12px13px15px17px
Tarix:12/10/16

Avtomatlaşdırılmış “əşyalar interneti” bazarında kəskin artım qeydə alınacaq

“Research and Markets” ekspertlərinin qiymətləndirməsinə görə, 2020-ci ilə avtomatlaşdırılmış “əşyalar interneti” (“Internet of Robotic Things” – “IoRT”) bazarının həcmi 21,44 milyard dollara yaxınlaşacaq. Ekspertlərin sözlərinə görə, sözügedən bazarın inkişafı “IoRT” sahəsinin elektron ticarət biznesinə daxil olması ilə izah edilir.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, ekspertlərə görə, insanlarla əlaqəli şəkildə fəaliyyət göstərən sənaye robotları sahəsində daha yüksək göstəricilər qeydə alınacaq. İndi sənaye robotları müxtəlif sənaye seqmentlərində (qaynaq, rəngləmə, çeşidləmə və başqa) istifadə edilir.

Bundan başqa, ekspertlərin sözlərinə görə, 2015-ci ildə “IoRT”-ün ev robotları seqmentində böyük irəliləyiş qeydə alınıb. Gələcəyin perspektivi insanlara xidmət edəcək, gündəlik işlərdə ortaq kimi onlara kömək edəcək robotların yaradılmasıdır" – “Research and Markets” şirkətinin nümayəndəsi bildirib. Seqmentin artım səbəbi kimi ev robotlarının özü öyrənmək qabiliyyəti, planetin əhalisinin qocalması və urbanizasiya göstərilir.

Xatırladaq, bundan əvvəl eyni anda bir neçə nəhəng şirkət ev süni intellekti sahəsində öz həlləri haqda məlumat vermişdi. Məsələn, “Facebook”un qurucusu Mark Zukerberq robot köməkçi yaratmaq niyyətindədir. Onun sözlərinə görə, bu robot köməkçi səs komandaların köməyi ilə idarə olunacaq. O, musiqi, işıqlandırma sistemlərini işə salmaqla ev texnikasının idarəsində, işdə isə məlumatları vizuallaşdırmaqla şirkəti daha effektiv idarə etməkdə Zukerberqə yardımçı olacaq. Cari ildə “Google” şirkətinin “Deep Mind” adlı süni intellekti ilk dəfə “qo" oyununda insan üzərində qalib gəlməklə intellektual inqilab edib.

Cari ilin iyununda “Forbes” nəşrinin  jurnalistləri “Evans Data Corporation” analitiklərinin tədqiqat nəticələrini açıqlayıblar. Məlumata görə, indi proqramçıların 56.4%-i robotlar üçün proqramlar yazmaqla məşğuldurlar.

Emil Hüseynov




Baxış sayı: 584

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024