BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Cənab Həmədun Ture 2007-ci ilin yanvar ayından Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibidir. O, 2010-cu ilin oktyabr ayında ikinci dəfə 4 illik olaraq yenidən seçilmişdir.Baş katib kimi, cənab Ture dünyaya inteqrasiya və informasiya-kommunikasiya texnologiyalarının inkişafını vahid potensial mərkəzdən idarə edir və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün BTİ-nin vəzifələrini yerinə yetirir.
Cənab Ture Leninqrad Elektronika və Telekommunikasiya Texniki İnstitutunun Elektrik Mühəndisliyi üzrə Magistr Dərəcəsini almış və Moskva Elektronika, Telekommunikasiya və İnformatika Universitetində fəlsəfə doktoru adını almışdır. Evlidir, 4 uşağı və 2 nəvəsi var, eləcə də BTİ-nin 4 rəsmi dilində səlis danışır: ingilis, fransız, rus və ispan.
Beynəlxalq Telekommunikasiya İttifaqının fəaliyyətində əsas üstünlüklər?
Bildiyiniz kimi, biz yer kürəsində yaşayan hər bir vətəndaşın genişzolaqlı rabitəyə qoşulmasını təmin edən əsas istiqaməti müəyyən etmişik. Bunun üçün genişzolaqlı rabitə xərclərinin planet əhalisinin gəlirinin ən azı 5%-inə qədər aşağı salınması lazımdır.
Bir neçə ildir ki, müdafiə etdiyim kibertəhlükəsizlik burada ikinci ən vacib istiqamətdir. Keçən ilin seçkilərində mən kibertəhlükəsizliyə xüsusi diqqət yetirdim.
Bizim üzv dövlətləri arasında potensial kibermüharibə mövcuddur və biz bu problemi aradan qaldırmalıyıq. Uşaqların kiberməkanda qorunmasına xüsusi diqqət yetirirəm.
Uşaqların onlayn müdafiəsi bir təşəbbüsdür ki, bunu mən 2009-cu ildə irəli sürmüşdüm və bu təşəbbüs böyük bir hadisədir. Uşaqların şəbəkə üzrə ən böyük istifadəçilər olmasını vurğulamaq istərdim.
Onları müdafiə etmək bizim borcumuzdur. Uşaqlar bizim malik olduğumuz ən vacib dəyərimizdir və biz onları qorumalıyıq. Kiberməkanda uşaqları qorumaq üçün dünyanın bütün ölkələrini birlikdə işləməyə dəvət edirəm.
Əgər biz kiberməkanda uşaqları qorumaq üçün yaxşı struktur qura bilsək, o zaman həmin struktur bizim bütün dəyərlərimizi qorumaq üçün işləyə biləcək. BTİ-də biz bu il gündəmə gətiriləcək iki əsas tədbirə xüsusi diqqət ayırırıq.
Onlardan biri spektrin bölüşdürülməsi üçün mərhələni müəyyən edəcək və yanvar ayında baş verəcək Dünya Radio Konfransıdır. Bu tədbir ona görə vacibdir ki, Rəqəmsal Genişzolaqlı Yayım Xidməti üçün 2015-ci il son vaxtdır.
Həmçinin, cari ilin sonunda keçiriləcək Beynəlxalq Telekommunikasiya Qaydaları üzrə Dünya Konfransında Dünya Standartlaşdırma Assambleyasının konfransı nəzərdə tutulan mühüm tədbirlərdəndir.
BTİ-nin fəaliyyətində Azərbaycanın iştirakını necə dəyərləndirirsiniz?
Beynəlxalq Telekommunikasiya İttifaqında Azərbaycanın payı bir neçə yolla yerinə yetirilir. İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir.
Bildiyiniz kimi, Azərbaycan İKT inkişafı baxımından bu ilin sentyabr ayında təqdim olunan bizim ən son "Qlobal İKT göstəriciləri" hesabatında dünyada 10 ən tez inkişaf edən ölkələrdən biri kimi qiymətləndirilir.
Mobil telefonların, genişzolaqlı rabitənin, internet istifadəçilərinə, kadrların formalaşdırılması və İKT-nin istifadəsi üzrə əsas göstəricilərə uyğun olaraq Azərbaycan ən yüksək səviyyədə qiymətləndirilir. Biz bu əməkdaşlıqla fəxr edirik.
Siz nə üçün Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanı müəyyən etdiniz?
BTİ və UNESCO Minilliyin Rəqəmsal Məqsədlərinin (MRM) yerinə yetirilməsi ilə əlaqədar olaraq BMT-nin fəaliyyətini genişləndirmək məqsədilə BMT-nin Baş katibi Pan Ki-Munun zənginə cavab olaraq Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanı təsis edir. Komissiya 2010-cu ilin may ayında, beynəlxalq səviyyədə genişzolaqlı rabitənin əhəmiyyətinin dəstəklənməsi məqsədilə 2010-cu ilin sentyabr ayında Nyu-Yorkda keçirilmiş BMT-nin MRM Sammitdə qoyulan məsələlərin həyata keçirilməsi məqsədilə yaradılmışdı.
Komissiya BTİ-nin genişzolaqlı rabitənin texniki və inkişaf məsələlərində geniş yayılmış təcrübəsindən, eləcə də UNESCO-nun geniş yayılmış transformasiya "bilik cəmiyyətində" multi-linqvistik və yerli şəkildə hazırlanmış mətnlərindən faydalanır.
Lakin komissiya fəaliyyətində cəmiyyət, hökumət, sənaye, akademiya və beynəlxalq agentlikləri təqdim edən bütün yüksəksəviyyəli liderlərə arxalanır.
Onlar bütün dünyada müxtəlif rabitə bazarlarında genişzolaqlı şəbəkələri və xidmətləri necə istifadə etmək barədə real siyasət və ticarət təcrübələrini bölüşürlər və bu sahədə toplanmış böyük təcrübəni komissiyaya təqdim edirlər.
Hökumət və sahibkarlar bu şəbəkələri daha yaxşı inkişaf etdirmək məqsədilə strategiyaların işlənib hazırlanması üçün birgə işləyir.
Komissiya necə maliyyələşir?
Komissiya tam olaraq özü maliyyələşir. BTİ və ya UNESCO üzvlərindən hər hansı əlavə maliyyə ödənişini tələb etmir. Bir çox səlahiyyətli nümayəndələr və komissiyanın digər təşkilatları Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanın işini təchiz etmək üçün könüllü olaraq yardım edirlər.
Minilliyin İnkişaf Məqsədləri özündə nələri ehtiva edir?
Bu gün, dünya əhalisinin böyük əksəriyyəti informasiya və kommunikasiya texnologiya şəbəkələrinə və tətbiqlərinə arxalanır. Bu, o deməkdir ki, biz gündəlik işlərimizin yerinə yetirilməsində e-səhiyyə, e-təhsil, e-hökumət, e-təsərrüfat və s. vasitəsilə İKT-nin böyük gücündən istifadə edirik.
Minilliyin İnkişaf Məqsədləri (MİM) inkişaf etmiş və az inkişaf etmiş ölkələr tərəfindən qəbul edilir və mənim fikrimcə, onlar az qazanan vətəndaşlarının rifahı naminə beynəlxalq ictimaiyyətin mənəvi məsuliyyətini əks etdirir. Yalnız ona görə ki, genişzolaqlı rabitənin sıxlığı inkişaf edən və az inkişaf etmiş ölkələrdə aşağı səviyyədədir. Amma bu gün genişzolaqlı rabitəyə böyük ehtiyac var.
Baxış sayı: 1893
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”