Tarix:19/04/13
İşçilərinin sayı 250 nəfərdən az olan şirkətlərə edilən hücumların sayı artaraq 31% təşkil edib ki, bu da ötən ilin göstəricilərindən 3 dəfə çoxdur. Bunun səbəbi bir çox hallarda, kiçik şirkətlər vasitəsilə böyük korporasiyaların şəbəkələrinə daxil olmağın mümkünlüyü olub. Veb-hücumlar da ötən il 30% artıb. Bu cür hücumların əsasını saytların "sındırılması" təşkil edib.
Bədəməllər istifadəçinin ən çox daxil olduğu saytı "sındıraraq" virus yükləyirlər. Həmin virus istifadəçi sayta daxil olan kimi, onun kompüterinə yüklənməyə başlayır. Bu növ hücumları ilk dəfə "Elderwood Gang" haker qrupu təşkil edib. Belə ki, 2012-ci ildə bu şirkət bir sutka ərzində 500 təşkilatı virusa yoluxdurub. Ötən il bədəməllərin marağını daha çox dövlət qurumları arasında sənaye müəssisələri çəkib. "Symantec"in ekspertləri hesab edirlər ki, bu, təchizat xəttinə edilən hücumlarla bağlıdır.
Mütəxəssislərin fikrincə, bədəməllərin bu şirkətlərə hücumunun əsas səbəbi bu müəssisələrin həm zəif və həm də intellektual mülkiyyətə malik olmasıdır. Bir çox hallarda istehsalçı şirkətlərin şəbəkələrindən böyük şirkətlərin məxfi məlumatlarına çıxış əldə etmək mümkün olur.
Əsasən bu hücumların qurbanı 27% hallarda böyük şirkətlərin məlumatları ilə işləyən adi əməkdaşları və 24 % hallarda satış üzrə menecerləri olur. Ötən il ziyanverici saytların 61%-i "sındırılmış" və virusa yoluxdurulmuş rəsmi saytlar olub. Bu saytların əsas beşliyinə biznes və texnologiyalara həsr edilmiş səhifələr, həmçinin internet-dükanlar daxil olub ki, bu hücumlar da saytlardakı mövcud boşluqlara olub. Ziyanverici proqramların yayılması üçün aktiv istifadə edilən resurs, ziyanverici reklam olub.
Müşahidələr göstərir ki, bədəməllər internetdə qanuni yolla reklam yeri alsalar da, bundan ziyanverici kodu yaymaq üçün istifadə edirlər. " ISTR"-nin hesabatına əsasən 2013-cü ildə kibercinayətkarlar yeni üsullara əl atacaqlar. "Hücumlar İT texnologiyalarının inkişafı ilə getdikcə daha da mürəkkəbləşəcək, şirkətlər öz məlumatlarını müasir təhdidlərdən daha güclü müdafiə texnologiyaları vasitəsilə qorumağa vadar olacaqlar", - deyə "Symantec"in texniki direktoru Stiven Trillinq bildirib.
Aynur Vəliyeva
KİBERTƏHDİDLƏR: Kiçik şirkətlər böyük “qardaş”larının qatilinə çevrilir
"Symantec" korporasiyası internet təhlükəsizliyi haqda illik hesabatını təqdim edib. "ICTnews" xəbər xidmətinin "www.astera.ru" saytına istinadən verdiyi məlumata əsasən, hesabatda son bir ildə hücumların həcminin 42% artımı qeyd edilib.İşçilərinin sayı 250 nəfərdən az olan şirkətlərə edilən hücumların sayı artaraq 31% təşkil edib ki, bu da ötən ilin göstəricilərindən 3 dəfə çoxdur. Bunun səbəbi bir çox hallarda, kiçik şirkətlər vasitəsilə böyük korporasiyaların şəbəkələrinə daxil olmağın mümkünlüyü olub. Veb-hücumlar da ötən il 30% artıb. Bu cür hücumların əsasını saytların "sındırılması" təşkil edib.
Bədəməllər istifadəçinin ən çox daxil olduğu saytı "sındıraraq" virus yükləyirlər. Həmin virus istifadəçi sayta daxil olan kimi, onun kompüterinə yüklənməyə başlayır. Bu növ hücumları ilk dəfə "Elderwood Gang" haker qrupu təşkil edib. Belə ki, 2012-ci ildə bu şirkət bir sutka ərzində 500 təşkilatı virusa yoluxdurub. Ötən il bədəməllərin marağını daha çox dövlət qurumları arasında sənaye müəssisələri çəkib. "Symantec"in ekspertləri hesab edirlər ki, bu, təchizat xəttinə edilən hücumlarla bağlıdır.
Mütəxəssislərin fikrincə, bədəməllərin bu şirkətlərə hücumunun əsas səbəbi bu müəssisələrin həm zəif və həm də intellektual mülkiyyətə malik olmasıdır. Bir çox hallarda istehsalçı şirkətlərin şəbəkələrindən böyük şirkətlərin məxfi məlumatlarına çıxış əldə etmək mümkün olur.
Əsasən bu hücumların qurbanı 27% hallarda böyük şirkətlərin məlumatları ilə işləyən adi əməkdaşları və 24 % hallarda satış üzrə menecerləri olur. Ötən il ziyanverici saytların 61%-i "sındırılmış" və virusa yoluxdurulmuş rəsmi saytlar olub. Bu saytların əsas beşliyinə biznes və texnologiyalara həsr edilmiş səhifələr, həmçinin internet-dükanlar daxil olub ki, bu hücumlar da saytlardakı mövcud boşluqlara olub. Ziyanverici proqramların yayılması üçün aktiv istifadə edilən resurs, ziyanverici reklam olub.
Müşahidələr göstərir ki, bədəməllər internetdə qanuni yolla reklam yeri alsalar da, bundan ziyanverici kodu yaymaq üçün istifadə edirlər. " ISTR"-nin hesabatına əsasən 2013-cü ildə kibercinayətkarlar yeni üsullara əl atacaqlar. "Hücumlar İT texnologiyalarının inkişafı ilə getdikcə daha da mürəkkəbləşəcək, şirkətlər öz məlumatlarını müasir təhdidlərdən daha güclü müdafiə texnologiyaları vasitəsilə qorumağa vadar olacaqlar", - deyə "Symantec"in texniki direktoru Stiven Trillinq bildirib.
Aynur Vəliyeva
Baxış sayı: 629
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb