12px13px15px17px
Tarix:06/01/12

Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”

Müsahibimiz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirovdur. 
 
Mobil cihazların qeydiyyat sisteminin yaradılmasında zərurət nədən ibarətdir?
 
Əvvəla qeyd edim ki, mobil cihazların qeydiyyat sisteminin yaradılması birmənalı şəkildə abunəçilərin mobil cihazlardan tam rahatlıqla istifadə edilməsinə şərait yaradacaqdır.

Bu qayda hazırlanarkən apardığımız araşdırmalar zamanı məlum olmuşdur ki, İngiltərədə müxtəlif dövrlər üzrə 3 il ərzində mobil cihaz oğurluğunun sayı 330 000, İspaniyda 189 876, Türkiyədə isə 31 201 (həmçinin 7 ədəd ölüm hadisəsi) olmuşdur.

Belə hadisələri önləmək və oğurlanmış cihazlardan istifadənin qısa müddət ərzində dayandırılması məqsədi ilə əhalinin vahid bir mərkəzə müraciət etmələri üçün mobil cihazların qeydiyyat sistemin yaradılması məsələsi ortaya çıxmışdır.

Hazırda belə sistem Türkiyədə, İngiltərədə, Hindistanda, Ukraynada mövcuddur. Sistemin Avstriya, Danimarka, Finlandiya, İtaliya, İsveç, Estoniya və s. ölkələrdə də quraşdırılması planlaşdırılır.

Məlumat üçün qeyd edim ki, qayda layihəsini hazırlayarkən Qazaxıstan Respublikasından bizim təcrübənin öyrənilməsi məqsədi ilə RİTN-ə müxtəlif müraciətlər də edilmişdir.

Beləliklə, dünyanın bir çox ölkələrində oğurlanmış mobil cihazlar müxtəlif yollarla Çin Xalq Respublikasına, Tailand, Malayziya və s. digər ölkələrə gətirilir və burada həmin cihazlar üzərində müxtəlif yenilənmə əməliyyatları aparıldıqdan sonra təkrar istismar üçün qeydiyyat sistemi olmayan ölkələrə, o cümlədən Azərbaycana da ixrac edilir.

Umumiyyətlə, bu tip mobil cihazların texniki parametrləri standartlara uyğun olmur, keyfiyyət əmsalları aşağı olur və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayırlar. Hazırda ölkə ərazisində 10 000-lə belə cihazlardan istifadə edilir.

Belə cihazların ölkəyə idxalının qarşısı alınacaqdır.Müxətlif ölkələrdə oğurlanmış mobil cihazların İMEİ nömrələri barədə məlumat mütəmadi olaraq həmin ölkələr tərəfindən hazırda istifadə olunan müvafiq vahid mərkəzdə yerləşdirilir. 

Sistem mövcud olmadığı halda, belə mobil cihazların istismarında problem yaşanmır.

Sistemin mövcudluğu ilə ölkə ərazisindəki mobil operatorlar öz şəbəkələrində həmin mobil cihazların istismarına məhdudiyyət tətbiq edir. İtirilən və ya oğurlanan mobil cihazlardan istifadə mobil cihaz qeydiyyat sisteminə müraciət əsasında dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Nəticədə mobil cihazların oğurluq hallarının qarşısı alınacaqdır. Deməli, qeydiyyat sistemi eyni zamanda, insan amili üçün önəmli rola malikdir.

Araşdırmalar göstərir ki, törədilən müxtəlif cinayət işlərində istifadə edilən mobil cihazlar, əsasən standartlara uyğun olmayan cihazlardır. Belə cihazların İMEİ nömrələri Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilmir.

Bu kimi mobil cihazlardan qeyri-qanuni trafik mübadiləsinin təşkilində istifadə edilir. Sistemin tətbiqi belə halları aradan qaldırılacaqdır ki, bununla da külli miqdarda sahibkarlara vurulan ziyanın qarşısı alınacaqdır.

Ölkə ərazisinə gətirilən bütün mobil cihazların setifikatlaşdırmaya cəlb edilməsi məsələsi müəyyən çətinliklər yaradır. Sistemin tətbiqi ilə ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınması təmin ediləcəkdir. 

Telekommunikasiya bazarında istehsalçı şirkətlərin tanınma dərəcəsininrəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradılmasını təmin edəcəkdir.  
 
Qeydiyyat sisteminin təşkili ilə bağlı ölkə ərazisinə qeyri-qanuni yollarla idxal edilən mobil cihazların və dövlət büdcəsinə ödənişlərdən yayınma hallarının qarşısı alınacaqdır ki, nəticədə büdcə ödənişləri artacaqdır.

Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, RİTN tərəfindən aidiyyəti qurumlarla birgə hazırlanmış “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin  28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə  təsdiq edilmişdir. 
 
 Mobil cihazların qeydiyyat sistemi nədir?
 
Cavab: Mobil cihazların qeydiyyat sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir. Bu sistemdə 4 kateqoriya üzrə təsnifat aparılır. Bunlar ağ səhifə, qara səhifə, boz səhifə və uyğunlaşdırılmış ağ səhifədir.

Ağ səhifə-istifadəsinə icazə verilən mobil cihazların İMEİ nömrələri;

Qara səhifə- istifadəsinə icazə verilməyən mobil cihazların İMEİ nömrələri;

Boz səhifə- keçici bir səhifədir və ağ yaxud qara səhifədə olmayan mobil cihazların İMEİ nömrələrindən ibarətdir. Bu səhifədə olan İMEİ  nömrələri araşdırma nəticəsinə uyğun olaraq ağ və ya qara səhifəyə daxil edilir.

Uyğunlaşdırılmış ağ səhifə- İMEİ nömrəsinin dəyişdirildiyi müəyyən edilən və ya  Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilməyən mobil cihazların İMEİ nömrələri və belə İMEİ nömrələrlə uyğunlaşdırılmış mobil (sellülar) nömrələr, mobil operatorla müqavilə bağlayan və respublikasında müvəqqəti olan abunəçilərin Azərbaycan Respublikasından kənarda əldə olunmuş mobil cihazlarının İMEİ  nömrələri və belə İMEİ nömrələri ilə uyğunlaşdırılmış mobil (sellülar) nömrələr; mobil operatorlar tərəfindən test məqsədi ilə istifadə edilən mobil cihazların İMEİ nömrələri və belə İMEİ nömrələri ilə uyğunlaşdırılmış  mobil (sellülar) nömrələr.
 
 
İMEİ nömrəsi nədir?
 
Mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir. (İMEİ-International Mobile Equipment Identification).

Bu beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlərə ayrılır. İMEİ nömrəsi rəqəmlərin kombinasiyasından təşkil olunmuşdur. Hər bir mobil cihazın öz İMEİ nömrəsi var və bu 15 rəqəmdən ibarətdir. Onun 1-dən 8-ə qədər olan rəqəmi TAC kodu-yəni mobil cihaz tipinin təsdiq kodu, 9-dan 14-ə qədər olan rəqəmi-seriya nömrəsi, sonuncu 15-ci rəqəm isə təsdiq rəqəmidir.  Belə ki, 14 rəqəmin müvafiq kombinasiyası yekun 15-ci rəqəmi təsdiq etmirsə, onda həmin mobil cihaz saxta hesab olunur.

 Hər-hansı mobil telefondan *#06# yığmaqla IMEI nömrəsini müəyyən etmək olar.
 
Mobil cihazların qeydiyyatının aparılması necə həyata keçiriləcəkdir?
 
Məlumat üçün qeyd edirəm ki, bu sistem Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qurulacaq, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərəcəkdir. Qeydiyyat üçün təsnifatdan asılı olaraq mərkəzə, mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbələrinə müraciət etmək olar. 

Qeydiyyat əsasən 3 təsnifat üzrə aparılacaqdır.
  1. Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən bütün hüquqi və fiziki şəxslər tərəfindən idxal etdikləri mobil cihazların qeydiyyatı;
  2. Ölkə ərazisində istehsal edilmiş mobil cihazların qeydiyyatı;
  3.  Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyatı (Bura poçt vasitəsi ilə alınan mobil cihazlar da daxildir).
1-ci halda, yəni satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən bütün hüquqi və fiziki şəxslər idxal etdikləri mobil cihazların markaları, modelləri, sayı və İMEİ nömrələri barədə məlumatlar qeyd edilmiş ərizə formasını dolduraraq, müvafiq sənədlər də əlavə edilməklə, qeydiyyat mərkəzinə müraciət edirlər.

Mərkəz tərəfindən 3 (üç) iş günü ərzində təqdim olunan məlumatlar araşdırılır. Sənədlərdə çatışmazlıq olmadıqda, məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə, İMEİ nömrələri dərhal ağ səhifəyə daxil edilir və bu barədə ərizəçiyə qeydiyyat mərkəzi tərəfindən yazılı məlumat verilir.

Ərizədə göstərilmiş İMEİ nömrəsinin ağ səhifədə olduğu və ya onun surətinin köçürüldüyü aşkar edilərsə, həmin İMEİ nömrəsi dərhal qara səhifəyə daxil edilir və bu barədə müraciət edən şəxsə müvafiq məlumat verilir.

2-ci halda, yəni  ölkə ərazisində istehsal edilmiş mobil cihazların qeydiyyatı üçün istehsalçılar istehsal etdikləri mobil cihazların markaları, modelləri, sayı, İMEİ nömrələri,  istehsal tarixləri barədə məlumatlar qeyd edilmiş ərizə formasını  (2 nömrəli əlavə) dolduraraq, tələb olunan sənədlər də əlavə edilməklə, qeydiyyat mərkəzinə təqdim edirlər.

İstehsal zamanı yeni TAC istifadə edildikdə, istehsalçı mobil cihazın marka, model, TAC və TAC xanasının sayı barədə məlumatları ərizəyə əlavə edir.

Məlumatlarda çatışmazlıqlar olmadıqda həmin İMEİ nömrələri ağ səhifəyə daxil edilir. Əks halda, isə qara səhifəyə daxil edilir.

Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə mövcud qanunvericiliyə müvafiq olaraq gətirilən hər bir mobil cihazın İMEİ nömrəsi ən geci 30 (otuz) gün müddətində tələb olunan sənədlər təqdim edilməklə qeydiyyatdan keçirilməlidir.

Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir.

Qeydiyyatla bağlı müraciət bilavasitə qeydiyyat mərkəzinə  və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə edilə bilər. Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun İMEİ nömrəsi qara səhifəyə daxil ediləcəkdir. 

Abunəçilərə rahatlıq yaradılması məqsədi ilə xüsusi internet səhifəsinin yaradılması nəzərdə tutulur ki, abunəçilər istifadə edəcəkləri mobil cihazların İMEİ nömrələri barədə məlumatları həmin internet səhifəsindən əldə edə biləcəklər.
 
Ağ səhifədə qeydiyyatda olan mobil cihazların təkrar qeydiyyatı tələb olunurmu?
 
 Xeyr. Ağ səhifədə qeydiyyatda olan mobil cihazların təkrar qeydiyyatı tələb olunmur.
 
Qeydiyyat sisteminin istismarına başlanıldığı tarixədək mobil operatorların şəbəkələrində istifadə edilən mobil cihazların İMEİ nömrələri hansı səhifəyə daxil ediləcəkdir?
 
Qeydiyyat sisteminin istismarına başlanıldığı tarixədək mobil operatorların şəbəkələrində istifadə edilən mobil cihazların İMEİ nömrələri Qeydiyyat mərkəzi tərəfindən mobil operatorların təqdim etdikləri məlumatlar əsasında ağ səhifəyə daxil ediləcəkdir.
 
  Mobil cihaz itirildiyi və ya oğurlandlğı halda onun istismarının dayandırılması üçün nə etmək lazımdır?
 
Məlumat üçün qeyd edim ki, qurulacaq sistem 24 saat ərzində fəaliyyət göstərəcəkdir. İtirilmiş və ya oğurlanmış mobil cihazın sahibi qeydiyyat mərkəzinə və ya onun məlumat-sorğu xidmətinə müraciət edə bilər.

Şəxsiyyət vəsiqəsini təqdim etməli, eyni zamanda tələb olunan məlumatları verdikdən sonra, uyğunsuzluq aşkar edilmədikdə, həmin mobil cihazın İMEİ nömrəsi qara səhifəyə daxil edilir.
Qara səhifəyə daxil edilmiş İMEİ nömrələri üzrə mobil cihazların fəaliyyəti həmin İMEİ nömrələri qara səhifəyə daxil edildiyi vaxtdan 24 (iyirmi dörd) saat ərzində məhdudlaşdırılır.

Eyni zamanda itirilən mobil cihaza “bu mobil cihaz oğurluqdur və yaxınlıqdakı polis bölməsinə təqdim etməyiniz xahiş olunur” mesajının göndərilməsi planlaşdırılır. Mobil cihaz tapıldıqdan sonra, müvafiq sənədlər təqdim edilməklə, yenidən ağ səhifəyə daxil edilə bilər. Məhkəmə qərarı ilə qara səhifəyə daxil edilən mobil cihazın İMEİ nömrəsi yalnız məhkəmənin qərarı ilə qara səhifədən çıxarılaraq, ağ səhifəyə daxil edilə bilər.

 
Mobil cihazımın İMEİ nömrəsinin dəyişdirilmiş olub-olmamasını necə öyrənmək olar?
 
Yaradılacaq internet səhifəsindən 15 rəqəmli İMEİ nömrəsini daxil etməklə öyrənmək mümkündür.
 
Qeydiyyat sisteminin yaradılması nə vaxta planlaşdırılır?
 
Qeydiyyat sisteminin qurulduğu tarix barədə Nazirlik tərəfindən ayrıca açıqlama veriləcəkdir. Sistem qurulduqdan və istismar tarixi mobil operatorlara bildirildikdən sonra, mobil cihazların qeydiyyata alınmasının tətbiqinə başlanılacaqdır.
  
   
 
 
 




Baxış sayı: 3172

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Oxşar xəbərlər

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”






22 Dekabr 2024

21 12 2024