Tarix:18/04/13
Hazırda planetin hər bir sakininə internetə qoşulmuş müxtəlif predmetlərin 10 mini düşür
Bununla belə, internetin bir hissəsi ola biləcək fiziki obyektlərin 99.4%-i hələ də şəbəkəyə qoşulmayıb. Həmin fiziki obyektlərin 96.5%-ni çox istifadə edilən məhsullar təşkil edir. Bu o deməkdir ki, internet obyektlərinin əksəriyyəti istehlak bazarına aiddir. Onların 64%-i inkişaf etmiş ölkələrin payına düşür. Qeyd edim ki, inkişaf etmiş ölkələrdə isə planetin əhalisinin yalnız 14%-i yaşayır.
2022-ci ilədək internet ümumi qlobal korporativ gəlir həcminin 21% artmasına kömək edəcək
Yaxın 10 il ərzində internetdən özəl sektor üçün əldə ediləcək mənfəətin həcmi 14.4 trilyon dollar təşkil edəcək. "Cisco" şirkəti 27 sahə üzrə araşdırma apardıqdan sonra belə nəticəyə gəlib. Bununla belə, yuxarıda qeyd edilmiş məbləğin 50%-dən çoxu 4 sahənin payına düşür:
1. Sənaye istehsalı (27%);
2. Pərakəndə ticarət (11%);
3. İnformasiya xidmətləri (9%);
4. Maliyyə və sığorta (9%).
Biznes rəhbərləri artıq internetdən gəlir əldə edilməsi üsullarını işləyib hazırlaya bilərlər
Gəlir aşağıda sadalanmış 5 mənbə vasitəsilə əldə ediləcək: • Aktivlərdən istifadənin optimallaşdırılması (xərclərin azaldılması) – 2.5 trilyon dollar;
• Əmək məhsuldarlığının və effektivliyinin artırılması – 2.5 trilyon dollar;
• Tədarüklərin optimallaşdırılması - 2.7 trilyon dollar;
• Müştəri xidmətlərinin keyfiyyətinin artırılması – 3.7 trilyon dollar;
• İnnovasiyalar (bazara sürətli çıxış) – 3 trilyon dollar.
İnternetin inkişafına aşağıdakı texnoloji amillər imkan yaradır:
• Güclü texnoloji tendensiyalar; "bulud" və mobil hesablamalar, böyük həcmli məlumatların təhlili (Big Data) və şəbəkə qoşulmalarının əhəmiyyətini artıran bir sıra digər amillər;
• Şəbəkələrin genişlənməsinə mane olan amillərin həll edilməsi. Məlum olduğu kimi, "IPv4" protokolunun ünvan məkanı 4294967296 ünvanla məhdudlaşır və 2011-ci ildə sözügedən internet protokolunun ehtiyatları bitdikdən sonra internetə yeni qoşulmalar yaratmaq mümkün deyildi. Yeni "IPv6" protokolunun tətbiqindən sonra ünvan məkanı 340 282 366 920 938 463 463 374 607 431 768 211 456 ünvana kimi genişlənib.
• Zaman ötdükcə qurğuların ölçüsü daha da kiçilir və tezliklə internetə qoşulmuş fiziki obyektləri adi gözlə görmək çətinləşəcək.
Emil Hüseynov
emilhuseynov86@gmail.com
İnternet: rəqəmlər və faktlar
Yaxın gələcəkdə internetə qoşulmuş qurğuların sayı 10 dəfə artacaq Hazırda mövcud olan 500 milyard müxtəlif predmetdən yalnız 10 milyardı internetə qoşulub. Müqayisə üçün qeyd edim ki, 2000-ci ildə bu göstərici 200 milyon olub. 2022-ci ilədək internetə 50 milyard fiziki obyektin qoşulacağı gözlənilir.Hazırda planetin hər bir sakininə internetə qoşulmuş müxtəlif predmetlərin 10 mini düşür
Bununla belə, internetin bir hissəsi ola biləcək fiziki obyektlərin 99.4%-i hələ də şəbəkəyə qoşulmayıb. Həmin fiziki obyektlərin 96.5%-ni çox istifadə edilən məhsullar təşkil edir. Bu o deməkdir ki, internet obyektlərinin əksəriyyəti istehlak bazarına aiddir. Onların 64%-i inkişaf etmiş ölkələrin payına düşür. Qeyd edim ki, inkişaf etmiş ölkələrdə isə planetin əhalisinin yalnız 14%-i yaşayır.
2022-ci ilədək internet ümumi qlobal korporativ gəlir həcminin 21% artmasına kömək edəcək
Yaxın 10 il ərzində internetdən özəl sektor üçün əldə ediləcək mənfəətin həcmi 14.4 trilyon dollar təşkil edəcək. "Cisco" şirkəti 27 sahə üzrə araşdırma apardıqdan sonra belə nəticəyə gəlib. Bununla belə, yuxarıda qeyd edilmiş məbləğin 50%-dən çoxu 4 sahənin payına düşür:
1. Sənaye istehsalı (27%);
2. Pərakəndə ticarət (11%);
3. İnformasiya xidmətləri (9%);
4. Maliyyə və sığorta (9%).
Biznes rəhbərləri artıq internetdən gəlir əldə edilməsi üsullarını işləyib hazırlaya bilərlər
Gəlir aşağıda sadalanmış 5 mənbə vasitəsilə əldə ediləcək: • Aktivlərdən istifadənin optimallaşdırılması (xərclərin azaldılması) – 2.5 trilyon dollar;
• Əmək məhsuldarlığının və effektivliyinin artırılması – 2.5 trilyon dollar;
• Tədarüklərin optimallaşdırılması - 2.7 trilyon dollar;
• Müştəri xidmətlərinin keyfiyyətinin artırılması – 3.7 trilyon dollar;
• İnnovasiyalar (bazara sürətli çıxış) – 3 trilyon dollar.
İnternetin inkişafına aşağıdakı texnoloji amillər imkan yaradır:
• Güclü texnoloji tendensiyalar; "bulud" və mobil hesablamalar, böyük həcmli məlumatların təhlili (Big Data) və şəbəkə qoşulmalarının əhəmiyyətini artıran bir sıra digər amillər;
• Şəbəkələrin genişlənməsinə mane olan amillərin həll edilməsi. Məlum olduğu kimi, "IPv4" protokolunun ünvan məkanı 4294967296 ünvanla məhdudlaşır və 2011-ci ildə sözügedən internet protokolunun ehtiyatları bitdikdən sonra internetə yeni qoşulmalar yaratmaq mümkün deyildi. Yeni "IPv6" protokolunun tətbiqindən sonra ünvan məkanı 340 282 366 920 938 463 463 374 607 431 768 211 456 ünvana kimi genişlənib.
• Zaman ötdükcə qurğuların ölçüsü daha da kiçilir və tezliklə internetə qoşulmuş fiziki obyektləri adi gözlə görmək çətinləşəcək.
Emil Hüseynov
emilhuseynov86@gmail.com
Baxış sayı: 632
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb