Tarix:03/10/16
“ICTnews” Elektron Xəbər Xidməti “Payspacemagazine” resursuna istinadən yazır ki, hesabatda yaxın 5 ildə virtual reallıq bazarının əsaslı şəkildə dəyişərək çoxlu yeni qurğu, əlavə, resurs və rabitə xətlərinin yaranacağı vurğulanır.
Məlumata görə, texnologiyanın məqsədi insanlar üçün real dünyaya yaxın maksimum şərait yaratmaqdır. 2020-ci ilədək virtual sistemlərin inkişafı daha da güclənəcək. Getdikcə daha çox virtual reallıq qulaqcıq və kaskaları yaranacaq, onların qiyməti ucuzlaşacaq.
Hazırda virtual reallıq sistemləri hazırlanma mərhələsində olsa da, elektron ticarət şirkətləri, xüsusilə “eBay” artıq bu sahədə fəaliyyətə başlayıb. Yazda “eBay” Avstraliyanın “Myer” supermarketi ilə tərəfdaşlıqda ictimaiyyətə virtual alış-veriş üçün əlavə təqdim edib.
İnnovativ supermarket müxtəlif kateqoriyalı məhsullar təklif edir. İstifadəçi üçölçülü interfeysdə hərəkət edərək burada mallarla əyani şəkildə tanış ola bilir, mağaza isə onun marağına uyğun qurulur.
Nizam Nuriyev
2021-ci ilədək virtual reallıq qurğu istifadəçilərinin sayı 147 faiz artacaq
“OrbisResearch” analitik şirkəti 2016-2021-ci illərdə virtual reallıq qurğu istifadəçilərinin sayının 147 faiz artacağını açıqlayıb. Şirkət bu mövzu ilə bağlı “Virtual reallıq bazarına baxış: texnologiya, həll, resurs və alətlər” adlı hesabat dərc edib.“ICTnews” Elektron Xəbər Xidməti “Payspacemagazine” resursuna istinadən yazır ki, hesabatda yaxın 5 ildə virtual reallıq bazarının əsaslı şəkildə dəyişərək çoxlu yeni qurğu, əlavə, resurs və rabitə xətlərinin yaranacağı vurğulanır.
Məlumata görə, texnologiyanın məqsədi insanlar üçün real dünyaya yaxın maksimum şərait yaratmaqdır. 2020-ci ilədək virtual sistemlərin inkişafı daha da güclənəcək. Getdikcə daha çox virtual reallıq qulaqcıq və kaskaları yaranacaq, onların qiyməti ucuzlaşacaq.
Hazırda virtual reallıq sistemləri hazırlanma mərhələsində olsa da, elektron ticarət şirkətləri, xüsusilə “eBay” artıq bu sahədə fəaliyyətə başlayıb. Yazda “eBay” Avstraliyanın “Myer” supermarketi ilə tərəfdaşlıqda ictimaiyyətə virtual alış-veriş üçün əlavə təqdim edib.
İnnovativ supermarket müxtəlif kateqoriyalı məhsullar təklif edir. İstifadəçi üçölçülü interfeysdə hərəkət edərək burada mallarla əyani şəkildə tanış ola bilir, mağaza isə onun marağına uyğun qurulur.
Nizam Nuriyev
Baxış sayı: 530
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb