl informasiya texnologiyaları dedikdə, adətən biz yalnız kompüter və internet başa düşürdüksə, müasir dövrdə texnologiyalar müxtəlif formalarda həyatımıza daxil olub. Artıq bu gün hər hansı bir ölkədə vətəndaşların rifahından danışanda vacib qiymətləndirmə faktorlarından biri informasiya texnologiyalarının insan həyatına inteqrasiyasıdır.
Bu istiqamətdə ən əsas vəzifələrdən biri də insanların texnologiyalardan geniş istifadəsinə münbit şərait yaratmaqdır. Bunun üçün isə ilk növbədə əhalinin kompüterlərlə təmin edilməsi əsas şərtdir. Məhz kütləvi kompüterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüquqlu üzvü olmağa və informasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməyə imkan verəcəkdir.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, “HP” və “Microsoft” şirkətlərinin birgə həyata keçirdikləri "Xalq kompüteri" layihəsini ölkədə kütləvi kompüterləşmənin ilkin mərhələsi hesab etmək olar.
Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və “Elektron hökumət” sisteminin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na tam uyğundur. Yeri gəlmişkən qeyd edək ki, layihə bu il başa çatır. Ancaq onun daha geniş auditoriyaya şamil edilməsi və iştirakçıların marağının artması bu vaxtın uzadılacağına işarədir.
Layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır:
- Əqli əməyin təşviqi;
- Bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması;
- İKT yönümlü kadrların hazırlanmasını stimullaşdırmaq;
- E-hökumətin inkişaf etdirilməsi;
- Təhsil sisteminin dəstəklənməsi;
- İntellektual mülkiyyətin qorunması;
- Kompüter vərdişlərinin təşviqi;
- Aztəminatlı sosial qrupların dəstəklənməsi;
- Əhalinin kompüterlərlə təminatına şərait yaratmaq;
- Kompüter sayını dünyanın orta göstəricilərinə çatdırmaq.
İlkin mərhələdə 4 ay müddətini əhatə edən pilot layihə həyata keçirilmişdir. Bu müddət ərzində layihə çərçivəsində orta məktəb müəllimləri kompüterlər əldə etmişlər. Layihənin uğurlu keçməsini nəzərə alaraq sonradan layihə digər sosial qruplara da (tələbələr, həkimlər, dövlət qulluqçuları və s.) şamil edilmişdir.
Layihə çərçivəsində “HP” şirkətinin mini-noutları (MiniNote), noutbukları (Notebook) və stolüstü kompüterləri (Desktop) təqdim olunmuşdur. Bütün bu avadanlıqlarda “Microsoft” şirkətinin lisenziyalı proqram təminatı quraşdırılmışdır. Bu, Azərbaycanın Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış Məktəb Sazişi çərçivəsində həyata keçirilir.
Bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditə verilir. "Xalq kompüteri" layihəsi çərçivəsində təqdim olunan kompüterlər bazar qiymətlərindən 25-40% aşağıdır.
Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" dövlət müəssisəsi tərəfindən təmin edilir. Layihə "Azərpoçt" dövlət müəssisəsi və “HP”-nin və “Microsoft”un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Yeri gəlmişkən qeyd edək ki, “BestComp Group” şirkətinin əsası 1995-ci ildə qoyulub. Şirkət nəinki Azərbaycanda, hətta bütün Cənubi Qafqazda fəaliyyət göstərən ən nüfuzlu İKT şirkətlərindən biridir. Hal-hazırda şirkət “HP”, “Acer”, “Microsoft”, “APC”, “Eaton”, “Tripplite”-ın distribüteri, “Oracle”, “Cisco” və s. kimi nəhəng şirkətlərin biznes tərəfdaşı olaraq onların məhsul və xidmətlərini təqdim edir. “BestComp Group” “Acer”in, “Microsoft”un, “Eaton“un, “Tripplite”-ın bir sıra xarici ölkələrdə də rəsmi distribüteridir. Şirkətin nəzdində “HP”, “Acer”, “APC”, “Eaton” və “Tripplite” şirkətlərinin avtorizə edilmiş servis mərkəzləri fəaliyyət göstərir. İKT sahəsində çalışan 50-dən çox şirkət “BestComp Group”-un diler şəbəkəsinə daxildir.
“Xalq kompüteri” layihəsinin icrasını Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürü hesab etmək olar.
Bu layihədə ilk növbədə müəllimlərin aktivliyini qeyd etmək lazımdır. Məktəb müəllimləri ilə aparılan söhbətlərdən yalnız bir ümumi çıxarış etmək olar - kompüterlərin ödənilməsi rahatdır və bu, avadanlığın alınmasını çox əlverişli edir. Son məlumata görə, artıq 20000 insan bu layihə çərçivəsində kompüterlərə sahib olub. Layihənin digər sosial qruplara da şamil edilməsi yüzminlərlə Azərbaycan vətəndaşının müasir kompüterlərlə təmin edilməsi deməkdir. Daha ətraflı məlumatı “http://www.xalqkomp.az/” saytından əldə etmək olar.
Əhalinin kompüterləşməsinə yönələn layihənin icra müddəti bu il başa çatır
AMMA…İnformasiya texnologiyaları müasir cəmiyyətdə mühüm rol oynayır. Müasir insanı, o cümlədən də Azərbaycan vətəndaşının gündəlik həyatını informasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Hələ bir neçə il əvvəl informasiya texnologiyaları dedikdə, adətən biz yalnız kompüter və internet başa düşürdüksə, müasir dövrdə texnologiyalar müxtəlif formalarda həyatımıza daxil olub. Artıq bu gün hər hansı bir ölkədə vətəndaşların rifahından danışanda vacib qiymətləndirmə faktorlarından biri informasiya texnologiyalarının insan həyatına inteqrasiyasıdır.
Bu istiqamətdə ən əsas vəzifələrdən biri də insanların texnologiyalardan geniş istifadəsinə münbit şərait yaratmaqdır. Bunun üçün isə ilk növbədə əhalinin kompüterlərlə təmin edilməsi əsas şərtdir. Məhz kütləvi kompüterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüquqlu üzvü olmağa və informasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməyə imkan verəcəkdir.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, “HP” və “Microsoft” şirkətlərinin birgə həyata keçirdikləri "Xalq kompüteri" layihəsini ölkədə kütləvi kompüterləşmənin ilkin mərhələsi hesab etmək olar.
Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və “Elektron hökumət” sisteminin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na tam uyğundur. Yeri gəlmişkən qeyd edək ki, layihə bu il başa çatır. Ancaq onun daha geniş auditoriyaya şamil edilməsi və iştirakçıların marağının artması bu vaxtın uzadılacağına işarədir.
Layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır:
- Əqli əməyin təşviqi;
- Bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması;
- İKT yönümlü kadrların hazırlanmasını stimullaşdırmaq;
- E-hökumətin inkişaf etdirilməsi;
- Təhsil sisteminin dəstəklənməsi;
- İntellektual mülkiyyətin qorunması;
- Kompüter vərdişlərinin təşviqi;
- Aztəminatlı sosial qrupların dəstəklənməsi;
- Əhalinin kompüterlərlə təminatına şərait yaratmaq;
- Kompüter sayını dünyanın orta göstəricilərinə çatdırmaq.
İlkin mərhələdə 4 ay müddətini əhatə edən pilot layihə həyata keçirilmişdir. Bu müddət ərzində layihə çərçivəsində orta məktəb müəllimləri kompüterlər əldə etmişlər. Layihənin uğurlu keçməsini nəzərə alaraq sonradan layihə digər sosial qruplara da (tələbələr, həkimlər, dövlət qulluqçuları və s.) şamil edilmişdir.
Layihə çərçivəsində “HP” şirkətinin mini-noutları (MiniNote), noutbukları (Notebook) və stolüstü kompüterləri (Desktop) təqdim olunmuşdur. Bütün bu avadanlıqlarda “Microsoft” şirkətinin lisenziyalı proqram təminatı quraşdırılmışdır. Bu, Azərbaycanın Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış Məktəb Sazişi çərçivəsində həyata keçirilir.
Bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditə verilir. "Xalq kompüteri" layihəsi çərçivəsində təqdim olunan kompüterlər bazar qiymətlərindən 25-40% aşağıdır.
Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" dövlət müəssisəsi tərəfindən təmin edilir. Layihə "Azərpoçt" dövlət müəssisəsi və “HP”-nin və “Microsoft”un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir. Yeri gəlmişkən qeyd edək ki, “BestComp Group” şirkətinin əsası 1995-ci ildə qoyulub. Şirkət nəinki Azərbaycanda, hətta bütün Cənubi Qafqazda fəaliyyət göstərən ən nüfuzlu İKT şirkətlərindən biridir. Hal-hazırda şirkət “HP”, “Acer”, “Microsoft”, “APC”, “Eaton”, “Tripplite”-ın distribüteri, “Oracle”, “Cisco” və s. kimi nəhəng şirkətlərin biznes tərəfdaşı olaraq onların məhsul və xidmətlərini təqdim edir. “BestComp Group” “Acer”in, “Microsoft”un, “Eaton“un, “Tripplite”-ın bir sıra xarici ölkələrdə də rəsmi distribüteridir. Şirkətin nəzdində “HP”, “Acer”, “APC”, “Eaton” və “Tripplite” şirkətlərinin avtorizə edilmiş servis mərkəzləri fəaliyyət göstərir. İKT sahəsində çalışan 50-dən çox şirkət “BestComp Group”-un diler şəbəkəsinə daxildir.
“Xalq kompüteri” layihəsinin icrasını Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürü hesab etmək olar.
Bu layihədə ilk növbədə müəllimlərin aktivliyini qeyd etmək lazımdır. Məktəb müəllimləri ilə aparılan söhbətlərdən yalnız bir ümumi çıxarış etmək olar - kompüterlərin ödənilməsi rahatdır və bu, avadanlığın alınmasını çox əlverişli edir. Son məlumata görə, artıq 20000 insan bu layihə çərçivəsində kompüterlərə sahib olub. Layihənin digər sosial qruplara da şamil edilməsi yüzminlərlə Azərbaycan vətəndaşının müasir kompüterlərlə təmin edilməsi deməkdir. Daha ətraflı məlumatı “http://www.xalqkomp.az/” saytından əldə etmək olar.
Baxış sayı: 721
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb