Tarix:28/06/16
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, kibertəhlükəsizlik sahəsində tədbirlərin həyata keçirilməsinin təxirə salınması şübhəli qənaətdir və şirkətin işinin pozulmasına səbəb ola bilər.
“Gartner” analitik şirkətinin proqnozuna əsasən, 2020-ci ilədək mövcud boşluqların 99%-i informasiya təhlükəsizliyi sahəsində işləyən mütəxəssislərə məlum olacaq və uğurlu kiberhücumların üçdə biri şirkətlərin məxfi İT resursları hesabına həyata keçiriləcək. Problem ondadır ki, yeni informasiya təhlükəsizliyi texnologiyalarının təşkilat və müəssisələrin işinə tətbiqi çox vaxt İT mütəxəssislər komandası tərəfindən əlavə yoxlama olmadan həyata keçirilir.
“Gartner” şirkətinin proqnozuna görə, 2018-ci ilə ictimai “bulud” sistemlərində məlumat itkisinin qarşısının alınması zərurəti hər bir ikinci şirkəti təhlükəsizliyin idarəsi üçün proqram hazırlamağa məcbur edəcək.
Şirkətin başqa bir proqnozuna əsasən, 2020-ci ilədək “DevOps” konsepsiyasına (tərtibatçı və İT bölmə arasında birgə işçi münasibətləri dəstəkləyən peşəkar hərəkat) cəlb edilmiş şirkətlərin 40%-i hazırlanmış proqramlara özünü yoxlama, özünü diaqnostika və özünümüdafiə mexanizmləri quraşdırmaqla onları müdafiə edəcək.
Emil Hüseynov
Yaxın gələcəkdə informasiya təhlükəsizliyi bazarında hansı dəyişikliklər gözlənilir?
“Gartner” konsaltinq şirkəti yaxın gələcəkdə informasiya təhlükəsizliyi ilə bağlı gündəmdə olacaq bir neçə əsas problem haqda məlumat verib. Analitiklər şirkətlərə məlum təhdidləri daha səmərəli üsulla aradan qaldırmağı, yeni mühüm İT avadanlığın inkişafını diqqətlə izləməyi və "Əşyalar interneti"nin inkişafına qoşulmağı tövsiyə edirlər.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, kibertəhlükəsizlik sahəsində tədbirlərin həyata keçirilməsinin təxirə salınması şübhəli qənaətdir və şirkətin işinin pozulmasına səbəb ola bilər.
“Gartner” analitik şirkətinin proqnozuna əsasən, 2020-ci ilədək mövcud boşluqların 99%-i informasiya təhlükəsizliyi sahəsində işləyən mütəxəssislərə məlum olacaq və uğurlu kiberhücumların üçdə biri şirkətlərin məxfi İT resursları hesabına həyata keçiriləcək. Problem ondadır ki, yeni informasiya təhlükəsizliyi texnologiyalarının təşkilat və müəssisələrin işinə tətbiqi çox vaxt İT mütəxəssislər komandası tərəfindən əlavə yoxlama olmadan həyata keçirilir.
“Gartner” şirkətinin proqnozuna görə, 2018-ci ilə ictimai “bulud” sistemlərində məlumat itkisinin qarşısının alınması zərurəti hər bir ikinci şirkəti təhlükəsizliyin idarəsi üçün proqram hazırlamağa məcbur edəcək.
Şirkətin başqa bir proqnozuna əsasən, 2020-ci ilədək “DevOps” konsepsiyasına (tərtibatçı və İT bölmə arasında birgə işçi münasibətləri dəstəkləyən peşəkar hərəkat) cəlb edilmiş şirkətlərin 40%-i hazırlanmış proqramlara özünü yoxlama, özünü diaqnostika və özünümüdafiə mexanizmləri quraşdırmaqla onları müdafiə edəcək.
Emil Hüseynov
Baxış sayı: 688
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb