Tarix:20/06/16
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, bu rəqəmin 3,84 milyardı smartfon və planşetlər vasitəsilə mobil internet xidmətlərinin aktiv istifadəçisi olacaq. Bu isə nisbi rəqəmlərdə o deməkdir ki, Yer kürəsi əhalisinin 52 faizi və ya yarısından çoxu internetə çıxış imkanı əldə edəcək. Həmçinin “PwC” mütəxəssisləri qeyd edirlər ki, mobil trafikin 82 faizi videoya baxışa sərf olunacaq, internet istifadəçilərinin 92 faizi ABŞ-dan kənarda yaşayacaq.
Bildirilir ki, 2020-ci il müxtəlif proqnozlar üçün vacib psixoloji hədd və populyar tarixdir. Belə ki, bu ilin əvvəlində “Cisco” şirkəti 2020-ci ilədək dünyada smartfon sahiblərinin sayının daimi elektrik enerjisi istifadəçilərinin sayını üstələyəcəyini bildirib. Ötən il isə “Ericsson” şirkəti bəyan edib ki, 2020-ci ildə planet əhalisinin 70 faizi smartfon sahibi olacaq. Bundan başqa, iki il əvvəl “GSMA” şirkəti qeyd olunan tarixədək Yer kürəsi əhalisinin yarısının internet istifadəçisi olacağını proqnozlaşdırıb.
Nizam Nuriyev
2020-ci ilədək dünya əhalisinin yarısı internetdən istifadə edə biləcək
“PwC” konsaltinq agentliyi analitik tədqiqat dərc edərək 2020-ci ilədək planet əhalisinin sayının 7,4 milyard nəfər təşkil edəcəyini açıqlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, bu rəqəmin 3,84 milyardı smartfon və planşetlər vasitəsilə mobil internet xidmətlərinin aktiv istifadəçisi olacaq. Bu isə nisbi rəqəmlərdə o deməkdir ki, Yer kürəsi əhalisinin 52 faizi və ya yarısından çoxu internetə çıxış imkanı əldə edəcək. Həmçinin “PwC” mütəxəssisləri qeyd edirlər ki, mobil trafikin 82 faizi videoya baxışa sərf olunacaq, internet istifadəçilərinin 92 faizi ABŞ-dan kənarda yaşayacaq.
Bildirilir ki, 2020-ci il müxtəlif proqnozlar üçün vacib psixoloji hədd və populyar tarixdir. Belə ki, bu ilin əvvəlində “Cisco” şirkəti 2020-ci ilədək dünyada smartfon sahiblərinin sayının daimi elektrik enerjisi istifadəçilərinin sayını üstələyəcəyini bildirib. Ötən il isə “Ericsson” şirkəti bəyan edib ki, 2020-ci ildə planet əhalisinin 70 faizi smartfon sahibi olacaq. Bundan başqa, iki il əvvəl “GSMA” şirkəti qeyd olunan tarixədək Yer kürəsi əhalisinin yarısının internet istifadəçisi olacağını proqnozlaşdırıb.
Nizam Nuriyev
Baxış sayı: 717
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb