12px13px15px17px
Tarix:12/08/15

Dünyanın 10 ən nüfuzlu proqramçısı

"Venture Beat" nəşri dünya İT cəmiyyətində böyük nüfuza sahib əfsanəvi proqramçıların siyahısını tərtib edib.
Linus Torvalds Helsinki Universitetinin yataqxanasında "Linux" açıq kodlu əməliyyat sistemini (ƏS) yaradıb. İndi məlumat mərkəzləri və superkompüterlər "Linux" əməliyyat sistemi ilə işləyir.




 


Torvalds cəmiyyətin xoşuna gəlməyi bəyənməyən biridir. Bu yaxınlardakı çıxışlarının birində öz davranış tərzi ilə "Linux" cəmiyyəti üzvlərini qorxutması ilə bağlı suala belə cavab verib: "Məni heç nə maraqlandırmır".
 
Cənab Tim Berners-Li bu siyahıda cəngavər tituluna layiq görülmüş yeganə şəxsdir. O, hipermətnin ötürülməsi protokolunun ("HTTP")  yaradıcısıdır. İnternetin əsasını bu texnologiya təşkil edir.




 


O, indi "Google", "Facebook" və "Microsoft" şirkətlərinin dəstəklədiyi əlçatan internet üçün ittifaqa rəhbərlik edir və əsas məqsədi dünyada genişzolaqlı interneti hamı üçün əlçatan etməkdir.
 
Donald Knut. Kompüter elmləri üzrə akademik işləri sayəsində "alqoritmlərin təhlilinin atası" tituluna layiq görülüb. İnternetdəki alqoritmlərin bir çoxu ona məxsudur. 77 yaşı olmasına baxmayaraq, hələ də işləyir. O, indi "kompüter proqramlaşdırma sənəti" adlı kitab yazır.
 
 
 



 


Brendan Ayk. "JavaScript" proqramlaşdırma dilinin yaradıcısıdır. "Firefox" brauzerini hazırlayan "Mozilla" şirkətinin yaradılmasında iştirak edib.



 

 


Solomon Hayks. "Docker" texnologiyasının yaradıcısıdır, kodu konteynerlərə qablaşdırır və serverlərə çatdırır. Virtual maşın kimi işləyir, amma daha sürətlidir.
 



 


Mark Zukerberq. "Facebook" sosial şəbəkəsinin yaradıcısıdır. Auditoriyası milyardı ötən sosial şəbəkəyə 10 min insan tərəfindən xidmət göstərilir.
 







"DHH" kimi tanınan Devid Heynemeyer Hansson. "Ruby on Rails" dilinin yaradıcısıdır, 2005-ci ildə "İlin hakeri "mükafatına layiq görülüb.



 


Riçard Stollman. Azad proqram təminatı üçün mübarizə aparır, "GNU"-nun yaradıcısıdır. Çox prinsipial insandır.

 





Ceyms Qoslinq. "Java" proqramlaşdırma dilinin yaradıcısıdır.

 
Bern Straustrup. Danimarkalı proqramçıdır. O, 1978-ci ildə "C++" proqramlaşdırma dilini yaradıb.

 




Emil Hüseynov



Baxış sayı: 10190

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024