Tarix:01/07/16
Pitsa çatdıran pilotsuz uçan aparatlar
“London & Partners” şirkəti tərəfindən 2088 amerikalı arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, onların 66%-i düşünür ki, pitsa çatdıran dronlar gündəlik həyatımızın bir hissəsinə çevriləcək. ABŞ-da ən iri mağazalar çoxdandır, malların hava ilə daşınması üçün pilotsuz uçan aparatlardan istifadə etmək barədə düşünür.
Məsələn, “Amazon” şirkəti 3 üç il bundan əvvəl bağlamaların hava ilə 30 dəqiqə müddətində çatdırılması üçün “Prime Air” xidmətini sınaqdan keçirməyə başlamışdı.
2-3 il sonra evin qapısı önündə “hava” kuryerlərini gözləmək mümkün olacaq. İndiki qaydalar pilotsuz təyyarələrin kommersiya istifadəsini qadağan edir, ancaq ABŞ Federal Mülki Aviasiya İdarəsi artıq sözügedən qanunun yumşalması üzərində işləyir.
Sürücüsüz maşınlar dövrü yaxınlaşır
Amerikalıların 66%-i hesab edir ki, 2036-cı ilə süni intellektlə təchiz edilmiş maşınlar dövrü artıq real olacaq. “Google”, “Uber”, “Apple”, “Tesla” və Çinin “Baidu” şirkəti kimi İT nəhəngləri sürücüsüz avtomobillərin hazırlanması üzərində çalışırlar.
“Business Insider” nəşrinin qiymətləndirməsinə görə, 2020-ci ildə artıq 10 milyon sürücüsüz maşın yollarda hərəkət edəcək. "Ağıllı" avtomobilin dəyərinin azalması, həmçinin sürücüsüz nəqliyyatın tətbiqini nizama salan qanunların qəbulu bu bazarın inkişafını təmin edəcək.
Biohakinqin inkişafı
Amerikalıların 49%-i belə düşünür ki, küçədə öz dərisinin altına kommunikasiya çipi qurmuş insana rast gəlmək adi hala çevriləcək. Biohakinq elektronikanın implantasiyası yolu ilə insan bədəninin modernləşdirilməsidir, son illərdə populyarlaşır, ancaq hələ ki çox az sayda insan öz orqanizminə dəyişiklik etməyə risk edir.
ABŞ Transhumanizm Partiyasının lideri İştvan Zoltan bu istiqamətin ən parlaq nümayəndəsi sayılır. O, insan təbiətinin yaxşılaşdırılması üçün elmi-texniki irəliləyişin tətbiqini bəyənir. ABŞ prezidentliyinə namizəd olan Zoltanın əlinə qurulmuş “RFID” (“Radio Frequency Identification”) çipi ona qapıları açarsız açmağa imkan verir.
Kağız pullar yoxa çıxacaq
Rəyi soruşulanların 69%-i əmindir ki, nağdsız ödəniş texnologiyaları kağız pulları tamamilə məhv edəcək. Smartfonun köməyi ilə alış-verişin haqqını ödəməyə imkan verən “Apple Pay”, “Square”, “Samsung Pay” və “Android Pay” ödəmə xidmətləri inkişaf edir.
Elektron ödəniş texnologiyasının aktiv tərəfdarları informasiya texnologiyaları dövründə böyüyən və öz həyatlarını smartfonsuz təsəvvür etməyən nəsildir. Ekspertlərin proqnozuna əsasən, 2016-cı ilin nəticəsinə əsasən, mobil ödənişlərin ümumi həcmi 210% artacaq.
İlk klounlaşdırılmış insan
Amerikalılar belə düşünürlər ki, 2036-cı ildə ilk klounlaşdırılmış insan “dünyaya gələcək”. Hələ ki insanın genetik “kopyalanması” ilə bağlı heç bir hadisə qeydə alınmayıb, ancaq alimlər başqa məməlilərin kloununu uğurla yaratmağa davam edirlər. Məsələn, Cənubi Koreyada 100 min dollar məbləğinə itin (istənilən ölçü, yaş və cinsdə) klounlaşdırılması xidmətini təklif edən klinika fəaliyyət göstərir.
ABŞ Milli İnsan Genomu İnstitutunun alimləri bildiriblər ki, başqa varlıqlarla müqayisədə insanı klounlaşdırmaq texniki nöqteyi-nəzərdən daha mürəkkəbdir. Hətta əgər belə texnologiya peyda olsa belə, çətin ki, mənəvi-etik, dini və hüquq nöqteyi-nəzərindən geniş tətbiq olunsun.
Həkimə virtual ziyarət
Amerikalıların 65%-nin proqnozuna əsasən, 2036-cı ildə insanlar həkimlərə virtual ziyarət etməyə başlayacaqlar. Artıq bu gün ABŞ-da bir çox klinikalar telefon, elektron poçt və veb-kamera ilə tibbi konsultasiyalar təklif edərək distant xidməti təcrübədən keçirir. 20 il sonra isə pasiyentlər virtual reallıq eynəyi taxaraq həkimin qəbulunda olacaq.
Çap edilmiş insan orqanları
Respondentlərin 54%-nin fikrincə, “3D” çap texnologiyaları insan orqanlarının çapını reallığa çevirəcək dərəcədə təkmilləşdiriləcək. Canlı orqanizmin hüceyrələri “3D” printerdə "mürəkkəb" qismində istifadə ediləcək və printerlər lazımi ölçüdə orqanı yaradacaq. Ueyk Forest Universitetinin biomühəndisləri artıq heyvanlar üzərində laboratoriya şəraitində süni "böyüdülmüş" dəri, qulaq, sümük və əzələlərin implantasiyası ilə bağlı əməliyyat keçirirlər.
İnternetə çıxışı olan geyim
ABŞ sakinlərinin 58%-i hesab edir ki, 20 il sonra geyimlər internetə çıxışa malik olacaq.
Korporasiyalarda işləyəcək robotlar
Rəyi soruşulanların 39%-i əmindir ki, yaxın gələcəkdə süni intellektlə təchiz edilmiş robotlar böyük şirkətlərdə işləyəcək. Həm də belə robotlar adi işçi kimi deyil, rəhbər vəzifədə işləyəcək və özü müstəqil qərarlar qəbul edəcək.
Aeroportdan kosmosa uçmaq reallaşacaq
Amerikalıların 45%-nin proqnozuna görə, 2036-cı ildə birbaşa aeroportdan kosmosa uçmaq mümkün olacaq. ABŞ-da Elon Maskın rəhbərlik etdiyi “SpaceX” özəl şirkəti kommersiya kosmik daşımalarını həyata keçirir. 2016-cı ildə “SpaceX” şirkəti ilk dəfə “Falcon 9” raketinin birinci pilləsini okeanda qurulmuş platformaya endirməyə nail olub ki, bu da gələcəkdə kosmik uçuşların dəyərini xeyli azaltmağa imkan verəcək.
Süni intellektlə görüş
Amerikalı respondentlərin 35%-i hesab edir ki, 2036-cı ildə virtual oğlan dostları və rəfiqələri ilə görüşlər adi hala çevriləcək. Rəyi soruşulanların 33%-i proqnozlaşdırır ki, çat botlar və süni intellekt nə vaxtsa insanla canlı ünsiyyəti əvəz edəcək.
Emil Hüseynov
Dünya 2036-cı ildə
İnsan orqanlarını çap edən “3D” printerlər, dövriyyədən tamamilə çıxarılmış kağız pullar və pitsa çatdıran dronlar… ABŞ-da keçirilmiş sorğunun iştirakçıları 20 il sonra dünyanı məhz belə təsəvvür edirlər. ABŞ sakinləri, həmçinin 2036-cı il üçün dünya ilə bağlı öz proqnozlarını bölüşüb.Pitsa çatdıran pilotsuz uçan aparatlar

Baxış sayı: 735
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb