Tarix:21/09/11
-Turizm sahəsində informasiya texnologiyalarının tətbiqi istiqamətində hansı işlər aparılır?
- Azərbaycan artıq inkişafda olan ölkə kimi bütün infrastruktur layihələrində müasir informasiya texnologiyalarının tətbiqini həyata keçirir. Ölkənin inkişaf etməkdə olan turizm infrastrukturunda da müasir texnologiyalardan səmərəli istifadəyə ehtiyac var.
Sektor üzrə əsas müraciətlər yay və qış mövsümünə təsadüf etdiyindən əsas istiqamətverici işlər də elə bu mövsümlərdə baş tutur. Hazırda ölkəmizdə dövlət səviyyəsində bu sahənin inkişafına diqqət göstərilir.
Azərbaycanın “Eurovision” kimi mahnı müsabiqəsinə ev sahibliyi edəcəyini nəzərə alsaq, onda bu istiqamətdə daha da tələsməliyik.
Hazırda ölkə üzrə fəaliyyət göstərən turizm şirkətləri və hotellər öz internet resurslarını yaratmaqla beynəlxalq “Hoteltoweb” online rezervasiya və satış texnologiyaları sisteminə qoşulur.
Bu sistemə qoşulan mərkəzlərə dünyanın istənilən nöqtəsindən sifariş vermək olur. Dünya üzrə səyahət turlarının 80 faizi məhz internet vasitəsilə realizə edilir. Sistem Global Sifariş Sistemi (GDS) əsasında fəaliyyət göstərir.
Hazırda GDS kanalı vasitəsilə dünya üzrə 800 mindən çox hotel və mehmanxana haqda ətraflı məlumat almaq və rezervasiya etmək olar. Sevindirici haldır ki, bu gün paytaxt Bakıda və regionlarda turizm informasiya mərkəzləri fəaliyyət göstərir.
-Turizm İnstitutu bu istiqamətdə hansı işləri aparır?
- Artıq 6 ildir fəaliyyət göstərən institutun Azərbaycanın ali təhsil müəssisələri içərisində öz yeri var. İnstitutun yaradılmasından bu günə qədər burada mövcud olan bu mənəvi-psixoloji şəraitə və aldığımız dəstəyə görə ölkə prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Bu yerin qazanılmasında institutun müəllim və tələbə heyətinin və Mədəniyyət və Turizm Nazirliyinin xüsusi rolu var. Azərbaycanda turizmin inkişaf etdirilməsi dövlətin strateji xəttinin tərkib hissəsidir.
Turizm İnstitutu da bu sahəni ixtisaslı kadrlarla təmin etmək məqsədilə yaradılıb. Biz bu məqsədə çatmaq üçün əlimizdə olan bütün imkanlardan istifadə edirik.
Qeyd etdiyim kimi, 6-cı ildir ki, biz burada özlərini iqtisadiyyatın əhəmiyyətli bir sahəsi olan turizmə həsr etmək istəyən tələbələrlə görüşürük.
Bu, şübhəsiz ki, bu sahənin aktuallığı, iqtisadiyyatımızda tutduğu yerlə bağlıdır. Ali təhsil almaq üçün ATİ-ni seçən tələbələr, yəqin ki, burada yaradılmış şəraitə də diqqət veriblər.
ATİ qısa bir müddət ərzində çox böyük bir inkişaf yolu keçib. 200 tələbə, 3 ixtisasla 2006-cı ildə fəaliyyətə başlayan bu ali məktəbin bu gün 1400-dən artıq tələbəsi var. 2 məzun buraxılışımız olub.
Azərbaycanda ilk dəfə ATİ ikili təhsil verən proqrama imza atıb. Bundan əlavə, institutumuz digər beynəlxalq proqramlarda iştirak edir ki, onlar da tələbələrimiz üçün böyük imkanlar açır. Turizm İnstitutu 10 illərlə tarixi olan ali məktəblər sırasında özünün şərəfli yerini tutub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq sıralarında 50-dən artıq ali məktəb arasında son illər 3-5-ci sıralarda təmsil olunmuşuq. Bu bizim üçün həm fəxr məqamıdır, həm də məsuliyyətimizi daha da artıran bir faktordur.
Bizim məzunlarımız artıq ölkəmizin turizm sənayesində önəmli yerdə olan müəssisələrdə çalışırlar. Bakıda fəaliyyət göstərən “5 ulduz”lu hotellərin işçi heyəti bizim məzunlarımızla formalaşır.
Onların bəziləri isə xarici ölkələrdə işləyirlər. Turizm sənayesinin ixtisaslı kadrlara ehtiyacı o qədərdir ki, məzunlarımızın işə düzəlməklə bağlı problemləri olmayacaq.
Amma həmin işin içərisində daha yaxşı mövqelərə sahib olmaq üçün hamımızın səylə çalışmağımıza ehtiyac var.
Turizm sahəsini informasiya texnologiyalarsız təsəvvür etmək mümkün olmadığı kimi, bizim institutu da informasiya texnologiyalarsız təsəvvür etmək çətindir.
Azərbaycan Turizm İnstitutunun “Turizmdə informasiya texnologiyaları” kafedrası mövcuddur. Bu kafedra tələbələrin informasiya texnologiyaları sahəsində dövlət proqramı üzrə təhsilini təşkil edir.
Bundan başqa tədris və elmi işlərin informasiya təminatı, əməkdaşların və müəllimlərin informatika sahəsində bilik və bacarıqlarını təkmilləşdirməsi ücün müvafiq işləri həyata kecirir.
Eyni zamanda tələbələri və professor-müəllim heyətini tədris prosesinə və elmi-tədqiqatlara aid məlumatların toplanması, işlənməsi və analizi, dünya təcrübəsi haqqında məlumatlarla təmin edir.
İnstitutda turizm sahəsində elmi-tədqiqat işlərinin qrafiki və hesablama işlərinin kompyuterdə aparılmasına və turizm sahəsində yeni proqramlar yazılmasına və mövcud proqramların istifadəsinə yardım edir.
Kafedrada “İnformatika”, “İnformasiya texnologiyalarının tətbiqi”, Statistika, Bronlaşdırma və “Riyaziyyat” fənləri tədris olunur. Kafedranın nəzdində 3 kompyuter sinfi fəaliyyət göstərir.
Kompyuterlər tədrisdə istifadə olunan müasir proqram paketləri ilə təmin olunub və genişzolaqlı internetə qoşulub. - Bu il Azərbaycanda “Turizm ili”nin elan olunması sizin qarşınızda hansı məsuliyyət qoyur?
- Bu il “Turizm ili” elan olunması bizim qarşımızda ikiqat məsuliyyət yaradır. Güclü kadr potensialının yaradılması istiqamətində göstərdiyimiz səylər nəticəsini verəcək. Bu il həm də Azərbaycan vətəndaşları öz dövlət müstəqilliyimizin 20 illiyini qeyd edir.
Bu illər ərzində ölkəmiz bir çox uğurlu layihələrə imza atıb, daha da möhkəmlənib, nüfuzlu beynəlxalq təşkilatların üzvü olub. Artıq regionda bir çox layihələr Azərbaycanın iştirakı olmadan həyata keçirilmir.
Bütün bunlarla bərabər, müstəqil turizm siyasətinin həyata keçirilməsi də bizim üçün vacibdir.
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Müsahibimiz Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərovdur-Turizm sahəsində informasiya texnologiyalarının tətbiqi istiqamətində hansı işlər aparılır?

Baxış sayı: 6579
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”