Tarix:15/06/13
Bir çox insanlar mobil telefonları qeydiyyatdan keçirmək üçün hara müraciət etməli olduqlarını, bunun üçün dövlət rüsumunun olub-olmadığını, ikikartlı telefonların “IMEI” kodlarının necə qeydiyyata alınması və təzə telefonların alıcı, yoxsa satıcı tərəfindən qeydiyyatdan keçirilməli olduğu kimi müraciət edirlər. Bütün bu suallara Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Tənzimləmə şöbəsinin aparıcı məsləhətçisi Zakir Qasımov məlumat verib. O bildirib ki, mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan tam rahatlıqla istifadə edilməsinə şərait yaradır. Bu qaydanın digər ölkələr üzrə tətbiqindən sonra mobil cihaz oğurluğunun sayı xeyli azalıb. Belə hadisələri önləmək və oğurlanan cihazlardan istifadənin qısa müddət ərzində dayandırılması məqsədi ilə əhalinin vahid bir mərkəzə müraciət etmələri üçün mobil cihazların qeydiyyat sisteminin yaradılması olduqca vacibdir.
Mobil cihazların qeydiyyat sistemi nədir?
Mobil cihazların qeydiyyat sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir. Bu sistemdə 3 kateqoriya üzrə təsnifat aparılır. Bunlar ağ səhifə, qara səhifə, boz səhifə və uyğunlaşdırılmış ağ səhifədir.
Ağ səhifə - istifadəsinə icazə verilən mobil cihazların “IMEI” nömrələri; Qara səhifə - istifadəsinə icazə verilməyən mobil cihazların “IMEI” nömrələri;
Boz səhifə - keçici bir səhifədir və ağ yaxud qara səhifədə olmayan mobil cihazların “IMEI” nömrələrindən ibarətdir. Bu səhifədə olan “İMEİ” nömrələri araşdırma nəticəsinə uyğun olaraq ağ və ya qara səhifəyə daxil edilir.
“IMEI” kodları necə öyrənməli və harda qeydiyyatdan keçirə bilərik?
Z.Qasımovun sözlərinə görə, hər bir şəxs istifadəsində olan mobil telefonun “IMEI” kodunu çox asanlıqla öyrənə bilər. Bunun üçün hər hansı mobil telefondan *#06# yığmaqla “IMEI” nömrəsini müəyyən etmək olar. Müsahibimiz bildirir ki, mobil telefonları ölkənin hər yerində qeydiyyatdan keçirmək mümkündür. Bunun üçün hər hansı bir rayondan paytaxta gəlməyə ehtiyac yoxdur. Yəni harda mobil telefon operatorlarının müştəri xidmətləri varsa, orada asanlıqla qeydiyyatdan keçirmək olar:
«Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həmin mobil cihazı ölkəyə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə ( http://www.azercell.com/az/contacts/office/ , http://www.bakcell.com/az/contact-us/customer-care-offices , http://www.narmobile.az/aboutus/narcenters/ ) müraciət edilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini (xarici ölkənin vətəndaşı olduqda isə pasportunun əslini) və ehtiyac olduğu halda gömrük bəyannaməsini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və “IMEI” nömrəsini bildirməklə yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur. Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə mövcud qanunvericiliyə müvafiq olaraq gətirilən hər bir mobil cihazın “IMEI” nömrəsi ən geci 30 (otuz) gün müddətində tələb olunan sənədlər təqdim edilməklə qeydiyyatdan keçirilməlidir. Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir. Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun “IMEI” nömrəsi qara səhifəyə daxil ediləcəkdir».
Qeyd edək ki, abunəçilərə rahatlıq yaradılması məqsədi ilə “” www.imei.az” internet səhifəsi yaradılıb ki, hər bir kəs ondan istifadə edərək mobil cihazların “IMEI” nömrələri barədə məlumatları əldə edə bilər.
Mobil cihazların qeydiyyatı zamanı rüsum tələb olunmur
Azərbaycan Respublikasında mobil telefonların “IMEI” kodlarının qeydiyyatı ödənişsizdir və bununla bağlı heç bir dövlət rüsumu tələb olunmur. Z.Qasımov qeyd edib ki, fiziki şəxslər tərəfindən mobil cihazların idxalı Azərbaycan Respublikasının mövcud Gömrük qanunvericiliyinə əsasən tənzimlənir və ehtiyac olduğu halda müvafiq gömrük bəyannaməsi əsasında qeydiyyat həyata keçirilir. Şəxsi istifadə üçün idxal olunan mobil cihaz kommersiya məqsədi daşıya bilməz. Ona görə də rüsum tələb olunmur.
Mobil cihaz itirildiyi və ya oğurlandığı halda onun istismarının dayandırılması üçün nə etmək lazımdır?
İtirilmiş və ya oğurlanmış mobil cihazın sahibi qeydiyyat mərkəzinə və ya onun məlumat-sorğu xidmətinə müraciət edə bilər. Z.Qasımov qeyd edir ki, şəxsiyyət vəsiqəsini və telefonun itirilmiş və ya oğurlanmış olması ilə bağlı hər hansı bir polis şöbəsindən alınmış arayışı təqdim etməli, eyni zamanda tələb olunan məlumatları verdikdən sonra, uyğunsuzluq aşkar edilmədikdə, həmin mobil cihazın “IMEI” nömrəsi qara səhifəyə daxil edilir.
Qara səhifəyə daxil edilmiş “IMEI” nömrələri üzrə mobil cihazların fəaliyyəti həmin “IMEI” nömrələri qara səhifəyə daxil edildiyi vaxtdan 24 (iyirmi dörd) saat ərzində məhdudlaşdırılır. Mobil cihaz tapıldıqdan sonra, müvafiq sənədlər təqdim edilməklə, yenidən ağ səhifəyə daxil edilə bilər. Məhkəmə qərarı ilə qara səhifəyə daxil edilən mobil cihazın “IMEI” nömrəsi yalnız məhkəmənin qərarı ilə qara səhifədən çıxarılaraq, ağ səhifəyə daxil edilə bilər.
Z.Qasımov qeyd edir ki, cihaz itirilibsə, onun tapılması üçün ilkin olaraq hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Qeydiyyat sistemi yalnız mobil cihazlara şəbəkədən xidmət göstərilməsinin məhdudlaşdırılması və ya şəbəkədən xidmət alması ilə bağlı funksiyaları həyata keçirir.
Hansı mobil telefonlar qeydiyyata alınmır?
Ölkəyə gətirilən mobil cihazın “IMEI” nömrəsi standartlara uyğun deyilsə, həmin cihaz qeydiyyata alınmayacaqdır. Z.Qasımov «Azərbaycana qısamüddətli səfərdə olan xarici ölkələrin vətəndaşları yerli mobil operatorların SİM kartlarından istifadə edərsə, həmin cihazın qeydiyyatı necə aparılır?» sualına da cavab verib.
O bildirib ki, hər bir mobil cihazın “IMEI” nömrəsi ən geci 30 (otuz) gün müddətində tələb olunan sənədlər təqdim edilməklə qeydiyyatdan keçirilməlidir. Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir. Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun “IMEı” nömrəsi qara səhifəyə daxil ediləcəkdir.
Qeydiyyatla bağlı tələb olunan sənədlərlə birgə (o cümlədən, xarici ölkənin vətəndaşı olduqda pasportunun əslini) mobil operatorların müştəri xidmətlərinə və ya qeydiyyat mərkəzinə müraciət edilməlidir».
İkikartlı mobil telefonların qeydiyyatı
İkikartlı mobil telefonların iki “IMEI” kodu olur. Buna görə də onların hər biri qeydiyyatdan keçməlidir. Z.Qasımov bildirir ki, mağazalardan yeni alınan ikikartlı mobil telefonların “IMEI” kodlarının biri qeydiyyatdan keçib, digəri isə keçirilməyibsə, bu zaman istifadəçi həmin dükana müraciət etməlidir.
Çünki mağaza satdığı mobil cihazları qeydiyyatdan keçirməlidir. Lakin bununla belə, alıcı özü də qeydiyyatdan keçirə bilər. Bu da tamamilə ödənişsizdir və heç bir rüsum öldənilməməlidir.
Seymur Qasımbəyli
Mobil telefonu qeydiyyatdan keçirmək nə üçün lazımdır?
Azərbaycanda mobil telefonların “IMEI” kodlarının qeydiyyatının aparılması prosesinə yeni başlandığından cəmiyyətdə bu istiqamətdə məlumat azlığı hiss olunur.Bir çox insanlar mobil telefonları qeydiyyatdan keçirmək üçün hara müraciət etməli olduqlarını, bunun üçün dövlət rüsumunun olub-olmadığını, ikikartlı telefonların “IMEI” kodlarının necə qeydiyyata alınması və təzə telefonların alıcı, yoxsa satıcı tərəfindən qeydiyyatdan keçirilməli olduğu kimi müraciət edirlər. Bütün bu suallara Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Tənzimləmə şöbəsinin aparıcı məsləhətçisi Zakir Qasımov məlumat verib. O bildirib ki, mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan tam rahatlıqla istifadə edilməsinə şərait yaradır. Bu qaydanın digər ölkələr üzrə tətbiqindən sonra mobil cihaz oğurluğunun sayı xeyli azalıb. Belə hadisələri önləmək və oğurlanan cihazlardan istifadənin qısa müddət ərzində dayandırılması məqsədi ilə əhalinin vahid bir mərkəzə müraciət etmələri üçün mobil cihazların qeydiyyat sisteminin yaradılması olduqca vacibdir.
Mobil cihazların qeydiyyat sistemi nədir?
Mobil cihazların qeydiyyat sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir. Bu sistemdə 3 kateqoriya üzrə təsnifat aparılır. Bunlar ağ səhifə, qara səhifə, boz səhifə və uyğunlaşdırılmış ağ səhifədir.
Ağ səhifə - istifadəsinə icazə verilən mobil cihazların “IMEI” nömrələri; Qara səhifə - istifadəsinə icazə verilməyən mobil cihazların “IMEI” nömrələri;
Boz səhifə - keçici bir səhifədir və ağ yaxud qara səhifədə olmayan mobil cihazların “IMEI” nömrələrindən ibarətdir. Bu səhifədə olan “İMEİ” nömrələri araşdırma nəticəsinə uyğun olaraq ağ və ya qara səhifəyə daxil edilir.
“IMEI” kodları necə öyrənməli və harda qeydiyyatdan keçirə bilərik?
Z.Qasımovun sözlərinə görə, hər bir şəxs istifadəsində olan mobil telefonun “IMEI” kodunu çox asanlıqla öyrənə bilər. Bunun üçün hər hansı mobil telefondan *#06# yığmaqla “IMEI” nömrəsini müəyyən etmək olar. Müsahibimiz bildirir ki, mobil telefonları ölkənin hər yerində qeydiyyatdan keçirmək mümkündür. Bunun üçün hər hansı bir rayondan paytaxta gəlməyə ehtiyac yoxdur. Yəni harda mobil telefon operatorlarının müştəri xidmətləri varsa, orada asanlıqla qeydiyyatdan keçirmək olar:
«Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həmin mobil cihazı ölkəyə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə ( http://www.azercell.com/az/contacts/office/ , http://www.bakcell.com/az/contact-us/customer-care-offices , http://www.narmobile.az/aboutus/narcenters/ ) müraciət edilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini (xarici ölkənin vətəndaşı olduqda isə pasportunun əslini) və ehtiyac olduğu halda gömrük bəyannaməsini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və “IMEI” nömrəsini bildirməklə yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur. Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə mövcud qanunvericiliyə müvafiq olaraq gətirilən hər bir mobil cihazın “IMEI” nömrəsi ən geci 30 (otuz) gün müddətində tələb olunan sənədlər təqdim edilməklə qeydiyyatdan keçirilməlidir. Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir. Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun “IMEI” nömrəsi qara səhifəyə daxil ediləcəkdir».
Qeyd edək ki, abunəçilərə rahatlıq yaradılması məqsədi ilə “” www.imei.az” internet səhifəsi yaradılıb ki, hər bir kəs ondan istifadə edərək mobil cihazların “IMEI” nömrələri barədə məlumatları əldə edə bilər.
Mobil cihazların qeydiyyatı zamanı rüsum tələb olunmur
Azərbaycan Respublikasında mobil telefonların “IMEI” kodlarının qeydiyyatı ödənişsizdir və bununla bağlı heç bir dövlət rüsumu tələb olunmur. Z.Qasımov qeyd edib ki, fiziki şəxslər tərəfindən mobil cihazların idxalı Azərbaycan Respublikasının mövcud Gömrük qanunvericiliyinə əsasən tənzimlənir və ehtiyac olduğu halda müvafiq gömrük bəyannaməsi əsasında qeydiyyat həyata keçirilir. Şəxsi istifadə üçün idxal olunan mobil cihaz kommersiya məqsədi daşıya bilməz. Ona görə də rüsum tələb olunmur.
Mobil cihaz itirildiyi və ya oğurlandığı halda onun istismarının dayandırılması üçün nə etmək lazımdır?
İtirilmiş və ya oğurlanmış mobil cihazın sahibi qeydiyyat mərkəzinə və ya onun məlumat-sorğu xidmətinə müraciət edə bilər. Z.Qasımov qeyd edir ki, şəxsiyyət vəsiqəsini və telefonun itirilmiş və ya oğurlanmış olması ilə bağlı hər hansı bir polis şöbəsindən alınmış arayışı təqdim etməli, eyni zamanda tələb olunan məlumatları verdikdən sonra, uyğunsuzluq aşkar edilmədikdə, həmin mobil cihazın “IMEI” nömrəsi qara səhifəyə daxil edilir.
Qara səhifəyə daxil edilmiş “IMEI” nömrələri üzrə mobil cihazların fəaliyyəti həmin “IMEI” nömrələri qara səhifəyə daxil edildiyi vaxtdan 24 (iyirmi dörd) saat ərzində məhdudlaşdırılır. Mobil cihaz tapıldıqdan sonra, müvafiq sənədlər təqdim edilməklə, yenidən ağ səhifəyə daxil edilə bilər. Məhkəmə qərarı ilə qara səhifəyə daxil edilən mobil cihazın “IMEI” nömrəsi yalnız məhkəmənin qərarı ilə qara səhifədən çıxarılaraq, ağ səhifəyə daxil edilə bilər.
Z.Qasımov qeyd edir ki, cihaz itirilibsə, onun tapılması üçün ilkin olaraq hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Qeydiyyat sistemi yalnız mobil cihazlara şəbəkədən xidmət göstərilməsinin məhdudlaşdırılması və ya şəbəkədən xidmət alması ilə bağlı funksiyaları həyata keçirir.
Hansı mobil telefonlar qeydiyyata alınmır?
Ölkəyə gətirilən mobil cihazın “IMEI” nömrəsi standartlara uyğun deyilsə, həmin cihaz qeydiyyata alınmayacaqdır. Z.Qasımov «Azərbaycana qısamüddətli səfərdə olan xarici ölkələrin vətəndaşları yerli mobil operatorların SİM kartlarından istifadə edərsə, həmin cihazın qeydiyyatı necə aparılır?» sualına da cavab verib.
O bildirib ki, hər bir mobil cihazın “IMEI” nömrəsi ən geci 30 (otuz) gün müddətində tələb olunan sənədlər təqdim edilməklə qeydiyyatdan keçirilməlidir. Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir. Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun “IMEı” nömrəsi qara səhifəyə daxil ediləcəkdir.
Qeydiyyatla bağlı tələb olunan sənədlərlə birgə (o cümlədən, xarici ölkənin vətəndaşı olduqda pasportunun əslini) mobil operatorların müştəri xidmətlərinə və ya qeydiyyat mərkəzinə müraciət edilməlidir».
İkikartlı mobil telefonların qeydiyyatı
İkikartlı mobil telefonların iki “IMEI” kodu olur. Buna görə də onların hər biri qeydiyyatdan keçməlidir. Z.Qasımov bildirir ki, mağazalardan yeni alınan ikikartlı mobil telefonların “IMEI” kodlarının biri qeydiyyatdan keçib, digəri isə keçirilməyibsə, bu zaman istifadəçi həmin dükana müraciət etməlidir.
Çünki mağaza satdığı mobil cihazları qeydiyyatdan keçirməlidir. Lakin bununla belə, alıcı özü də qeydiyyatdan keçirə bilər. Bu da tamamilə ödənişsizdir və heç bir rüsum öldənilməməlidir.
Seymur Qasımbəyli
Baxış sayı: 1415
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb