Tarix:07/12/16
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər aşağıdakı üç qurğu kateqoriyasını planşetlər sinfinə aid edirlər: “slate” modellər (sensor ekranla təchiz edilmiş klassik planşetlər), “Pro Slate” təkmilləşdirilmiş planşetləri (klaviatura ilə birgə işləyə bilərlər, sonuncu tədarük dəstinə daxil deyil və əlavə satın alınmalıdır), həmçinin çıxarılıb-taxılan klaviaturaya malik hibrid planşetlər. Mütəxəssislər “Apple iPad Air 2”, “Samsung Galaxy Tab S2”, “Huawei MediaPad M2” modellərini birinci, “iPad Pro”, “Google Pixel C”, “Microsoft Surface Pro 4” ikinci, “Asus Transformer Book T100HA”, “Microsoft Surface Book”, “E FUN Nextbook Flexx 10” qurğularını isə üçüncü yarımqrupa aid edirlər.
Mütəxəssislər “Windows” sisteminin mövqeyinin möhkəmlənməsini proqnozlaşdırırlar. Sözügedən əməliyyat sistemi ilə işləyən planşetlərin bazar payı 2016-2020-ci illərdə orta hesabla 9% artacaq. Nəticədə “Windows” planşetlərinin payı 15-dən 20%-dək yüksələcək. “Apple” qurğularında da artım gözlənilir: “iOS” sistemi ilə işləyən planşetlərin bazar payı 22%-dən 24%-dək artacaq. Ancaq “Android” platforması liderliyini qoruyub saxlayacaq: planşet bazarında “Google”un mobil platformasının payı 63%-dən 57%-dək azalacaq.
Emil Hüseynov
Analitiklər yaxın illərdə planşet bazarının 2%-lik artımını proqnozlaşdırırlar
Qlobal planşet bazarında ikiillik enişdən sonra bərpa əlamətləri müşahidə edilir. “Strategy Analytics” ekspertlərinin qiymətləndirməsinə görə, 2016-cı ildə 205.8 milyon səviyyəsində planşet tədarükü gözlənilir. 2017-ci ildə 1% səviyyəsində cüzi azalma qeydə alınacaq, bundan sonra 2020-ci ilədək planşet seqmentində orta artım müşahidə ediləcək. Təxmin edilir ki, hibrid modelləri, “Windows” planşetlərinin populyarlığı və korporativ istifadəçilərə satışların artımı hesabına proqnozlaşdırılan dövrün sonunadək planşet qurğularının tədarük həcmi 223.5 milyonadək artacaq. 2016-2020-ci illərdə orta illik artım tempi 2% təşkil edəcək.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər aşağıdakı üç qurğu kateqoriyasını planşetlər sinfinə aid edirlər: “slate” modellər (sensor ekranla təchiz edilmiş klassik planşetlər), “Pro Slate” təkmilləşdirilmiş planşetləri (klaviatura ilə birgə işləyə bilərlər, sonuncu tədarük dəstinə daxil deyil və əlavə satın alınmalıdır), həmçinin çıxarılıb-taxılan klaviaturaya malik hibrid planşetlər. Mütəxəssislər “Apple iPad Air 2”, “Samsung Galaxy Tab S2”, “Huawei MediaPad M2” modellərini birinci, “iPad Pro”, “Google Pixel C”, “Microsoft Surface Pro 4” ikinci, “Asus Transformer Book T100HA”, “Microsoft Surface Book”, “E FUN Nextbook Flexx 10” qurğularını isə üçüncü yarımqrupa aid edirlər.
Mütəxəssislər “Windows” sisteminin mövqeyinin möhkəmlənməsini proqnozlaşdırırlar. Sözügedən əməliyyat sistemi ilə işləyən planşetlərin bazar payı 2016-2020-ci illərdə orta hesabla 9% artacaq. Nəticədə “Windows” planşetlərinin payı 15-dən 20%-dək yüksələcək. “Apple” qurğularında da artım gözlənilir: “iOS” sistemi ilə işləyən planşetlərin bazar payı 22%-dən 24%-dək artacaq. Ancaq “Android” platforması liderliyini qoruyub saxlayacaq: planşet bazarında “Google”un mobil platformasının payı 63%-dən 57%-dək azalacaq.
Emil Hüseynov
Baxış sayı: 612
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb