Tarix:26/10/16
Sözügedən analitik şirkətin proqnozuna əsasən, yaxın 20 ildə ilk tibbi yardım tanınmayacaq dərəcədə dəyişəcək. Avtomatik rejimdə pasiyentlərin vəziyyətini izləməyə imkan verən və ilk yardımın göstərilməsi zamanı insan amilini tamamilə istisna edən "sağlamlıq üzrə virtual şəxsi assistentlər" geniş populyarlıq qazanmağa başlayacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "infox.ru" saytına istinadən yazır ki, "Gartner"in proqnozuna görə, 2025-ci ilə bu virtual köməkçilər tibbi personalın bir hissəsini əvəz edəcəklər, çünki insanlar onları həkimlərlə müqayisədə daha həssas və dəqiq hesab edəcəklər. Belə ki, bir çox həkimlər etik davranış qaydalarına riayət etmirlər.
"Gartner"in ekspertləri bildiriblər ki, hazırda insanın orqanizmi və sağlamlıq vəziyyəti haqda informasiya aqreqatorları ən erkən inkişaf mərhələsindədir. Bu inkişaf mərhələsinin yüksək zirvəsi olacaq virtual köməkçilər öz inkişaf yolunda bir çox maneə ilə qarşılaşacaq.
Bu, artıq onların ilk tibbi yardım sahəsinə tətbiqini ləngidəcək, bəzi ölkələrdə maliyyə problemi və qanunvericiliklə bağlı çətinliklər, həmçinin bir sıra başqa maneələr ortalığa çıxacaq.
Emil Hüseynov
“Gartner”: “İlk tibbi yardım yüksək texnologiyaların təsiri altında dəyişəcək”
"Gartner" analitik şirkəti müasir yüksək və informasiya texnologiyalarının təsiri altında tibb sahəsinin inkişafı ilə bağlı öz proqnozunu təqdim edib.Sözügedən analitik şirkətin proqnozuna əsasən, yaxın 20 ildə ilk tibbi yardım tanınmayacaq dərəcədə dəyişəcək. Avtomatik rejimdə pasiyentlərin vəziyyətini izləməyə imkan verən və ilk yardımın göstərilməsi zamanı insan amilini tamamilə istisna edən "sağlamlıq üzrə virtual şəxsi assistentlər" geniş populyarlıq qazanmağa başlayacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "infox.ru" saytına istinadən yazır ki, "Gartner"in proqnozuna görə, 2025-ci ilə bu virtual köməkçilər tibbi personalın bir hissəsini əvəz edəcəklər, çünki insanlar onları həkimlərlə müqayisədə daha həssas və dəqiq hesab edəcəklər. Belə ki, bir çox həkimlər etik davranış qaydalarına riayət etmirlər.
"Gartner"in ekspertləri bildiriblər ki, hazırda insanın orqanizmi və sağlamlıq vəziyyəti haqda informasiya aqreqatorları ən erkən inkişaf mərhələsindədir. Bu inkişaf mərhələsinin yüksək zirvəsi olacaq virtual köməkçilər öz inkişaf yolunda bir çox maneə ilə qarşılaşacaq.
Bu, artıq onların ilk tibbi yardım sahəsinə tətbiqini ləngidəcək, bəzi ölkələrdə maliyyə problemi və qanunvericiliklə bağlı çətinliklər, həmçinin bir sıra başqa maneələr ortalığa çıxacaq.
Emil Hüseynov
Baxış sayı: 624
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb