Tarix:27/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Samsung” şirkəti düyməli aparatların ən böyük istehsalçısıdır. 2016-cı ildə Cənubi Koreya şirkəti 52,3 milyon telefon tədarük edib və bazar payı 13% təşkil edib.
“Nokia” telefonu ikinci yeri tutur. İndi Finlandiyanın “HMD Global” şirkəti bu brendin tanıdılması ilə məşğuldur. Finlandiya şirkəti 35,3 milyon düyməli telefon istehsal edib. “Nokia”nın smartfon bazarında çətinliklərlə qarşılaşmasına baxmayaraq Finlandiya brendi ənənəvi mobil telefonlar seqmentində öz nüfuzunu qoruyub saxlayır.
Smartfonların Afrika və Hindistan kimi inkişaf etməkdə olan regionlarda adi telefonları tədricən bazardan sıxışdırıb çıxarmasına baxmayaraq, əvvəlki kimi yüz milyonlarla düyməli aparat satılır. Ucuz qiymət və istifadə sadəliyi istehlakçıları bu tip qurğulara cəlb edir.
Emil Hüseynov
2016-cı ildə mobil telefonlar bazarında düyməli aparatların payı 21% təşkil edib
“Strategy Analytics” analitik şirkətinin məlumatına əsasən, 2016-cı ildə zəng etmə və “SMS” göndərmə funksiyasına malik 396 milyon adi telefon dünya bazarına çıxarılıb. Mütəxəssislərin hesablamasına görə, ötən il mobil telefonların qlobal tədarük həcmində (1.88 milyard) bu tip aparatların payı 21% təşkil edib. Analitiklərin məlumatına görə, ənənəvi düyməli telefonlar hələ də kifayət qədər populyardır: ötən il ərzində satılmış hər beş aparatdan biri bu kateqoriyaya aid olub.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Samsung” şirkəti düyməli aparatların ən böyük istehsalçısıdır. 2016-cı ildə Cənubi Koreya şirkəti 52,3 milyon telefon tədarük edib və bazar payı 13% təşkil edib.
“Nokia” telefonu ikinci yeri tutur. İndi Finlandiyanın “HMD Global” şirkəti bu brendin tanıdılması ilə məşğuldur. Finlandiya şirkəti 35,3 milyon düyməli telefon istehsal edib. “Nokia”nın smartfon bazarında çətinliklərlə qarşılaşmasına baxmayaraq Finlandiya brendi ənənəvi mobil telefonlar seqmentində öz nüfuzunu qoruyub saxlayır.
Smartfonların Afrika və Hindistan kimi inkişaf etməkdə olan regionlarda adi telefonları tədricən bazardan sıxışdırıb çıxarmasına baxmayaraq, əvvəlki kimi yüz milyonlarla düyməli aparat satılır. Ucuz qiymət və istifadə sadəliyi istehlakçıları bu tip qurğulara cəlb edir.
Emil Hüseynov
Baxış sayı: 622
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb