Tarix:20/12/11
- Cənab nazir, Azərbaycanda informasiya texnologiyaları sektorunun inkişaf perspektivlərini necə qiymətləndirirsiniz və son bir ildə bu istiqamətdə hansı nəticələrə nail olunub?
- Bu gün Azərbaycanda İKT sektoru həm dünyada yeni texnologiyaların tətbiqinin geniş vüsət aldığı bir şəraitdə, həm də Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı fonunda genişlənir, modernləşir və ölkənin hərtərəfli tərəqqisinə öz töhfəsini verir.
2003-cü ildə ölkədə qəbul edilmiş İKT-nin inkişafı üzrə Milli Strategiya ilə müəyyən edilmiş prioritetlərə və dövlət proqramları ilə müəyyən edilmiş hədəflərə nail olmaq bu sektorun perspektiv inkişafının əsasını təşkil edir. Perspektivdə İKT sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş məqsədlərə nail olunması məqsədilə yerli və regional əhəmiyyətli layihələr həyata keçirilir.
Belə layihələrə Regional İnnovasiya Zonasının yaradılması, Avropa-Yaxın Şərq yüksəksürətli informasiya şəbəkəsi, "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın (TASİM) yaradılması, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, rəqəmsal yayım sisteminə keçid, elektron hökumətin yaradılmasını göstərmək olar.
Ümid edirəm ki, həm yuxarıda qeyd olunan layihələr, həm də qəbul olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sayəsində yaxın perspektivdə İKT-nin geniş anlamda cəmiyyətdə, dövlət idarəetməsində və iqtisadiyyatın bütün sferalarında tətbiqi təmin ediləcək, İKT infrastrukturu inkişaf edəcək, İT üzrə yerli istehsal inkişaf edəcək və sektorun ixrac potensialı yüksələcəkdir.
Qeyd edim ki, sonuna sayılı günlər qalan 2011-ci il də İKT sektoru üçün uğurlu il hesab oluna bilər. Cari ilin 10 ayının yekunlarına görə, sektor üzrə gəlirlərin artım tempi əvvəlki illə müqayisədə 13,2% olmuş, İKT-nin əsas infrastruktur göstəriciləri olan 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a, internet istifadəçilərinin sayı 60-a, o cümlədən genişzolaqlı internet istifadəçilərinin sayı 30-a, kompüterlərin sayı isə 20-yə çatdırılmışdır. Bu il əvvəlki illərdən icrasına başlanmış bir çox layihələr tamamlanmış, İKT infrastrukturunun modernləşdirilməsinə və genişləndirilməsinə yönəlik tədbirlər həyata keçirilmişdir.
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanı ölkədə e-xidmətlərin tətbiqi üçün geniş imkanlar açmışdır.
Fərmanın icrası olaraq, Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmış, elektron imza tətbiq edilmiş, dövlət orqanlarının elektron xidmətlərinin "bir pəncərə" əsasında təşkili və istifadəsinin təmin edilməsi məqsədilə "Elektron hökumət portalı" yaradılmışdır və dövlət orqanlarının xidmətlərinin burada yerləşdirilməsi üçün işlər aparılır.
Ölkə ərazisində 01.08.2011-ci il tarixdən yeni zona kodları tətbiq edilərək vahid yeddirəqəmli nömrələnmə sisteminə keçilmiş, "Azercell Telecom" və "Bakcell LTD" MMC-yə 3G xidmətlərinin tətbiqi ilə bağlı lisenziyalar verilmişdir.
Bu il ənənəvi olaraq Bakıda keçirilən "BakuTel" Beynəlxalq sərgi-konfransı Azərbaycanda telefon rabitəsinin yaradılmasının 130 illiyinə həsr olunduğu üçün fərqli formatda keçirilmiş və sərgiyə daha çox dövlətin, həmçinin beynəlxalq təşkilatların rəsmiləri və şirkətlər qatılması ilə yadda qalmışdır.
Cari ilin sonuna kimi respublika əhalisinin yaşadığı ərazilərin 85%-inin açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilməsi, habelə, rəqəmli radionun da (HD radio) yayımına başlanılması istiqamətində iş aparılır.
- Respublikada internet şəbəkəsinin inkişafı üçün hansı işlər aparılır? Azərbaycanda genişzolaqlı internetin inkişafı strategiyasının nə vaxt qəbul ediləcəyi gözlənilir? TASİM informasiya supermagistralının yaradılması və milli peykin buraxılması layihələri hansı mərhələdədir?
- İnternet milli seqmentinin inkişaf etdirilməsi, istifadə qiymətlərinin dəfələrlə azaldılması, internetə müasir qoşulmaların, o cümlədən genişzolaqlı, simsiz və mobil vasitələrlə qoşulmaların tətbiqi, internet-servis provayderinin və internet-klubların fəaliyyətinə əlverişli şəraitin yaradılması nəticəsində 2010-cu ildə Azərbaycanda əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 50-yə çatmış, hazırda isə Azərbaycan əhalisinin 60%-i internet istifadəçisidir. İnternet istifadəçilərinin təxminən yarısı genişzolaqlı internet xidmətlərindən istifadə edir. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.
Ölkənin bütün ərazisini əhatə edən fiber-optik magistral şəbəkələr qurulmuşdur. Bunlara misal olaraq, "AzDataCom", "Deltatelekom" "Azərtelekom" və s. göstərmək olar. Beynəlxalq internet kanallarının ümumi tutumu 45Gb/saniyəyə çatdırılmış və bu gün Azərbaycan İran və Gürcüstan kimi ölkələrə internet xidmətləri ixrac edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Azərbaycanda genişzolaqlı internet xidmətlərinin inkişafı üzrə Fəaliyyət Proqramı" və bu proqramın həyata keçirilməsi üçün Tədbirlər Planının ilkin variantı hazırlanmışdır.Yaxın müddətdə qeyd olunan sənədlərin qəbul edilməsi məqsədilə hökumətə təqdim edilməsi nəzərdə tutulur.
"Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsi çərçivəsində maraqlı tərəflərin iştirakı ilə konsorsium yaradılması üzrə intensiv danışıqlar aparılır. Bu danışıqlar çərçivəsində konsorsiumun struktur və biznes modelinin yaradılması üzrə iki iri görüş keçirilmişdir.
Biri bu ilin iyul ayında Qəbələ şəhərində, digəri isə noyabr ayında İstanbul şəhərində. Ümumilikdə danışıqları konstruktiv və dinamik kimi xarakterizə etmək olar.
Hazırda Azərbaycan, Qazaxıstan, Çin, Rusiya və Türkiyə ölkələrinin iri telekommunikasiya şirkətləri tərəfindən aparılan danışıqlarda iki ehtimal marşrut müzakirə olunur:
1. Əsas Cənub marşrutu - Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Şərqi Avropa və Almaniya ərazisindən keçirilməsi; 2. Ehtiyat şimal marşrutu - Çin, Qazaxıstan, Rusiya, Ukrayna, Polşa və Almaniya ərazisindən keçirilməsi;
Qeyd etmək lazımdır ki, sözügedən marşrutların coğrafiya müxtəlifliyi beynəlxalq magistral rabitənin tələblərinə cavab verərək, yüksək etibarlılığı təmin edir. Layihə iştirakçılarının növbəti görüşünün 2012-ci ilin mart ayın əvvəlində Macarıstanın Budapeşt şəhərində keçirilməsi gözlənilir.
Azərbaycanın "Azerspace-1" telekommunikasiya peyki ABŞ-ın "Orbital Sciences Corporation" (Orbital) şirkətinin zavodunda istehsal mərhələsindədir. Hazırda peyk platformasının tərkib hissələrinin yığılması və platformaya faydalı yükün quraşdırılması üzrə işlər aparılır.
Buna paralel olaraq, Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzləri üçün lazım olan yerüstü infrastrukturun yaradılması işləri Azərbaycanda həyata keçirilir və yerüstü peyk idarəetmə avadanlığının mühüm hissəsi "Orbital" şirkəti tərəfindən bu il ərzində Azərbaycana göndəriləcək.
"Azerspace-1" peyki Fransanın "Arianespace" şirkətinin "Ariane 5" raketdaşıyıcısı vasitəsilə Cənubi Amerikada Fransız Qvianası əyalətinin Kuru Kosmodromundan orbitə çıxarılacaqdır. Peykinin istehsalı və onun buraxılması prosesinə texniki monitorinq üzrə Kanadanın "Telesat" şirkəti məsləhətçimizdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin avqustun 17-də təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icra edilməsi məqsədilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti ardıcıl tədbirlər həyata keçirir.
Qeyd edim ki, "Azerspace-1" peyki adıçəkilən Dövlət Proqramı çərçivəsində istifadəyə veriləcək ilk kosmik aparatdır.
- Azərbaycanda "Silikon Vadi"sinin tikintisi üzrə işlərin aparılması ilə bağlı vəziyyət necədir? Əgər Azərbaycanın yüksək texnoloji məhsulların regional ixracatçısı rolunda çıxış edəcəyindən danışsaq, onda burada söhbət bilavasitə Azərbaycan məhsulları haqqındamı gedir?
Dünya vendorlarının istehsal güclərinin Azərbaycana köçürülməsi üçün milyardlarla investisiyalar tələb olunur.
Digər variant proqram təminatının işlənib hazırlanmasıdır. Deyə bilərsinizmi, regional innovasiya zonalarının və ya İT texnoparklarının tikintisi zamanı Azərbaycan hansı yolu seçib və ya seçəcək?
- Bu gün Azərbaycanda İT sənayesi inkişaf edir, yerli şirkətlərin peşəkarlıq səviyyəsi yüksəlir və onlar elektron bankçılıq və kommersiyanın yayılması proseslərində aktiv iştirak edirlər. Azərbaycanın İT şirkətləri region bazarlarına çıxış əldə edib və regionda bir çox layihələrdə müvəffəqiyyətlə iştirak edir, region bazarlarına öz məhsullarını ixrac edirlər.
Buna baxmayaraq, dünya ölkələrində İKT sektorunun strukturunda informasiya texnologiyaları (İT) sahəsi əhəmiyyətli çəkiyə malik olmasına və ölkəmizdə də bu sahə üzrə gəlirlərin həcminin ilbəil artmasına baxmayaraq, İT sahənin İKT sektorunda xüsusi çəkisi 7,7% təşkil edir.
Bu sahədə kompleks tədbirlərin görülməsi istiqamətində işlər aparılır. Bunu mövcud şərait və dünyada gedən yeni inkişaf meyilləri tələb edir.
Dünya təcrübəsi və son dövr maliyyə böhranı göstərdi ki, İKT-nin daha çox tətbiq olunduğu, iqtisadiyyatın diversifikasiyasına və innovasiya yönümlü iqtisadiyyatın yaradılmasına nail olunduğu ölkələrdə böhranın təsiri daha az müşahidə olunmuşdur. Dünyada müxtəlif formalarda yüzlərlə xüsusi iqtisadi zona fəaliyyət göstərir.
Mütəxəssislərin proqnozlarına görə, dünya əmtəə dövriyyəsinin 40%-ə qədəri bu zonalardan keçir. İnkişaf etmiş ölkələrdən zəif inkişaf edən ölkələrədək dünyanın bir çox regionlarında bu cür zonalar yaradılıb.
Gələcək inkişafın qarantı texnoparkların və innovasiya zonalarının yaradılması ilə sıx bağlıdır. Sizin qeyd etdiyiniz dünyada ən məşhur zonalardan biri olan "Silikon Vadisi"ndə dünya üzrə hesablama texnikası və kompüterlərin təqribən 20-25%-i istehsal edilir.
Azərbaycanın iqtisadi-siyasi və coğrafi cəhətdən bağlı olduğu MDB regionunda Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrdə İKT-nin inkişafını nəzərdə tutan xüsusi iqtisadi zonaların yaradılması və inkişaf etdirilməsi istiqamətində intensiv işlərə başlanılmışdır.
Ölkəmizin digər sahələrdə olduğu kimi, bu sahədə də regional liderliyinə nail olmaq üçün zamanla yarışmalı və bu istiqamətdə daha intensiv işlər görülməlidir.
Ölkədə bu işlər üçün zəruri hüquq çərçivə, rəqabət və investisiya mühiti mövcuddur. Biz Regional İnnovasiya Zonasının (RİZ) yaradılmasına başlamışıq.
Azərbaycanda RİZ-in yaradılması layihəsinin əsas üstünlüyü və spesifik xüsusiyyəti bu günədək dünyada mövcud olan bu tip zonaların müsbət və mənfi təcrübələrinin ətraflı öyrənilərək reallaşdırılması praktik baxımdan mümkün olan və eyni zamanda nəzəri biliklərə əsaslanan Azərbaycan modelinin işlənilməsidir.
Güzəştli rejimlərin tətbiq olunacağı RİZ yerli şirkətlərlə yanaşı, xarici şirkətləri də bu sahəyə investisiya qoyuluşuna təşviq edəcək və İT məhsulları istehsalı əhəmiyyətli dərəcədə artacaqdır.
RİZ çərçivəsində yerli və xaricdən idxal olunmuş xammal və yarımfabrikatlar əsasında ixracyönümlü məhsullar ixrac ediləcəkdir. Qeyd edə bilərəm ki, bu gün xarici şirkətlərin ölkəmizə marağı böyükdür və bu da layihənin uğurlu perspektivinin təminatçısıdır.
Belə ki, bu gün dünyanın ən yüksək reytinqli 20 İKT-şirkətindən 10-u, yəni Microsoft, Cisco Systems, Hewlett Packard, IBM, Apple Computer, Intel, Oracle, Google, Nokia-Siemens Networks, Ericsson kimi şirkətləri Azərbaycanda fəaliyyət göstərir və müxtəlif layihələrin həyata keçirilməsində aktiv iştirak edirlər.
İKT sahəsində sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə RİTN-də yeni layihə üzrə işə başlanılmışdır.
Bu layihənin əsas məqsədi yeni innovativ layihələrin çevikliyini təmin etmək, investisiya mühitini yaxşılaşdırmaq, investorların maraqlarını təmin etmək, birgə layihələrdə iştirak üçün imkan yaratmaq məqsədilə İKT sahəsində istehsalı stimullaşdıran və inkişafı təmin edən "İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu"nun yaradılmasıdır.
Bu fondu İKT sahəsində yüksək biliklərə malik olan mütəxəssisləri cəlb etməyə, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmağa, hər layihə üçün əsaslandırılmış rəy tərtib etməyə və birgə layihələri idarə etmək üçün menecment bazası yaratmağa, intellektual biznesin inkişafına xidmət edəcəkdir.
"İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu" İKT sahəsində innovasiya mühitinin inkişaf etdirilməsi məqsədilə vençur maliyyələşdirməsini təmin edəcəkdir.
Vençur maliyyələşməsi yolu ilə kiçik və yeni şirkətlər tərəfindən aparılan riskli, lakin perspektivli xarakter daşıyan innovasiya layihələrində xarici investorların kapitalından istifadə imkanı yaranmalıdır.
- Məlum olduğu kimi, artıq rəqəmli televiziyaya keçid məsələsi üzrə plan müəyyən olunub və planda bunun 2013-cü ildə həyata keçirilməsi nəzərdə tutulub. Sıravi vətəndaşın dəyişikliklərə hazır olması üçün nə etmək planlaşdırılır?
- Digər ölkələrdə olduğu kimi, respublikamızın ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müvafiq tədbirlər görülməkdədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 274 saylı 13.09.2006-cı il tarixli sərəncamına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilmiş və Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı" təsdiq edilmişdir.
Rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən və məhdud olan tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.
Hazırda Bakı, Gəncə, Lerik, Ağsu, Ağstafa, İmişli, Mingəçevir və Şirvanda fəaliyyət göstərən rəqəmli TV vericilər vasitəsilə əhalinin 65%-i rəqəmli TV yayımla əhatə edilmişdir.
Cari ilin sonuna kimi digər bölgələr və Naxçıvan MR-in də rəqəmli TV yayımla əhatə edilməsi üçün tədbirlər görülür ki, bu da ölkə əhalisinin 85%-nin rəqəmli açıq paketlə yayımını təmin edəcəkdir.
Görüləcək tədbirlər nəticəsində 2012-ci ildə ölkədə analoq televiziya yayımının efirdə qəbulu üçün rəqəmli televizor və ya analoq televizorlara qoşulacaq qəbuledici qurğulardan istifadə edilməlidir.
Bu məqsədlə RİTN tərəfindən ölkə ərazisində belə qurğuların istehsalı və satışı ilə məşğul olan istehsalçılar və sahibkarlar müvafiq işlər aparılır.
Belə ki, Mingəçevirdə "Kür" zavodu, Müdafiə Sənayesi Nazirliyinin "Peyk" zavodu və "Terra Siqnal" şirkəti tərəfindən rəqəmli qəbuledici qurğuların ölkədə istehsalına və satışına başlanılmışdır.
Bununla belə, rəqəmli yayıma keçidlə bağlı əhalinin maarifləndirilməsi məqsədilə informasiya çarxı hazırlanmışdır və hazırda yerli telekanallar vasitəsilə nümayiş edilir. Bu istiqamətdə işlər davam etdirilir.
- "Elektron hökumət" layihəsi üzrə bu günədək çox işlər görülüb, lakin hələ görüləsi işlər də var. Məlum olduğu kimi, tezliklə "Elektron hökumət" portalı işə salınacaq. Siz Azərbaycanın dövlət idarələrinin elektron hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz və fikrinizcə, "e-government"ə keçidi daha dinamik etmək üçün hansı cəhdlərin göstərilməsi vacibdir?
- "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı"na əsasən, dövlət orqanlarının informasiyalaşdırılması sahəsində məqsədyönlü işlər görülmüş, o cümlədən geniş elektron hökumət layihələri həyata keçirilmişdir.
Xüsusilə qeyd olunmalıdır ki, bu yaxınlarda RİTN tərəfindən elektron imzanın istifadəsi üçün Milli Sertifikat Xidmətləri Mərkəzi istismara verilmiş və ölkədə elektron imzanın tətbiqinə başlanılmışdır.
Bu günə kimi EHDİS layihəsi çərçivəsində 15 dövlət qurumunun 60-a yaxın elektron xidmətinin "Elektron hökumət" portalına qoşulması təmin edilmiş və növbəti ildə bütün dövlət qurumlarının portala qoşulması üçün tədbirlər görülür. Tezliklə "Elektron Hökumət Portalı"nın istifadəyə verilməsi planlaşdırılmışdır.
Dövlət qurumlarının elektron hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Belə ki, təhsil, səhiyyə, ədliyyə, daxili işlər, gömrük, vergilər, sosial müdafiə və digər sahələrdə tətbiq edilən informasiya sistemləri, reyestrlər və s. informasiya resursları dövlət orqanlarının vətəndaş və təşkilatlarla münasibətlərini sadələşdirmiş, onlara müasir xidmətlərin göstərilməsinə şərait yaratmışdır.
"Elektron hökumət"in mühüm tərkib hissəsi olan "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri"nin formalaşdırılması, elektron bəyannamələrin, elektron hesab fakturaların, ali təhsil məktəblərinə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu, statistik məlumatların elektron formada təqdim olunması və s. deyilənlərə əyani misaldır.
"Elektron hökumət"ə keçid prosesini sürətləndirmək üçün e-hökumət infrastrukturunun və qanunvericilik bazasının inkişaf etdirilməsi işləri intensivləşdiriləcəkdir.
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ilin yekunlarına dair Trend-ə müsahibəsi- Cənab nazir, Azərbaycanda informasiya texnologiyaları sektorunun inkişaf perspektivlərini necə qiymətləndirirsiniz və son bir ildə bu istiqamətdə hansı nəticələrə nail olunub?

Baxış sayı: 2252
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”