Tarix:11/03/13
"ICTnews" elektron xəbər xidməti bildirir ki, bu sistem vasitəsilə bir terminaldan bütün internet provayderləri üzrə, eləcə də mobil telefon ödənişlərini daha tez və daha əlverişli şəkildə həyata keçirmək mümkündür. Ölkənin bütün ərazisi üzrə 1500-dən çox ödəniş məntəqəsinə sahib olan «MilliÖN» göstərdiyi xidmət üzrə bütün ödənişləri maksimum 90 saniyədə həyata keçirməyə qadirdir.
Nəyə diqqət etməli?!
Ödəmə Terminalından istifadə edərkən diqqət yetiriləsi bir neçə məqam var. Onlardan ən əsaslarından biri artıq pul ödənişi etməməkdir. Çünki ödəmə terminalı pul qalığını geri qaytarmır.
Eyni zamanda ödəniş zamanı unudulmamalıdır ki, Ödəmə Terminalı dəmir pul sikkələrini və köhnəlmiş kağız əskinaslarını qəbul etmir. Üstəlik, qeyd edək ki, Ödəmə Terminalı səhvən daxil olunan kağız pulu geri qaytarmır.
Əgər istehlakçılar ödəmə terminalında bank kartlarından istifadə etmək istəsə, bu da alınmayacaq. Çünki terminal kredit, debet və s. kartları ödəniş vasitəsi olaraq qəbul etmir. Xidmətlərdən istifadə edərkən heç bir əlavə ödənişə ehtiyac yoxdur, yəni komisyon haqqı tutulmur. Burada ancaq istifadəçinin ödəməli olduğu məbləği terminala daxil etmək kifayət edir.
Növbəti diqqət ediləsi məqamlardan biri də şəxsi informasiyalar məsələsidir. Buna misal olaraq bildirək ki, hər bir şəxs özünün mobil telefonu üçün balans yükləyərkən nömrəsinin ətrafındakılar tərəfindən oxunulmamasına çalışır. Bunun üçün həm mobil nömrə gizli formada daxil edilməlidir, həm də balans yükləndikdən sonra «Əvvələ» düyməsi basılaraq xidmət növlərinə qayıtmaq lazımdır.
Ödəmə Terminalı vasitəsilə hər hansı bir xidmət növünün ödənilməsi müvəqqəti mümkün olmaya bilər. Terminalda qəbzin çap edilməsi üçün kağız da olmaya bilər. Terminalla və ya proseslə bağlı hər hansı problem yarandıqda dəstək xidmətinə, *0010 nömrəsinə zəng etmək kifayətdir və mütəxəssislər bu problemi həll edəcəklər.
"MilliÖN" ödəniş sistemi vasitəsilə 1 terminaldan müxtəlif növ ödənişləri həyata keçirmək imkanınız olacaq ki, bu da vaxta qənaət deməkdir.
SEYMUR
Azərbaycanın yeni onlayn ödəmə təfəkkürü
«MilliÖN» ödəniş sistemi — kommunal və rabitə xidmətlərinin ödənişindən tutmuş, onlayn oyunlara və aviabiletlərin alınmasına qədər istənilən xidmət növünün universal, əlçatan təhlükəsiz və ani ödəniş vasitəsidir."ICTnews" elektron xəbər xidməti bildirir ki, bu sistem vasitəsilə bir terminaldan bütün internet provayderləri üzrə, eləcə də mobil telefon ödənişlərini daha tez və daha əlverişli şəkildə həyata keçirmək mümkündür. Ölkənin bütün ərazisi üzrə 1500-dən çox ödəniş məntəqəsinə sahib olan «MilliÖN» göstərdiyi xidmət üzrə bütün ödənişləri maksimum 90 saniyədə həyata keçirməyə qadirdir.
Nəyə diqqət etməli?!
Ödəmə Terminalından istifadə edərkən diqqət yetiriləsi bir neçə məqam var. Onlardan ən əsaslarından biri artıq pul ödənişi etməməkdir. Çünki ödəmə terminalı pul qalığını geri qaytarmır.
Eyni zamanda ödəniş zamanı unudulmamalıdır ki, Ödəmə Terminalı dəmir pul sikkələrini və köhnəlmiş kağız əskinaslarını qəbul etmir. Üstəlik, qeyd edək ki, Ödəmə Terminalı səhvən daxil olunan kağız pulu geri qaytarmır.
Əgər istehlakçılar ödəmə terminalında bank kartlarından istifadə etmək istəsə, bu da alınmayacaq. Çünki terminal kredit, debet və s. kartları ödəniş vasitəsi olaraq qəbul etmir. Xidmətlərdən istifadə edərkən heç bir əlavə ödənişə ehtiyac yoxdur, yəni komisyon haqqı tutulmur. Burada ancaq istifadəçinin ödəməli olduğu məbləği terminala daxil etmək kifayət edir.
Növbəti diqqət ediləsi məqamlardan biri də şəxsi informasiyalar məsələsidir. Buna misal olaraq bildirək ki, hər bir şəxs özünün mobil telefonu üçün balans yükləyərkən nömrəsinin ətrafındakılar tərəfindən oxunulmamasına çalışır. Bunun üçün həm mobil nömrə gizli formada daxil edilməlidir, həm də balans yükləndikdən sonra «Əvvələ» düyməsi basılaraq xidmət növlərinə qayıtmaq lazımdır.
Ödəmə Terminalı vasitəsilə hər hansı bir xidmət növünün ödənilməsi müvəqqəti mümkün olmaya bilər. Terminalda qəbzin çap edilməsi üçün kağız da olmaya bilər. Terminalla və ya proseslə bağlı hər hansı problem yarandıqda dəstək xidmətinə, *0010 nömrəsinə zəng etmək kifayətdir və mütəxəssislər bu problemi həll edəcəklər.
"MilliÖN" ödəniş sistemi vasitəsilə 1 terminaldan müxtəlif növ ödənişləri həyata keçirmək imkanınız olacaq ki, bu da vaxta qənaət deməkdir.
SEYMUR
Baxış sayı: 822
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb