Tarix:18/01/13
2012-ci ilin sonuna yaxın 2,2 milyard "E-mail" istifadəçisi qeydə alınıb. Hər gün göndərilmiş təxminən 144 milyard elektron məktubun təqribən 61 faizini əhəmiyyətsiz kimi göstərmək olar. Dünyada aktiv "E-mail" istifadəçilərinin sayı 4.3 milyarda bərabərdir və bu, insanların elektron poçtla işləmək üçün eyni anda bir neçə tətbiqdən (proqram) istifadəsi ilə izah edilə bilər.
Spam ciddi problem olaraq qalır
"Gmail" dünyanın ən populyar poçt xidmətidir: ötən il ondan istifadə edənlərin sayı 425 milyon təşkil edib. Spam ciddi problem olaraq qalır və 2012-ci ildə göndərilmiş mesajların 68,8 faizi zibildir. Bu halda spamın 50,76 faizini müxtəlif növ əczaçılıq preparatlarının reklamı təşkil edib. Fişinqin həcmi cəmisi 0,22 faizə bərabər olub.
Populyar saytlara texniki xidmət göstərən ölkə
Dünyanın 1 milyon populyar saytının 43 faizinə ABŞ-da texniki xidmət göstərilir, 100 bloqdan 48 faizi isə "WordPress" əsasında fəaliyyət göstərir. Dünyanın 10 min ən populyar veb saytının 75 faizi açıq mənbə kodlu proqram təminatının əsasında işləyir.
"WordPress" əsasında fəaliyyət göstərən saytların sayı 59,4 milyona və hər ay baxılan səhifələrin sayı 3,5 milyarda bərabər olub. Qeyd edək ki, internetin sürətinin tədricən artmasına, həmçinin qurğu və proqram təminatının məhsuldarlığının artmasına baxmayaraq, veb səhifələr ilbəildən daha gec yüklənir. 2012-ci ildə veb səhifələr 2011-ci illə müqayisədə orta hesabla 4 faiz daha gec yüklənib.
Veb-serverlərin vəziyyətində elə böyük dəyişiklik qeydə alınmayıb. "Apache" lider olaraq qalıb, lakin ötən il onun bazar payı 6,7 faiz azalıb. Bununla belə "IIS" əsasında fəaliyyət göstərən veb-saytların sayı 32,4 faiz, "NGINX"-də 36,4 faiz, "Google"-da isə 15,9 faiz artıb.
Ən bahalı domen
Hazırda 329 yuxarı səviyyəli domen mövcuddur, qeydiyyatdan keçmiş domen adlarının ümumi sayı isə 246 milyona bərabərdir. Onların 104,9 milyonu ".com", 14,1 milyonu ".net", 9,7 milyonu ".org", 6,7 milyonu ".info" və "2,2" milyonu ".biz" domeninin payına düşür. "GoDaddy.com" ən böyük domen registratoru olaraq qalıb. Onun bazar payı 32.44 faizə bərabər olub. "Investing.com" 2012-ci ildə satılmış ən bahalı domen adı olub. Sazişin qiyməti 2,45 milyon dollar təşkil edib.
Asiyalılar avropalılardan daha çox internetdən istifadə edir
2012-ci ilin sonuna olan məlumata əsasən, internet istifadəçilərinin sayı 2.4 milyarda bərabər olub. 1.1 milyard internet istifadəçisinə malik asiyalılar birinci, 519 milyon göstərici ilə Avropa ikinci, 274 milyon istifadəçi ilə Şimali Amerika üçünü yerdə qərarlaşıb. Əgər ölkələr üzrə hesablasaq, o zaman 565 milyon internet istifadəçisinə malik Çin birinci olub.
İnternet istifadəçiləri bu sosial şəbəkəni daha çox "like" edir
"Facebook" dünyanın ən populyar sosial şəbəkəsi olaraq qalır: 1 milyard istifadəçi, ay ərzində 85962 nəşr və gündəlik 2.7 milyard "layk". "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin 47 faizini qadınlar təşkil edir.
Populyarlığa görə ikinci yerdə 200 milyon aktiv istifadəçiyə malik "Twitter" mikrobloqlar xidməti gəlir. Xidmət istifadəyə veriləndən indiyə qədər 163 milyard tvit dərc edilib.
2012-ci ilin sentyabrına olan məlumata görə, "LinkedIn" işgüzar sosial şəbəkəsi (187 milyon) üçüncü mövqedə qərarlaşıb. Bu sosial şəbəkənin istifadəçisinin orta yaşı 44,2 təşkil edir. "Google" sosial şəbəkəsinin auditoriyası 135 milyon aktiv istifadəçidən ibarət olub və "+1" düyməsinə hər gün 5 milyard dəfə sıxılıb.
Hələ də dünyanın ən populyar brazueri olaraq qalır
"Microsoft Internet Explorer" hələ də dünyanın ən populyar brazueri olaraq qalmaqdadır, lakin onun bazar payı 39 faizədək azalıb. Əsas mübarizə ikinci və üçüncü yer arasında gedir. "Google Chrome" (28%) ikinci, "Mozilla Firefox" (25%) isə üçüncü yerdə qərarlaşıb.
O, insanların axtardığını daha yaxşı tapır
"Google" axtarış bazarında lider olaraq qalır. 2012-ci ildə "Google Search" vasitəsilə 1,2 trilyon axtarış sorğusu qeydə alınıb və onun ABŞ bazarında payı 67 faizə bərabərdir.
Dünyada 1,3 milyard insan mobil telefonla daha "ağıllı" danışır
Dünyada 5 milyard mobil telefon istifadəçisi qeydə alınıb. 2012-ci ilin sonuna olan məlumata əsasən, "ağıllı" telefonların sayı 1,3 milyard təşkil edib. "Google Android" aparıcı platforma olaraq qalıb. Ötən il bu mobil əməliyyat sistemi əsasında işləyən 465 milyon "ağıllı" telefon satılıb.
2012-ci ildə qlobal trafikin 13 faizi mobil qurğuların payına düşüb. Aylıq mobil trafikin həcmi 1,3 ekzabayt və ya 1,3 milyon terabayt səviyyəsində olub. Ötən il mobil telefonlar vasitəsilə internetə orta çıxış sürəti 504 kbit/s, "ağıllı" telefonlarda bu göstərici 1820 kbit/s təşkil edib.
"Youtube"də daha çox nə izlənilib?
Video müasir internetin ayrılmaz hissəsidir. 2012-ci ildə "Google"-un saytlarında videoya baxan 150,6 milyon unikal ziyarətçi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, "Youtube"-un əsas rəqibi olan "Vimeo" xidmətində bu göstərici cəmisi 14 milyon istifadəçi təşkil edib. "YouTube" xidmətində ay ərzində 4 milyon saatlıq videoya baxılıb. "Gangnam Style" klipi ən populyar çarx olub. 5 ay ərzində onun baxış sayı 1 milyarda çatıb.
Dünyada ən populyar fotoxidmət
İnternetdəki fotoların sayı da heç də az deyil. Məsələn, "Facebook" sosial şəbəkəsinə hər ay 7 petabayt (1 petabayt = 1000 terabayt) foto yüklənir. "Instagram" dünyada ən populyar fotoxidmətlərindən biri olaraq qalmağa davam edir: ona hər saniyə 58 foto yüklənir.
Emil Hüseynov
emilhuseynov86@gmail.com
2012-ci il: Virtual aləmin ən mühüm hadisələri
"Pingdom" xidmətinin əməkdaşları 2012-ci ildə internetdə baş verən ən mühüm hadisələri öz araşdırmalarında əhatə etməyə çalışıblar.2012-ci ilin sonuna yaxın 2,2 milyard "E-mail" istifadəçisi qeydə alınıb. Hər gün göndərilmiş təxminən 144 milyard elektron məktubun təqribən 61 faizini əhəmiyyətsiz kimi göstərmək olar. Dünyada aktiv "E-mail" istifadəçilərinin sayı 4.3 milyarda bərabərdir və bu, insanların elektron poçtla işləmək üçün eyni anda bir neçə tətbiqdən (proqram) istifadəsi ilə izah edilə bilər.
Spam ciddi problem olaraq qalır
"Gmail" dünyanın ən populyar poçt xidmətidir: ötən il ondan istifadə edənlərin sayı 425 milyon təşkil edib. Spam ciddi problem olaraq qalır və 2012-ci ildə göndərilmiş mesajların 68,8 faizi zibildir. Bu halda spamın 50,76 faizini müxtəlif növ əczaçılıq preparatlarının reklamı təşkil edib. Fişinqin həcmi cəmisi 0,22 faizə bərabər olub.
Populyar saytlara texniki xidmət göstərən ölkə
Dünyanın 1 milyon populyar saytının 43 faizinə ABŞ-da texniki xidmət göstərilir, 100 bloqdan 48 faizi isə "WordPress" əsasında fəaliyyət göstərir. Dünyanın 10 min ən populyar veb saytının 75 faizi açıq mənbə kodlu proqram təminatının əsasında işləyir.
"WordPress" əsasında fəaliyyət göstərən saytların sayı 59,4 milyona və hər ay baxılan səhifələrin sayı 3,5 milyarda bərabər olub. Qeyd edək ki, internetin sürətinin tədricən artmasına, həmçinin qurğu və proqram təminatının məhsuldarlığının artmasına baxmayaraq, veb səhifələr ilbəildən daha gec yüklənir. 2012-ci ildə veb səhifələr 2011-ci illə müqayisədə orta hesabla 4 faiz daha gec yüklənib.
Veb-serverlərin vəziyyətində elə böyük dəyişiklik qeydə alınmayıb. "Apache" lider olaraq qalıb, lakin ötən il onun bazar payı 6,7 faiz azalıb. Bununla belə "IIS" əsasında fəaliyyət göstərən veb-saytların sayı 32,4 faiz, "NGINX"-də 36,4 faiz, "Google"-da isə 15,9 faiz artıb.
Ən bahalı domen
Hazırda 329 yuxarı səviyyəli domen mövcuddur, qeydiyyatdan keçmiş domen adlarının ümumi sayı isə 246 milyona bərabərdir. Onların 104,9 milyonu ".com", 14,1 milyonu ".net", 9,7 milyonu ".org", 6,7 milyonu ".info" və "2,2" milyonu ".biz" domeninin payına düşür. "GoDaddy.com" ən böyük domen registratoru olaraq qalıb. Onun bazar payı 32.44 faizə bərabər olub. "Investing.com" 2012-ci ildə satılmış ən bahalı domen adı olub. Sazişin qiyməti 2,45 milyon dollar təşkil edib.
Asiyalılar avropalılardan daha çox internetdən istifadə edir
2012-ci ilin sonuna olan məlumata əsasən, internet istifadəçilərinin sayı 2.4 milyarda bərabər olub. 1.1 milyard internet istifadəçisinə malik asiyalılar birinci, 519 milyon göstərici ilə Avropa ikinci, 274 milyon istifadəçi ilə Şimali Amerika üçünü yerdə qərarlaşıb. Əgər ölkələr üzrə hesablasaq, o zaman 565 milyon internet istifadəçisinə malik Çin birinci olub.
İnternet istifadəçiləri bu sosial şəbəkəni daha çox "like" edir
"Facebook" dünyanın ən populyar sosial şəbəkəsi olaraq qalır: 1 milyard istifadəçi, ay ərzində 85962 nəşr və gündəlik 2.7 milyard "layk". "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin 47 faizini qadınlar təşkil edir.
Populyarlığa görə ikinci yerdə 200 milyon aktiv istifadəçiyə malik "Twitter" mikrobloqlar xidməti gəlir. Xidmət istifadəyə veriləndən indiyə qədər 163 milyard tvit dərc edilib.
2012-ci ilin sentyabrına olan məlumata görə, "LinkedIn" işgüzar sosial şəbəkəsi (187 milyon) üçüncü mövqedə qərarlaşıb. Bu sosial şəbəkənin istifadəçisinin orta yaşı 44,2 təşkil edir. "Google" sosial şəbəkəsinin auditoriyası 135 milyon aktiv istifadəçidən ibarət olub və "+1" düyməsinə hər gün 5 milyard dəfə sıxılıb.
Hələ də dünyanın ən populyar brazueri olaraq qalır
"Microsoft Internet Explorer" hələ də dünyanın ən populyar brazueri olaraq qalmaqdadır, lakin onun bazar payı 39 faizədək azalıb. Əsas mübarizə ikinci və üçüncü yer arasında gedir. "Google Chrome" (28%) ikinci, "Mozilla Firefox" (25%) isə üçüncü yerdə qərarlaşıb.
O, insanların axtardığını daha yaxşı tapır
"Google" axtarış bazarında lider olaraq qalır. 2012-ci ildə "Google Search" vasitəsilə 1,2 trilyon axtarış sorğusu qeydə alınıb və onun ABŞ bazarında payı 67 faizə bərabərdir.
Dünyada 1,3 milyard insan mobil telefonla daha "ağıllı" danışır
Dünyada 5 milyard mobil telefon istifadəçisi qeydə alınıb. 2012-ci ilin sonuna olan məlumata əsasən, "ağıllı" telefonların sayı 1,3 milyard təşkil edib. "Google Android" aparıcı platforma olaraq qalıb. Ötən il bu mobil əməliyyat sistemi əsasında işləyən 465 milyon "ağıllı" telefon satılıb.
2012-ci ildə qlobal trafikin 13 faizi mobil qurğuların payına düşüb. Aylıq mobil trafikin həcmi 1,3 ekzabayt və ya 1,3 milyon terabayt səviyyəsində olub. Ötən il mobil telefonlar vasitəsilə internetə orta çıxış sürəti 504 kbit/s, "ağıllı" telefonlarda bu göstərici 1820 kbit/s təşkil edib.
"Youtube"də daha çox nə izlənilib?
Video müasir internetin ayrılmaz hissəsidir. 2012-ci ildə "Google"-un saytlarında videoya baxan 150,6 milyon unikal ziyarətçi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, "Youtube"-un əsas rəqibi olan "Vimeo" xidmətində bu göstərici cəmisi 14 milyon istifadəçi təşkil edib. "YouTube" xidmətində ay ərzində 4 milyon saatlıq videoya baxılıb. "Gangnam Style" klipi ən populyar çarx olub. 5 ay ərzində onun baxış sayı 1 milyarda çatıb.
Dünyada ən populyar fotoxidmət
İnternetdəki fotoların sayı da heç də az deyil. Məsələn, "Facebook" sosial şəbəkəsinə hər ay 7 petabayt (1 petabayt = 1000 terabayt) foto yüklənir. "Instagram" dünyada ən populyar fotoxidmətlərindən biri olaraq qalmağa davam edir: ona hər saniyə 58 foto yüklənir.
Emil Hüseynov
emilhuseynov86@gmail.com
Baxış sayı: 1730
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb