12px13px15px17px
Tarix:13/07/15

Dronlar dünyanı necə dəyişdirir?

Pilotsuz uçan aparatların (PUA) yeni konsepsiya olduğunu söyləmək çətindir: britaniyalılar artıq Birinci Dünya müharibəsində bombardman məqsədilə radio ilə idarə olunan təyyarələrdən istifadə edib.


Amma məhz son illərdə texnologiya və idarəetmə sistemlərinin təkamülü nəticəsində pilotsuz təyyarələr böyük əhəmiyyət daşımağa başlayıb: indi onlarla ölkədə yüzlərlə şirkət PUA hazırlayır və bu tip qurğuların tətbiq imkanları hərbi şirkət çərçivəsini aşıb.
 
Çatdırılma
 







Almaniyanın “DHL” poçt xidməti ilk dəfə 9 dekabr 2013-cü il tarixində çatdırılma üçün pilotsuz təyyarəni sınaqdan keçirib və 2014-cü ilin sentyabrında elan edib ki, dronlarAlmaniya sahilindən 12 kilometr məsafədə Şimal dənizində yerləşən Yyust adasına təcili bağlamalar çatdıracaq. Bupilotsuz təyyarələr 50 metr hündürlükdə uçur. Həmçinin “Amazon”, “Google”, “FedEx”çatdırılma məqsədi ilə dronlardanyararlanır.
 
Polis




 




ABŞ-ın müxtəlif ştatlarında yerləşən polis idarələri 2013-cü ildə öz iş prosesində dronlardan istifadəni sınaqdan keçiriblər və indi bir çox ştatlar (Şimali Dakota, Texas, Florida, Vaşinqton) PUA-nı tətbiq edir.
 
Dronlar əsasən itmiş insanların, təbii fəlakət qurbanlarının, qaçaq cinayətkarların axtarışı, həmçinin yol qəzaları və ya tıxacların fotoçəkilişi üçün istifadə edilir. Polis dronlarıadətən yüksək təsvir ölçüsünə malik videokamera, gecə müşahidə kamerası və infraqırmızı kamera ilə təchiz edilir.
 
Pilotsuz təyyarələrin bəzi hallarda polislərin işini xeyli asanlaşdırmasına baxmayaraq, cəmiyyətdə bu tip qurğulardan istifadə haqda mübahisələr səngimək bilmir: vətəndaşlar şəxsi həyatın toxunulmazlığı və icazəsiz izləmədən narahatdırlar.
 
 
 
Humanitar əməliyyatlar
 








"Sendi" (Haiti, 2012), "Xayyan" tufanı (Filippin, 2013), Çində zəlzələ, 2014-cü ildə Balkanlarda daşqınlar və 2015-ci ilin aprel-mayında Nepalda zəlzələ zamanı kiçik tutumlu yüngül pilotsuz aparatlar fəlakətin miqyasının dərhal qiymətləndirilməsi, zərərçəkmiş rayonların “3D” xəritəsinin tərtibi və sağ qalmışların axtarışında istifadə olunub.
 
Müharibə









ABŞ ordusunun dronlara rəğbəti məlumdur: yüksəkdəqiqlikli raketlərlə təchiz edilmiş “Predator” tipli pilotsuz təyyarələr 2001-ci ildən Əfqanıstan, Pakistan, Yəmən və Somali ərazisində keçirilmiş hərbi əməliyyatlarda istifadə olunub. Bundan başqa, hərbçilər üçün rəqibin obyektlərində gizlicə müşahidə aparan kiçik ölçülü pilotsuz təyyarələri böyük maraq kəsb edir. Norveçin “Prox Dynamics” şirkətinin istehsalı olan “PD 100 BlackHornet” aparatı hərbi əməliyyatlarda istifadə edilmiş ən kiçik ölçülü robot hesab edilir. Bu dronlarınçəkisi 18 qramdır və ovuca yerləşir, videokamera və teplovizorlatəchiz edilib, uzaq məsafədən idarə olunur və ya hədəfə doğru müstəqil uçur.
 
Təcili yardım






 


Niderlandın DelftskiTexniki Universitetinin tələbəsi tərəfindən hazırlanmış uçan defibrilyatorun çəkisi 4 kq-dır və hadisə yerinə təcili yardımdan tez çatmaq üçün saatda 100 km sürətlə hərəkət edir.
 
Konsepsiyanın müəllifi AlekMomontunfikrincə, həkim çağırmış insan radiorabitənin köməkliyi ilə təcili xidmətin işçisindən defibrilyatordan istifadə üzrə təlimatlar ala bilər və çox güman ki, insan həyatını xilas edə bilər.
 
Kənd təsərrüfatı




 


2013-cü ildə “Wired” nəşrinin jurnalistinin yazdığı kimi, bu sahə tezliklə dronlar üçün böyük bazara çevriləcək. Yaponiya, ABŞ və başqa ölkələrdə dronlar torpaq sahələrində pestisid və gübrələrin suvarılması və tozlandırılmasında istifadə olunur. Fermerlər pilotsuz təyyarələrin çəkdiyi fotoşəkillərin köməyiləməhsulun vəziyyətini müşahidə edə bilərlər.
 
 
 
 
 
Ekologiya

 






Pilotsuz təyyarələr planetin xilasında alim və ekoloqlara kömək edir. Dronlartullantıların çaya atılmasını aşkar etməyə, qanunsuz zibillikləri, icazəsiz meşəqırılmasını görməyə imkan verir.
 
Məsələn, “NASA”-nın“ATTREX” layihəsində 10-dançox ötürücü ilə təchiz edilmiş “GlobalHawk” dronu atmosferdəki dəyişikliyin iqlimə təsiri haqda öncədən məlumat vermək üçünrütubəti,ozon təbəqəsinin konsentrasiyasını və stratosferin başqa parametrlərini ölçür.
 
Avstraliya pilotsuz təyyarələrin köməyi ilə icazəsiz balıq ovu ilə məşğul olan gəmiləri aşkar edir; ABŞ-ın Ətraf Mühitin Mühafizəsi agentliyi havanın keyfiyyətini müəyyən edir və s.
 
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024