Tarix:30/01/13
O, Oreqon Universitetini bitirdikdən sonra ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində xidmət etməyə başlayıb. Engelbart orada Vanniver Buşun "Biz necə düşünə bilərik" məqaləsini oxuyur. Bu məqalə gələcək ixtiraçını elektrotexnika üzrə təhsil almağa ruhlandırır. O, 1957-ci ildə Stendford Elmi Tədqiqat İnstitutunda çalışmağa başlayır: orada elektron qurğuların kiçildilmə prosesini araşdırırdı. Bundan sonra o, "DARPA"-dan maliyyələşdirmə almağa nail olur.
Enqelbart öz komandası ilə birlikdə hipermətn, "siçan", qrafik interfeys hazırlamaqla məşğul olur. Enqelbart hazırlamalarını 1968-ci ildə "The Mother of All Diamonds" sərgisində nümayiş etdirmişdi. O zaman həm də ilk dəfə kompüter "siçan"ı təqdim edilmişdi.
Engelbart texnologiya sahəsi üzrə xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb. Məsələn, 1997-ci ildə o, dünyanın ən böyük mükafatı sayılan "Lemelson-MIT" ilə təltif edilmişdi. 3 il sonra ABŞ prezidenti Bill Klinton onu ABŞ-ın ən yüksək texniki mükafatı sayılan "Texnologiya və İnnovasiya üzrə Milli Medal"la təltif etmişdi.
Emil Hüseynov
Bu gün Duqlas Engelbartın ad günüdü
1925-ci il yanvarın 30-da ABŞ-ın Portland şəhərində kompüter "siçan"ının ixtiraçısı Duqlas Engelbart anadan olub.O, Oreqon Universitetini bitirdikdən sonra ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində xidmət etməyə başlayıb. Engelbart orada Vanniver Buşun "Biz necə düşünə bilərik" məqaləsini oxuyur. Bu məqalə gələcək ixtiraçını elektrotexnika üzrə təhsil almağa ruhlandırır. O, 1957-ci ildə Stendford Elmi Tədqiqat İnstitutunda çalışmağa başlayır: orada elektron qurğuların kiçildilmə prosesini araşdırırdı. Bundan sonra o, "DARPA"-dan maliyyələşdirmə almağa nail olur.
Enqelbart öz komandası ilə birlikdə hipermətn, "siçan", qrafik interfeys hazırlamaqla məşğul olur. Enqelbart hazırlamalarını 1968-ci ildə "The Mother of All Diamonds" sərgisində nümayiş etdirmişdi. O zaman həm də ilk dəfə kompüter "siçan"ı təqdim edilmişdi.
Engelbart texnologiya sahəsi üzrə xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb. Məsələn, 1997-ci ildə o, dünyanın ən böyük mükafatı sayılan "Lemelson-MIT" ilə təltif edilmişdi. 3 il sonra ABŞ prezidenti Bill Klinton onu ABŞ-ın ən yüksək texniki mükafatı sayılan "Texnologiya və İnnovasiya üzrə Milli Medal"la təltif etmişdi.
Emil Hüseynov
Baxış sayı: 10088
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Ted Hoff - İNTEQRAL ELEKTRONİKASINDA YENİ ERANIN BANİSİ
- Ada Bayron – texnologiya tarixinin "ilk proqramçı" qadını
- Yevgeni Kasperski – internatdan biznesmenliyə gedən zəngin yol
- İntel 43 yaşını qeyd edir
- Qotfrid Leybniç- bugünkü kompyuterlər onun sayəsində bütün məntiqi əməliyyatları yerinə yetirir
- STİV COBS – SEVİMLİ VƏ ZÖVQSÜZ
- Bazar günü gecə işçilərlə yeni həftəyə necə başlayacaqlarını müzakirə etmək üçün tele-konfrans yaradan rəhbər
- Erik Şmidt – Onun üçün təyyarə sürmək dünyanın ən nəhəng internet şirkətini idarə etmək qədər asandır
- KEROL BARTS – SƏRİŞTƏSİZ LİDER
- STİVEN BALMER - O, qeyri-ənənəvi rəftarı ilə seçilir
- Timoti Con Berners-Li - “Hörümçək toru”nun utancaq, qətiyyətli, zarafatcıl banisi
- TED NELSON – O, kompyuteri bütün insanlar üçün əlçatan etmək istəyir
- LEO APOTEKER: Təcrübəli mütəxəssisin “Silikon Vadisi”ndəki uğursuzluğu
- Meq Uitmen - ABŞ tarixində seçkiyə öz hesabına ən çox maliyyə sərf edən uğursuz namizəd, iddialı biznes idarəçisi
- BILL QEYTS - təvazökar, utancaq və yöndəmsiz