12px13px15px17px
Tarix:29/03/13

“Bulud” texnologiyasında saxlanılan məlumatlar necə qorunur?

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) «Telekommunikasiya islahat tendensiyaları, 2013-cü il» hesabatında “Bulud: məlumatların qorunması və məxfilik – “bulud” - o kimindir?” “Charles Russell LLP” hüquqi firmanın baş hüquq məsləhətçisi Stefani Listonun məqaləsini təqdim edib.

“ICTnews” elektron xəbər xidməti bildirir ki, məqalədə fiziki şəxslərin “bulud” texnologiyasında şəxsi məlumatlarının məxfiliyinin qorunmasında İKT sahəsi üzrə effektiv tənzimləmə orqanının iştirakı vacib sayılır. Tənzimləmə orqanının əsas vəzifələrindən biri, istehlakçıya “bulud” xidmətlərindən istifadə edərkən, məxfilik və şəxsi məlumatlar üçün riskin mahiyyətini başa salmaqda yardımçı olmaqdır.

Məqalədə həmçinin, “bulud” xidmətlərinin iqtisadi və sosial faydası, “bulud” xidmətlərinin tətbiqi zamanı məxfilik və məlumatların qorunmasında müasir tənzimləmə məsələləri açıqlanır.

Müəllif, beynəlxalq rəqəmli ekosistemdə vətəndaşların məxfiliyə məntiqli ümid etməsini, texnoloji reallığı, kommersiya tələbatlarını və imkanlarını effektiv tarazlaşdıran tənzimləmə modelini tərtib etməyi tövsiyə edir.

Ola bilsin, “bulud”da fərdi məlumatların azad yerləşdirilməsi, şəxsi məlumatların məxfiliyi vətəndaşları az maraqlandırmasına gətirib çıxarıb.

“Avrobarometr” tərəfindən 2011-ci ildə keçirilmiş sorğunun nəticəsinə əsasən, respondentlərin 74%-i hesab edib ki, onlayn rejimdə təqdim edilən məlumat getdikcə gündəlik həyatda əhəmiyyətli rol oynamağa başlayır. Respondentlərin bir hissəsi mobil telefon, ödəniş kartı və mobil internet vasitəsi ilə onların davranışının izlənməsindən narahat olduqlarını bildiriblər, lakin 58%-i şəxsi məlumatın malların və xidmətlərin alınması zamanı şəxsi məlumat alınmasının alternativini görmürlər.

İstehlakçılar birlikləri istehlakçıların özündən daha çox onların şəxsi məlumatlarını qorumağa çalışır. Hesab edilir ki, şəxsi məlumatların real dəyərini istehlakçılara çatdırmaq üçün “bulud” savadını artırmaq vacibdir. Hesabatda, Avropa İttifaqında və bir sıra inkişaf etmiş və inkişafda olan ölkələrin məxfilik və məlumatların qorunması sahəsində hüquqi-normativ bazanın icmalı təqdim edilib.

Bir sıra ölkələr məlumatların qorunması sahəsində normativ aktların əsası kimi, Avropa modelini götürürlər. Avropa modeli, ardıcıl və aydın qanunların olmadığı təqdirdə biznesi, iqtisadiyyat sahəsində rast gəlinən problemləri daha detallı təsvir edir.

Bir çox hallarda müştəri məlumatların qorunması sahəsində tam məsuliyyət daşıyır, baxmayaraq ki, o xidməti təqdim edən müəssisənin fəaliyyətinə və məlumatların yerdəyişməsinə nəzarət edə bilmir.

“Bulud” xidmətlərinin müştəriləri xidmət tədarükçüsünü seçdikdə diqqətli olmalıdır ki, o, etibarlılıq zəmanəti versin və göstərdiyi xidmətlər təhlükəsiz və səriştəli olsun.

Hazırda məxfilik sahəsində elə bil qanunvericilik yoxdur ki, o, dünyanın bütün ölkələrində icra olunsun. Məxfilik və məlumatların qorunması sahəsində qanunlar dünyanın 89 ölkəsində qəbul edilib və bu ölkələrin əksəriyyətində məlumatların beynəlxalq axınının tənzimlənməsinə fiziki şəxslərin fərdi həyatının toxunulmazlığı və milli siyasətin icrasının təmin edilməsi mexanizmi kimi baxırlar. Avropa Komissiyası mövcud qanunvericiliyə aşağıdakı dəyişikliklərin tətbiq edilməsini təklif edir:

• Milli tənzimləmə orqanları müəyyən vəziyyətlərdə digər üzv-ölkələrdə fəaliyyət göstərən təşkilatlara qarşı məhkəmə işləri qaldırmaq səlahiyyəti əldə edəcək və bəzi hallarda 1 mln. avroyadək və ya şirkətin illik dövriyyəsinin 2% həcmində cərimə tətbiq edə biləcəklər.

• Şəxsi məlumat anlayışı genişləndiriləcək və bu anlayışa subyektlə bağlı istənilən məlumat daxil ediləcək; qaydalarda fiziki şəxsin məlumatların yığımına aydın ifadə edilmiş icazəsinin alınması nəzərdə tutulacaq.

• Qaydaların təsiri Avropa İttifaqı çərçivəsindən kənara çıxacaq və Avropa İttifaqı vətəndaşlarının şəxsi məlumatlarının emalı ilə məşğul olan qurumlara aid ediləcək.

• Təşkilatlar məlumat itkisini yubatmadan, mümkün olduğu halda itki baş verdikdən 24 saat ərzində məlumat verəcək.

• Nəzarətçilər məlumatların qorunmasının nəticələrini dəyərləndirməyə, məlumatları qoruyan əməkdaşlar təyin etməyə və üçüncü şəxslərə istənilən pozuntular haqda məlumat verməyə məsul olacaqlar. • Fiziki şəxslər müəyyən səbəblərdən yeni “itirilmək hüququ” alacaqlar və öz məlumatlarına çıxış əldə etmək üçün ödəniş etməyə məcbur olmayacaqlar və s.

Müəllif sonda qeyd edib ki, təklif edilən islahatlar ziddiyyətli xarakter daşıdığından mövzu ətrafında diskussiyalar və lobbiçilik fəaliyyəti aktivləşib, bu da islahatların həyata keçirilməsini uzun müddət ləngidə bilər.

Aynur Vəliyeva



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024