Tarix:13/12/11
-Xaliq müəllim, İnformasiya-kommunikasiya texnologiyaları sahəsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən prioritet sahə elan olunmuşdur. Neft sənayesi yaxın illər ərzində inkişaf estafetini məhz informasiya-kommunikasiya texnologiyalarına ötürəcəkdir. Bu baxımdan ARDNŞ-də informasiya texnologiyalarının tətbiqi istiqamətində hansı işlər həyata keçirilir?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin neft-qaz sektoruna göstərdiyi diqqət və qayğı sayəsində Dövlət Neft Şirkəti son illərdə modern bir quruma çevrilmiş, neft sənayesinin maddi-texniki bazası gücləndirilmiş və prioritet sahə elan edilmiş informasiya kommunikasiya texnologiyalarına (İKT) diqqət xeyli artmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2006-cı il tarixli Fərmanının icrası, İKT sistemlərinin idarəetmədə artan rolu və onun ARDNŞ üzrə geniş tətbiqinə yaranan zərurət nəzərə alınaraq Dövlət Neft Şirkətinin birbaşa tabeliyində İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (İTRİ) yaradılmışdır. Həmin dövrdən Azərbaycanın neft sənayesində müasir İKT sistemlərinin tətbiqi ilə bağlı yeni mərhələnin başlanğıcının əsası qoyulmuşdur.
İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Neft Şirkəti və onun tabeliyindəki müəssisələrdə kompyuterləşmə, maliyyə və uçot məsələlərinin avtomatlaşdırılması, geoloji, geofiziki və mədən verilənlərinin Məlumatlar Bankının yaradılması, sənəd dövriyyəsi və informasiya mübadiləsinin təşkili, istehsalatın idarə edilməsi, müasir tipli rəqəmsal rabitə sistemlərinin qurulması, bütun struktur vahidlərini əhatə edən korporativ şəbəkə sisteminin yaradılması, həmçinin onun informasiya təhlükəsizliyinin təmin edilməsi kimi mühüm və məsuliyyətli işlərin görülməsi həvalə edilmişdir.
Elə həmin ildən Beynəlxalq Uçot Sisteminə keçidin təmin edilməsi, eyni zamanda standart uçot və konsolidasiya mexanizminin hazırlanması məqsədilə Biznes Resurslarının Planlaşdırılması (BRP) sisteminin inzibatçılığı, tənzimlənməsi və inkişafı işlərinin aparılması da İTRİ-yə tapşırılmışdır.
Şirkət üzrə SAP BRP sisteminin ilk olaraq Fİ modulu, sonra MM, SD, HR modulları tətbiq olunmuşdur.
Sonrakı illərdə isə aşağıdakı SAP FSCM/TRM modulu - SAP sistemində Xəzinədarlığın və Risklərin İdarə olunması, SAP BPC modulu - SAP sistemində hesabatların avtomatlaşdırılması modullarının tətbiqinə başlanılmışdır. Şirkət üzrə SAP BPC modulunun 3 alt modulundan - maliyyə konsolidasiyası altmodulu (MHBS tələblərinə uyğun şəkildə hesabatların konsolidasiya olunması və konsolidasiya olunmuş maliyyə hesabatlarının yaradılması; Proqnozlaşdırma altmodulu - normativ-hüquqi tələblərə uyğun olaraq proqnozlaşdırma və dövlət təşkilatlarına təqdim edilməsi üçün proqnoz hesabatların hazırlanması; Büdcələşdirmə və idarəetmə hesabatları altmodulu - ayrı-ayrı müəssisələr, həmçinin ümumi şirkət üzrə konsolidasiya və hesabatların hazırlanması) istifadə edilir.
ARDNŞ-də SAP GRC modulunun 2 altmodulu da tətbiq olunmuşdur. SAP GRC AC altmodulu - istifadəçilərin səlahiyyətlərinin bölünməsi işində yaranan risklərin idarə edilməsi və həmçinin SAP sistemində saxlanılan məlumatların istifadəsinə nəzarətin gücləndirilməsi, SAP GRC RM altmodulu isə ARDNŞ-in struktur bölmələrində yaranan və ya yarana biləcək risklərin aşkar olunması, analizi, qiymətləndirilməsi və aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanması üçün nəzərdə tutulmuşdur. Hazırda ARDNŞ üzrə SAP BRP sisteminin istifadəçilərinin sayı 1500-ə çatdırılmışdır.
Avropa Telekommunikasiya Standartları İnstitutunun (ATSİ) tövsiyələri əsasında ARDNŞ və onun tabeliyində olan idarələrin obyektləri arasında ümumi uzunluğu 200 km-ə yaxın Fiber optik kabel xətti çəkilərək 180-dən çox idarə və müəssisəni əhatə edən korporativ şəbəkə yaradılmışdır. Şəbəkə vasitəsi ilə 5000-dən artıq istifadəçiyə elektron poçt və internet xidmətlərindən istifadə hüququ verilmişdir.
Korporativ şəbəkə sisteminə qoşulmuş yeni obyektlərin sırasında “Azərineftyağ” Neft Emalı Zavodunu, ARDNŞ-in tərkibində yeni yaradılmış “Azəriqaz” və “Azərikimya” İstehsalat birliklərini və onların tabeliyindəki idarələri göstərmək olar.
Hazırda ARDNŞ üzrə quraşdırılmış 10 ədəd “Siemens Hipath 4000” markalı elektron ATS və 45 ədəd rabitə rəfi vasitəsi ilə şirkətin 13500 abonentinə xidmət göstərən telefon şəbəkəsi yaradılmışdır.
Neft Şirkəti üzrə Azərbaycanın karbohidrogen yataqlarının verilənləri barədə geoloji, geofiziki və mədən verilənlərinin inteqrasiya olunmuş Korporativ Vahid Məlumatlar Bankının yaradılması məqsədi ilə İTRİ-nin tərkibində “Geoloji-mədən verilənləri korporativ bazasının idarəedilməsi” departamenti yaradılmışdır.
Korporativ Məlumatlar Bankı üçün tələb olunan Proqram Təminatının (PT) alınması üçün ARDNŞ ilə “Fugro” şirkəti arasında Geoloji-Geofiziki və Neft-mədən verilənlərinin korporativ bazasının yaradılması haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən hazırda layihənin 3-cü fazasının birinci mərhələsi üzrə nəzərdə tutulmuş iş həcmi yerinə yetirilmişdir.
Respublikanın qaz təchizatında müasir İKT sistemlərinin tətbiqi ilə bağlı İTRİ tərəfindən “Operativ ölçmə-nəzarət sistemi” yaradılmış və “Azneft” İB, “Azəriqaz” İB, Qaz İxraç İdarəsi, Qaz Emalı Zavodu, “Azərenerji” ASC, bir sıra müştərək müəssisələr və əməliyyat şirkətlərində tətbiq olunmuşdur. Ölçmə-nəzarət sistemi vasitəsi ilə istismarda olan 468 ədəd ROC tipli elektron qaz sayğacına informasiya-hesablama xidmətləri göstərilir.
- “ARDNŞ-in İnformasiya texnologiyalarının inkişaf strategiyası” layihəsi nədən ibarətdir? Bu layihə şirkətin hansı yeni inkişaf istiqamətlərini müəyyənləşdirir?
- “ARDNŞ-in İnformasiya texnologiyalarının inkişafı strategiyası” layihəsinə əsasən üç əsas istiqamət - SAP sisteminin tətbiqi üzrə layihə proqramlarının inkişaf etdirilməsi, geofiziki və mədən informasiyası üzrə məlumatlar bazasının işlənməsi və korporativ şəbəkə sisteminin inkişaf etdirilməsi layihələrinin icrası müəyyənləşdirilmişdir.
Birinci istiqamət üzrə yaxın 3 il ərzində SAP bazası əsasında aşağıdakı proseslərin avtomatlaşdırılması nəzərdə tutulmuşdur:
- “İdarəetmə prosesləri” - büdcələşdirmə, idarəetmə hesabatları, faydalı iş əmsalı sistemi, maliyyə hesabatlarının konsolidasiyası, kontraktların idarə edilməsi, xəzinənin idarə edilməsi, risklərin idarə edilməsi, insan resurslarının idarə edilməsi;
Layihə planına əsasən, şirkətdə aparılmış geologi və geofiziki tədqiqatlar üzrə toplanmış tarixi məlumatlar rəqəmləşdiriləcək, Şirkətin bütün quyuları üzrə toplanmış məlumatlar, habelə neft mədənlərindən toplanmış operativ məlumatlar (qazma və hasilat da daxil olmaqla) rəqəmləşdiriləcək, mərkəzləşdiriləcək və standartlaşdırılacaq.
-İşçilərin bilik və bacarıqlarının, o cümlədən İKT sahəsində bacarıqlarının artırılması istiqamətində hansı tədbirlər həyata keçirilir? Yeni işçilərin qəbulunun elektron formada həyata keçirilməsi hansı keyfiyyətləri ortaya çıxarıb?
- Neft gəlirlərinin intellektual mülkiyyətə, insan kapitalının inkişafına yönəldilməsi bu gün Dövlət Neft Şirkətinin əsas prioritetlərindəndir.
Şirkətdə insan resurslarının səmərəli idarə edilməsi, o cümlədən kadrların seçilməsi, hazırlanması, işə qəbul olunması, yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, habelə bu fəaliyyətin təkmilləşdirilməsi üzrə bir sıra tədbirlər həyata keçirilmişdir.
Sahə üzrə münasibətləri tənzimləyən standart sənədlər qəbul edilmiş, fəaliyyətin koordinasiya olunması, ona ümumi rəhbərliyin həyata keçirilməsi və müvafiq standart sənədlərin icra vəziyyətinə nəzarətin təşkil edilməsi məqsədi ilə ARDNŞ-in tabeliyində “İnsan resursları departamenti” (İRD) yaradılmış, şirkətin struktur bölmələrində Kadr seçimi komissiyaları formalaşdırılmışdır. Hazırda İRD tərəfindən işçilərin işə qəbulu prosedurunda elektron formadan istifadə olunur.
Bu prosedurun tətbiq edilməsi namizədlərin bilik səviyyəsinin qısa müddətdə və obyektiv olaraq qiymətləndirilməsi işə qəbul proseslərində şəffaflığın təmin edilməsinə, kadrların daha səmərəli yerləşdirilməsinə tam zəmanət verir.
-Gələcəkdə lider şirkət kimi fəaliyyət göstərməyinizdə informasiya texnologiyalarının rolunu necə görürsünüz?
- Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dünyanın iri neft şirkətləri sırasında aparıcı mövqelərdən birini tutmağı qarşıya məqsəd qoymuşdur. Elm və texnikanın ən yeni nailiyyətlərini, mütərəqqi texnologiyaları tətbiq etmədən müasir neft-kimya sənayesində rəqabətə davam gətirmək mümkün deyil.
Dövrümüzün, demək olar ki, bütün elmi-texniki nailiyyətləri İKT-nin inkişafı ilə bağlıdır. Məhz buna görə də İKT-nin daha geniş tətbiqi, onun imkanlarından daha səmərəli istifadə edilməsi və daim təkmilləşdirilməsi ARDNŞ-in prioritetlərindən biri olaraq qalacaq.
Şirkət özünün inkişaf strategiyasında İnformasiya texnologiyalarının tətbiqinə üstünlük verməklə bu sahədə Avropada xüsusi nüfuz qazanmışdır. Müasir İKT sistemlərinin Neft Şirkətində geniş tətbiqi neft sərvətlərindən istifadənin vahid dövlət siyasəti əsasında reallaşmasında, neft sənayesinin idarəetmə strukturunun təkmilləşdirilməsində və yanacaq-enerji kompleksinin inkişafının təmin edilməsində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin daha səmərəli və uğurla həyata keçirilməsində mühüm rol oynayacaqdır.
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədovun müsahibəsi-Xaliq müəllim, İnformasiya-kommunikasiya texnologiyaları sahəsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən prioritet sahə elan olunmuşdur. Neft sənayesi yaxın illər ərzində inkişaf estafetini məhz informasiya-kommunikasiya texnologiyalarına ötürəcəkdir. Bu baxımdan ARDNŞ-də informasiya texnologiyalarının tətbiqi istiqamətində hansı işlər həyata keçirilir?

- “Əməliyyat prosesləri“- layihələrin idarə edilməsi, təmir işlərinin idarəetməsi, istehsalın planlaşdırılması, ətraf mühitin mühafizəsi, nəqlin idarəedilməsi və loqistik planlaşdırılma, emal əməliyyatlarının idarə edilməsi, tədarükçü və sifarişlərin idarə edilməsi.
Layihə planına əsasən, şirkətdə aparılmış geologi və geofiziki tədqiqatlar üzrə toplanmış tarixi məlumatlar rəqəmləşdiriləcək, Şirkətin bütün quyuları üzrə toplanmış məlumatlar, habelə neft mədənlərindən toplanmış operativ məlumatlar (qazma və hasilat da daxil olmaqla) rəqəmləşdiriləcək, mərkəzləşdiriləcək və standartlaşdırılacaq.
-İşçilərin bilik və bacarıqlarının, o cümlədən İKT sahəsində bacarıqlarının artırılması istiqamətində hansı tədbirlər həyata keçirilir? Yeni işçilərin qəbulunun elektron formada həyata keçirilməsi hansı keyfiyyətləri ortaya çıxarıb?
- Neft gəlirlərinin intellektual mülkiyyətə, insan kapitalının inkişafına yönəldilməsi bu gün Dövlət Neft Şirkətinin əsas prioritetlərindəndir.
Şirkətdə insan resurslarının səmərəli idarə edilməsi, o cümlədən kadrların seçilməsi, hazırlanması, işə qəbul olunması, yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, habelə bu fəaliyyətin təkmilləşdirilməsi üzrə bir sıra tədbirlər həyata keçirilmişdir.
Sahə üzrə münasibətləri tənzimləyən standart sənədlər qəbul edilmiş, fəaliyyətin koordinasiya olunması, ona ümumi rəhbərliyin həyata keçirilməsi və müvafiq standart sənədlərin icra vəziyyətinə nəzarətin təşkil edilməsi məqsədi ilə ARDNŞ-in tabeliyində “İnsan resursları departamenti” (İRD) yaradılmış, şirkətin struktur bölmələrində Kadr seçimi komissiyaları formalaşdırılmışdır. Hazırda İRD tərəfindən işçilərin işə qəbulu prosedurunda elektron formadan istifadə olunur.
Bu prosedurun tətbiq edilməsi namizədlərin bilik səviyyəsinin qısa müddətdə və obyektiv olaraq qiymətləndirilməsi işə qəbul proseslərində şəffaflığın təmin edilməsinə, kadrların daha səmərəli yerləşdirilməsinə tam zəmanət verir.
-Gələcəkdə lider şirkət kimi fəaliyyət göstərməyinizdə informasiya texnologiyalarının rolunu necə görürsünüz?
- Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dünyanın iri neft şirkətləri sırasında aparıcı mövqelərdən birini tutmağı qarşıya məqsəd qoymuşdur. Elm və texnikanın ən yeni nailiyyətlərini, mütərəqqi texnologiyaları tətbiq etmədən müasir neft-kimya sənayesində rəqabətə davam gətirmək mümkün deyil.
Dövrümüzün, demək olar ki, bütün elmi-texniki nailiyyətləri İKT-nin inkişafı ilə bağlıdır. Məhz buna görə də İKT-nin daha geniş tətbiqi, onun imkanlarından daha səmərəli istifadə edilməsi və daim təkmilləşdirilməsi ARDNŞ-in prioritetlərindən biri olaraq qalacaq.
Şirkət özünün inkişaf strategiyasında İnformasiya texnologiyalarının tətbiqinə üstünlük verməklə bu sahədə Avropada xüsusi nüfuz qazanmışdır. Müasir İKT sistemlərinin Neft Şirkətində geniş tətbiqi neft sərvətlərindən istifadənin vahid dövlət siyasəti əsasında reallaşmasında, neft sənayesinin idarəetmə strukturunun təkmilləşdirilməsində və yanacaq-enerji kompleksinin inkişafının təmin edilməsində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin daha səmərəli və uğurla həyata keçirilməsində mühüm rol oynayacaqdır.
Baxış sayı: 5242
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”