12px13px15px17px
Tarix:11/01/13

Buludlar Şərqə doğru istiqamət götürüb

"Bulud" bazarı İT sahəsinin digər seqmentləri ilə müqayisədə bir neçə dəfə daha sürətli şəkildə inkişaf edir. Lakin müxtəlif regionlarda gedən inkişaf eyni deyil.

Bu, yalnız ölkələr arasındakı texnoloji uçurumla deyil, həm də ən böyük tədarükçülərin yürütdüyü siyasətlə bağlıdır. "Bulud" xidmətləri bazarında iştirak edən demək olar ki bütün "oyunçu"lar (tədarükçülər, sifarişçilər, ekspertlər) "bulud" texnologiyalarının İT sənayesinin gələcəyi olması fikri ilə razılaşır. Məhz onlar "ikinci" (fərdi kompüterlər) platformanı əvəz edərək "üçüncü platforma"ya çevriləcək.

Məlumat üçün qeyd edim ki, "ikinci" platforma da vaxtilə "birinci" (meynfreymlər) platformanı əvəz etmişdi. İctimai "bulud" xidmətlərinə sərf edilən xərclər İT-nin digər seqmentləri ilə müqayisədə daha sürətli artır.

"IDC" tədqiqat şirkətinin məlumatına görə, 2012-2016-cı illər ərzində "bulud" xərclərinin artım tempi 26,4 faiz təşkil edəcək. Bu isə İT sənayenin ümumi göstəricisindən 5 dəfə çoxdur. "Gartner"-in analitiklərinin proqnozuna əsasən, 2012-ci ildə ictimai "bulud" bazarının həcmi 19,6 faiz artdığı halda, İT sahəsində bu göstərici 3-4 faizə bərabər olacaq.

"Forrester" şirkətində çalışan ekspertlərin proqnozuna görə isə ictimai "bulud" bazarının həcmi 60,6 faiz artacaq.

Qlobal ictimai bulud bazarı: artım proqnozu (milyard dollar)










Ekspertlər arasında əsas fikir ayrılığı "bulud" texnologiyalarının dünyanı nə qədər tez "fəth etməsi" ilə bağlıdır.

"İT sənaye keçid dövrünün tam ortasındadır, çünki şirkətlərin sərmayə yatırdıqları yeni texnologiyalar qarşıdakı 20-30 il ərzində inkişaf və innovasiya drayveri olacaq. Biz 2020-ci ilədək sahənin inkişafının 80 faizinin bu və ya digər dərəcədə bulud texnologiyaları ilə bağlı olacağınız gözləyirik" – "IDC"-nin baş vitse-prezidenti və aparıcı analitiki Frenk Cens belə hesab edir.

Buludlar ABŞ-ın üzərinə toplaşıb

"Gartner" tədqiqat şirkətinin proqnozuna əsasən, 2016-cı ilədək "bulud" xidmətləri bazarında ən yüksək artım Hindistan, İndoneziya, Çin, Rusiya, Argentina, Meksika və Braziliyada qeydə alınacaq. Qərbi Avropada bu bazar iqtisadi çətinliklərlə əlaqədar daha aşağı templə inkişaf edəcək.

Asiya-Sakit okean regionunun göstəriciləri yaponiya bazarında yaşanan problemlə əlaqədar, həmçinin aşağı olacaq. Bununla belə, ABŞ və digər inkişaf etmiş ölkələr hələ qarşıdakı 5 il ərzində "ağalıq" edəcək: 2010-2016-cı illərdə qeydə alınmış ümumi artımın 61 faizi ABŞ-ın payına düşəcək.

"IDC"-nin məlumatına əsasən, "bulud" texnologiyalarına sərf olunan xərclərin ümumi artımının 30 faizi inkişaf etməkdə olan bazarların payına düşəcək. Belə vəziyyətin alınması ən böyük ictimai "bulud" xidmətləri provayderləri sayılan "Amazon", "Apple", "Google", "IBM"-in amerika qeydiyyatına malik olması və məlumat mərkəzlərini öz evlərində yerləşdirməyə üstünlük verməsi ilə bağlıdır. "Bütün meydançalar ABŞ ərazisində, Qərbi Avropada, həmçinin Honkonq və Sinqapurda yerləşir. Amerika bazarı liderdir, tendensiya və yanaşmalar məhz orada yaradılır və bundan sonra Şərqə doğru istiqamət götürür.

Emil Hüseynov



Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024