Tarix:10/12/12
Kembricdə Hesablama laboratoriyasında bölüşdürülmüş sistemlərin planlaşdırılması ilə məşğul olub və 1979-cu ildə fəlsəfə doktoru dərəcəsinə layiq görülüb. Sonra Straustrup ailəsi ilə birlikdə Nyu-Cersiyə (ABŞ) köçür və "Bell Labs" firmasının Kompüter Tədqiqatları Mərkəzində işləyir. O, firmada tədqiqatlarla məşğul olmağa başlayır. İş prosesində bir neçə imitasiya proqramı yazmağa ehtiyac yaranır.
Həmin dövrdə mövcud olan modelləşdirmə üçün birinci obyekt yönümlü dil – "SIMULA-67" proqramların icrasında nisbətən aşağı sürətə malik olmasaydı, belə məsələlər üçün mükəmməl ola bilərdi. "BCPL" (Basic Combined Programming Language) dili isə proqramçıya lazım olan abstraktlaşdırma vasitələrinə malik deyildi. Buna görə doktor Straustrup dilin öz versiyasını yazmağa qərar verir.
Hazırladığı proqramlaşdırma dilinin böyük səs-küyə səbəb olacağına inanan ixtiraçı
O, hazırlamanı "C with classes" – "sinifli C" adlandırır. 1983-cü ildə dil əhəmiyyətli dəyişikliklərə məruz qalır və "C++" adını alır. Straustrupun kolleqası Endi Keniqin sözlərinə görə, o, yeni dilin böyük səs-küyə səbəb olacağına və uğur qazanacağına şübhə etmirdi. Beləliklə, Straustrup öz dilini tamamilə hazır vəziyyətə gətirir. "C++" obyekt yönümlü proqramlaşdırma dili fərdi kompüterlərdən super-kompüterlərə qədər istənilən maşınlara yönəldilmiş proqram əlavələri üçün bünövrə rolunu oynayır.
1984-cü ildə dilin tətbiqinin genişləndirilməsi məqsədilə "Bell Labs" firması yenidən təşkil edilir və "AT & T Bell Labs" (Computer Science Research Center of Bell Telephone Laboratories) adını alır. Straustrup 2002-ci ilə qədər "AT&T" şirkətində irihəcmli proqramlaşdırma sahəsində tədqiqatlar bölməsinə başçılıq edib. O, firmanın yenidən təşkil olunduğu dövrdə dilin yayılmasını və maarifləndirməni təmin etmək üçün "C++ Proqramlaşdırma dili" kitabını dərc etdirir.
Bu dil öz auditoriyasını tezliklə tapdı. 1987-ci ildə "C++" üzrə konfransda 200 insan toplanmışdı. Keniqin sözlərinə görə, növbəti ildə isə iştirakçıların sayı 600-ə çatmışdı. 90-cı illərin əvvəllərində istifadəçilərin sayı yarım milyona yaxınlaşırdı.
Nəticədə bu dil yayılma sürətinə görə dünya lideri oldu. Straustrup "AT & T Bell Labs"da işləməyə davam edir, genişmiqyaslı proqram tədqiqatları bölməsinə başçılıq edirdi, eyni zamanda fəal şəkildə öz dilinin təkmilləşdirilməsi və onun standartının yaradılması ilə məşğul olurdu. Belə ki, geniş şəkildə yayılmasına və tətbiq olunmasına baxmayaraq sözügedən dilin standartı yox idi. Sonradan Straustrupun rəhbərliyi ilə bir neçə əməkdaşın əməyi sayəsində "AT&TC++ release 2/0" standartı buraxıldı.
Daha sonralar isə "C++" dilinin təkmilləşmiş 3.0 versiyası meydana gəldi. Hazırda Amerikanın Milli Standartlar İnstitutunda (ANSI) "C++" (X3J16) dili üzrə komitə fəaliyyət göstərir. İndiyə kimi artıq komitə tərəfindən standartın bir neçə versiyası qəbul olunub.
"C++" proqramlaşdırma dili haqda
Ən məşhur proqramlaşdırma dillərindən biri olaraq, "C++" proqram təminatının hazırlanması üçün geniş istifadə olunur. Onun tətbiq sahəsinə əməliyyat sistemlərinin yaradılması, müxtəlif tətbiqi proqramlar, qurğuların drayverləri, qurulan sistemlər üçün əlavələr (proqramlar), məhsuldar serverlər, həmçinin əyləncə proqramları (videooyunlar və s.) daxildir. "C++" proqramlaşdırma dili "C" sintaksisinə tam uyğun gəlir.
Eyni zamanda obyekt oriyentasiyalıdır və uzun illər bu sahədə üstünlük verilən dillərdən biri olub. Demək olar ki, bütün platformalarda kompilyatorları mövcuddur. "C" kimi sürətli olduğu üçün real zamanlı proqramlaşdırma, oyun proqramlaşdırmasında da bu dilə üstünlük verilir. Eyni zamanda sistem proqramlaşdırmasında əsas dillərdən biridir. Mürəkkəb bir dil hesab olunduğuna görə yeni nəsil "C" dilllərinin – "Java" və "C#"-nin meydana çıxmasına səbəb olub. "C++"- da "cout cin" kimi giriş və çıxış əməliyyatları var. Həmçinin "for" və "while" kimi dövr operatorları mövcuddur.
Ümumi olaraq hər "C" proqramı eyni zamanda bir "C++" proqramıdır, ancaq hər "C++" proqramı bir "C" proqramı deyil. Bu vəziyyətin bəzi istisnaları mövcuddur. "C++"-ı "C"-dən ayıran xüsusiyyətlər "C++"-ın obyekt paradiqması istifadə olunmaqla proqramlaşdırmaya imkan tanıyan xüsusiyyətləridir. Siniflər sayəsində yeni məlumat növləri yaradıla bilər və ya mövcud olan növlərdən yeniləri əldə edilə bilər.
O, proqramlaşdırma sahəsinə müəllifi olduğu kitablarla da böyük xidmət göstərib
Born Straustrup proqramlaşdırma sahəsində bir neçə məşhur kitabın müəllifidir. Onun ilk yazdığı "C++ Proqramlaşdırma dili" kitabı öz sahəsi üzrə ən çox oxunan kitablardan biridir. Bu kitab dörd dəfə (1985, 1991, 1997, 2000-ci illər) nəşr edilib və 19 dilə tərcümə edilib. Növbəti kitab, "Dizayn və C++ təkamülü", proqramlaşdırma dillərinin təsvirində bir çox yeniliklərə yol açıb: yeni ideyalar, üsullar, problemlər. Bundan əlavə, o, ümumilikdə beş kitab və yüzlərlə akademik məqalə dərc etdirib.
Born Straustrupun əsərləri proqramlaşdırma sahəsində bilik və bacarıqların inkişaf etdirilməsində əhəmiyyətli mənbə rolunu oynayır. Təsadüfi deyil ki, 1990-cı ildə dahi ixtiraçının "C++ proqramlaşdırma dili üzrə şərhlərlə məlumat kitabı" ("The Annotated C++ Reference Manual") texniki sənədləşdirmə sahəsində misilsiz bacarığa görə "Dr. Dobb's Journal"ı tərəfindən mükafata layiq görülüb. 1994-cü ildə "Dizayn və C++ təkamülü" kitabı mənbə kodlarının təkmilləşdirilməsində proqramçılara yardımçı olduğu səbəbindən "Productivity Award" mükafatı ilə təltif olunub.
1993-cü ildə "Qreys Mürrey Xopper" mükafatına layiq görülüb. 1990-cı ildə "Fortune" jurnalı tərəfindən hazırlanan Amerikanın 20 ən gənc alimi siyahısında yer alıb, 1995-ci ildə "BYTE" jurnalının sorğusu əsasında son 20 il ərzində kompüter sənayesində 20 ən əhəmiyyətli şəxsiyyətdən biri olub. Straustrup 2004-cü ildə Milli Mühəndislik Akademiyasının üzvü seçilib.
O, bir neçə ildir ki, proqramlaşdırma sahəsi üzrə pedaqoji fəaliyyətlə məşğul olur. Hazırda Straustrup Texas A & M Universitetinin professoru olaraq fəaliyyət göstərir. O, bir çox proqramçıların sahə üzrə dərin biliklərə yiyələnməsində, peşəkar proqramçı kimi yetişməsində mühüm rol oynayır. Həmçinin universitetdə kompüter elmləri üzrə elmi-tədqiqat layihələrinin həyata keçirilməsində yaxından iştirak edir. Bu istiqamətdə də onun dəyərli təcrübəsindən geniş istifadə olunur.
Cahangir Atakişiyev
BORN STRAUSTRUP - “C++” dilinin yaradıcısı
Born Straustrup dünyada obyekt yönümlü proqramlaşdırmanın konsepsiyasına əsaslanan məşhur "C++" dilinin yaradıcısı kimi tanınır. O, 1950-ci il, dekabr ayının 30-da Danimarkanın Orhus şəhərində anadan olub. 1975-ci ildə Orhus Universitetinin kompüter texnologiyaları fakültəsini bitirib və magistr dərəcəsinə yiyələnib. Magistr diplomunu aldıqdan sonra Born Straustrup öz təhsilini İngiltərənin Kembric Universitetində davam etdirib.Kembricdə Hesablama laboratoriyasında bölüşdürülmüş sistemlərin planlaşdırılması ilə məşğul olub və 1979-cu ildə fəlsəfə doktoru dərəcəsinə layiq görülüb. Sonra Straustrup ailəsi ilə birlikdə Nyu-Cersiyə (ABŞ) köçür və "Bell Labs" firmasının Kompüter Tədqiqatları Mərkəzində işləyir. O, firmada tədqiqatlarla məşğul olmağa başlayır. İş prosesində bir neçə imitasiya proqramı yazmağa ehtiyac yaranır.
Həmin dövrdə mövcud olan modelləşdirmə üçün birinci obyekt yönümlü dil – "SIMULA-67" proqramların icrasında nisbətən aşağı sürətə malik olmasaydı, belə məsələlər üçün mükəmməl ola bilərdi. "BCPL" (Basic Combined Programming Language) dili isə proqramçıya lazım olan abstraktlaşdırma vasitələrinə malik deyildi. Buna görə doktor Straustrup dilin öz versiyasını yazmağa qərar verir.
Hazırladığı proqramlaşdırma dilinin böyük səs-küyə səbəb olacağına inanan ixtiraçı
O, hazırlamanı "C with classes" – "sinifli C" adlandırır. 1983-cü ildə dil əhəmiyyətli dəyişikliklərə məruz qalır və "C++" adını alır. Straustrupun kolleqası Endi Keniqin sözlərinə görə, o, yeni dilin böyük səs-küyə səbəb olacağına və uğur qazanacağına şübhə etmirdi. Beləliklə, Straustrup öz dilini tamamilə hazır vəziyyətə gətirir. "C++" obyekt yönümlü proqramlaşdırma dili fərdi kompüterlərdən super-kompüterlərə qədər istənilən maşınlara yönəldilmiş proqram əlavələri üçün bünövrə rolunu oynayır.
1984-cü ildə dilin tətbiqinin genişləndirilməsi məqsədilə "Bell Labs" firması yenidən təşkil edilir və "AT & T Bell Labs" (Computer Science Research Center of Bell Telephone Laboratories) adını alır. Straustrup 2002-ci ilə qədər "AT&T" şirkətində irihəcmli proqramlaşdırma sahəsində tədqiqatlar bölməsinə başçılıq edib. O, firmanın yenidən təşkil olunduğu dövrdə dilin yayılmasını və maarifləndirməni təmin etmək üçün "C++ Proqramlaşdırma dili" kitabını dərc etdirir.
Bu dil öz auditoriyasını tezliklə tapdı. 1987-ci ildə "C++" üzrə konfransda 200 insan toplanmışdı. Keniqin sözlərinə görə, növbəti ildə isə iştirakçıların sayı 600-ə çatmışdı. 90-cı illərin əvvəllərində istifadəçilərin sayı yarım milyona yaxınlaşırdı.
Nəticədə bu dil yayılma sürətinə görə dünya lideri oldu. Straustrup "AT & T Bell Labs"da işləməyə davam edir, genişmiqyaslı proqram tədqiqatları bölməsinə başçılıq edirdi, eyni zamanda fəal şəkildə öz dilinin təkmilləşdirilməsi və onun standartının yaradılması ilə məşğul olurdu. Belə ki, geniş şəkildə yayılmasına və tətbiq olunmasına baxmayaraq sözügedən dilin standartı yox idi. Sonradan Straustrupun rəhbərliyi ilə bir neçə əməkdaşın əməyi sayəsində "AT&TC++ release 2/0" standartı buraxıldı.
Daha sonralar isə "C++" dilinin təkmilləşmiş 3.0 versiyası meydana gəldi. Hazırda Amerikanın Milli Standartlar İnstitutunda (ANSI) "C++" (X3J16) dili üzrə komitə fəaliyyət göstərir. İndiyə kimi artıq komitə tərəfindən standartın bir neçə versiyası qəbul olunub.
"C++" proqramlaşdırma dili haqda
Ən məşhur proqramlaşdırma dillərindən biri olaraq, "C++" proqram təminatının hazırlanması üçün geniş istifadə olunur. Onun tətbiq sahəsinə əməliyyat sistemlərinin yaradılması, müxtəlif tətbiqi proqramlar, qurğuların drayverləri, qurulan sistemlər üçün əlavələr (proqramlar), məhsuldar serverlər, həmçinin əyləncə proqramları (videooyunlar və s.) daxildir. "C++" proqramlaşdırma dili "C" sintaksisinə tam uyğun gəlir.
Eyni zamanda obyekt oriyentasiyalıdır və uzun illər bu sahədə üstünlük verilən dillərdən biri olub. Demək olar ki, bütün platformalarda kompilyatorları mövcuddur. "C" kimi sürətli olduğu üçün real zamanlı proqramlaşdırma, oyun proqramlaşdırmasında da bu dilə üstünlük verilir. Eyni zamanda sistem proqramlaşdırmasında əsas dillərdən biridir. Mürəkkəb bir dil hesab olunduğuna görə yeni nəsil "C" dilllərinin – "Java" və "C#"-nin meydana çıxmasına səbəb olub. "C++"- da "cout cin" kimi giriş və çıxış əməliyyatları var. Həmçinin "for" və "while" kimi dövr operatorları mövcuddur.
Ümumi olaraq hər "C" proqramı eyni zamanda bir "C++" proqramıdır, ancaq hər "C++" proqramı bir "C" proqramı deyil. Bu vəziyyətin bəzi istisnaları mövcuddur. "C++"-ı "C"-dən ayıran xüsusiyyətlər "C++"-ın obyekt paradiqması istifadə olunmaqla proqramlaşdırmaya imkan tanıyan xüsusiyyətləridir. Siniflər sayəsində yeni məlumat növləri yaradıla bilər və ya mövcud olan növlərdən yeniləri əldə edilə bilər.
O, proqramlaşdırma sahəsinə müəllifi olduğu kitablarla da böyük xidmət göstərib
Born Straustrup proqramlaşdırma sahəsində bir neçə məşhur kitabın müəllifidir. Onun ilk yazdığı "C++ Proqramlaşdırma dili" kitabı öz sahəsi üzrə ən çox oxunan kitablardan biridir. Bu kitab dörd dəfə (1985, 1991, 1997, 2000-ci illər) nəşr edilib və 19 dilə tərcümə edilib. Növbəti kitab, "Dizayn və C++ təkamülü", proqramlaşdırma dillərinin təsvirində bir çox yeniliklərə yol açıb: yeni ideyalar, üsullar, problemlər. Bundan əlavə, o, ümumilikdə beş kitab və yüzlərlə akademik məqalə dərc etdirib.
Born Straustrupun əsərləri proqramlaşdırma sahəsində bilik və bacarıqların inkişaf etdirilməsində əhəmiyyətli mənbə rolunu oynayır. Təsadüfi deyil ki, 1990-cı ildə dahi ixtiraçının "C++ proqramlaşdırma dili üzrə şərhlərlə məlumat kitabı" ("The Annotated C++ Reference Manual") texniki sənədləşdirmə sahəsində misilsiz bacarığa görə "Dr. Dobb's Journal"ı tərəfindən mükafata layiq görülüb. 1994-cü ildə "Dizayn və C++ təkamülü" kitabı mənbə kodlarının təkmilləşdirilməsində proqramçılara yardımçı olduğu səbəbindən "Productivity Award" mükafatı ilə təltif olunub.
1993-cü ildə "Qreys Mürrey Xopper" mükafatına layiq görülüb. 1990-cı ildə "Fortune" jurnalı tərəfindən hazırlanan Amerikanın 20 ən gənc alimi siyahısında yer alıb, 1995-ci ildə "BYTE" jurnalının sorğusu əsasında son 20 il ərzində kompüter sənayesində 20 ən əhəmiyyətli şəxsiyyətdən biri olub. Straustrup 2004-cü ildə Milli Mühəndislik Akademiyasının üzvü seçilib.
O, bir neçə ildir ki, proqramlaşdırma sahəsi üzrə pedaqoji fəaliyyətlə məşğul olur. Hazırda Straustrup Texas A & M Universitetinin professoru olaraq fəaliyyət göstərir. O, bir çox proqramçıların sahə üzrə dərin biliklərə yiyələnməsində, peşəkar proqramçı kimi yetişməsində mühüm rol oynayır. Həmçinin universitetdə kompüter elmləri üzrə elmi-tədqiqat layihələrinin həyata keçirilməsində yaxından iştirak edir. Bu istiqamətdə də onun dəyərli təcrübəsindən geniş istifadə olunur.
Cahangir Atakişiyev
Baxış sayı: 1675
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Ted Hoff - İNTEQRAL ELEKTRONİKASINDA YENİ ERANIN BANİSİ
- Ada Bayron – texnologiya tarixinin "ilk proqramçı" qadını
- Yevgeni Kasperski – internatdan biznesmenliyə gedən zəngin yol
- İntel 43 yaşını qeyd edir
- Qotfrid Leybniç- bugünkü kompyuterlər onun sayəsində bütün məntiqi əməliyyatları yerinə yetirir
- STİV COBS – SEVİMLİ VƏ ZÖVQSÜZ
- Bazar günü gecə işçilərlə yeni həftəyə necə başlayacaqlarını müzakirə etmək üçün tele-konfrans yaradan rəhbər
- Erik Şmidt – Onun üçün təyyarə sürmək dünyanın ən nəhəng internet şirkətini idarə etmək qədər asandır
- KEROL BARTS – SƏRİŞTƏSİZ LİDER
- STİVEN BALMER - O, qeyri-ənənəvi rəftarı ilə seçilir
- Timoti Con Berners-Li - “Hörümçək toru”nun utancaq, qətiyyətli, zarafatcıl banisi
- TED NELSON – O, kompyuteri bütün insanlar üçün əlçatan etmək istəyir
- LEO APOTEKER: Təcrübəli mütəxəssisin “Silikon Vadisi”ndəki uğursuzluğu
- Meq Uitmen - ABŞ tarixində seçkiyə öz hesabına ən çox maliyyə sərf edən uğursuz namizəd, iddialı biznes idarəçisi
- BILL QEYTS - təvazökar, utancaq və yöndəmsiz