12px13px15px17px
Tarix:18/08/16

Gələcəyin kompüterləri elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər

Yarımkeçiricilər Sənayesi Assosiasiyasında (“SIA”) çalışan mütəxəssislərin sahənin inkişafı ilə bağlı proqnozuna əsasən, 20 il sonra kompüterlərə dünyada istehsal olunan elektrik enerjisindən daha çox enerji lazım olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti nat-geo.ru saytına istinadən yazır ki, 1965-ci ildə “Intel” kampaniyasından Qordon Mur inteqral sxemlərdə tranzistorların sayının mümkün artım əmsallarını proqnozlaşdırmışdı. İndi “Mur” qanunu kimi tanıdığımız bu proqnoza görə “silikon çiplərin hesablama gücü hər 18 ayda 2 dəfə artacaqdı”.

Onilliklər ərzində sənaye həqiqətən “Mur” qanununa müvafiq inkişaf edirdi və bu, yalnız tranzistorların ölçülərinin kiçilməsinə deyil, həm də mikroçiplərin böyük enerji sıxlığına səbəb olub. Ancaq “SIA” ekspertlərinin proqnozuna görə, 2021-ci ildə tendensiya dəyişəcək: tranzistorların ölçüsünü kiçiltmək maliyyə baxımından əlverişsiz olacaq.

Müasir mikroprosessorlar böyük sayda kontaktlardan ibarətdir və onların ümumi uzunluğu bir neçə kilometrə çata bilər. Onların məhsuldarlığı birbaşa temperatur rejimindən asılıdır ki, bu da öz növbəsində daha çox elektrik enerjisi tələb edir.

2035- 2040-cı illərdə kollaps baş verə bilər: insan ən güclü kompüter sistemlərinin məhsuldarlığını təmin edə bilməyəcək.

“SIA” ekspertlərinin fikrincə yeni texnologiyalar bu vəziyyətdən çıxış yoludur: artıq indi mühəndis və texnikləri məhsuldarlıq itkisi olmadan daha az enerji sərf edən mikrosxemlərin hazırlanması istiqamətinə yönəltmək lazımdır.

Emil Hüseynov




Baxış sayı: 788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024