Tarix:21/11/16
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, mütəxəssislər həm proqram təminatı, həm də aparatlarda müşahidə olunan nasazlıqları nəzərə alıblar. Onlar 2016-cı ilin 3-cü rübünün nəticəsinə görə, “iOS” və “Android” cihazlarında qeydə alınmış problemlərin sayını müqayisə ediblər.
Tədqiq edilmiş “Apple” qurğularının 62%-də nasazlıq müşahidə olunub, problemli “Android” cihazlarının payı 47% təşkil edib. “iOS” qurğuları arasında ən çox nasazlıq “iPhone 6” cihazında müşahidə olunub, “iPhone 5S” və “iPhone 6S” antireytinqdə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. “iPhone 4S” ən sabit qurğudur, bu modellə bağlı problemlər yalnız 2% təşkil edib.
“LeEco Le2” qurğusu “Android” mobil əməliyyat sistemi ilə işləyən cihazlar arasında ən problemli smartfondur.
“Xiaomi” şirkətinin “Redmi 3S” və “Redmi Note 3” qurğuları antireytinqdə ikinci və üçüncü yeri tutublar. Qabaqcıl “Samsung Galaxy S7 edge” qurğusu dördüncü yerdə qərarlaşıb.
Emil Hüseynov
Ən problemli smartfonlar bəlli olub
“Blannco Technology Group” analitik şirkəti smartfon və planşetlərdə nasazlıqların aşkar edilməsi üzrə tədqiqatın nəticələri ilə bağlı məlumat veriblər. Mütəxəssislərin məlumatına görə, “Android” cihazlarla müqayisədə “iPhone” qurğuları daha problemlidir.“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, mütəxəssislər həm proqram təminatı, həm də aparatlarda müşahidə olunan nasazlıqları nəzərə alıblar. Onlar 2016-cı ilin 3-cü rübünün nəticəsinə görə, “iOS” və “Android” cihazlarında qeydə alınmış problemlərin sayını müqayisə ediblər.
Tədqiq edilmiş “Apple” qurğularının 62%-də nasazlıq müşahidə olunub, problemli “Android” cihazlarının payı 47% təşkil edib. “iOS” qurğuları arasında ən çox nasazlıq “iPhone 6” cihazında müşahidə olunub, “iPhone 5S” və “iPhone 6S” antireytinqdə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. “iPhone 4S” ən sabit qurğudur, bu modellə bağlı problemlər yalnız 2% təşkil edib.
“LeEco Le2” qurğusu “Android” mobil əməliyyat sistemi ilə işləyən cihazlar arasında ən problemli smartfondur.
“Xiaomi” şirkətinin “Redmi 3S” və “Redmi Note 3” qurğuları antireytinqdə ikinci və üçüncü yeri tutublar. Qabaqcıl “Samsung Galaxy S7 edge” qurğusu dördüncü yerdə qərarlaşıb.
Emil Hüseynov
Baxış sayı: 560
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb