12px13px15px17px
Tarix:13/03/17

İstifadəçilər "ağıllı" qurğulara etibar etmirlər

İstifadəçilərin əksəriyyəti "Əşyalar interneti" qurğularına (“IoT”) ehtiyatla yanaşırlar. “Gartner” şirkətinin araşdırmasına əsasən, istifadəçilərin 66%-i onların danışıqlarının “IoT” qurğuları tərəfindən dinlənilməsindən narahatdırlar. KİV-də uşaqları izləyən oyuncaqlar barəsində yayılmış xəbər belə təhlükələrin əsassız olmadığına dəlalət edir.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Gartner” analitik şirkəti tərəfindən 2016-cı ilin ikinci yarımilliyində keçirilmiş internet sorğuda Böyük Britaniya, ABŞ və Avstraliyadan təxminən 10 min sakin iştirak edib. Sorğunun nəticələrinə əsasən, istifadəçilər hələ ki "ağıllı" evlər satın almaq barəsində düşünmürlər. Sorğu iştirakçılarının əksəriyyəti “IoT” qurğularının məlum üstünlüklərinə baxmayaraq onları satın almağa lüzum görmürlər.

Respondentlərin 75%-i evlərindəki temperatur və işıqlandırmanı sərbəst tənzimləməyə üstünlük verir və rəyi soruşulanların yalnız 25%-ni onların istəklərini proqnozlaşdıran və müvafiq sazlamaları avtomatik quran “ağıllı” cihazlar ideyası cəlb edir.

Sorğu iştirakçılarının 18%-i mühafizə firmalarını şübhəli aktivlik barədə avtomatik xəbərdar edən "ağıllı" siqnalizasiya (“Gartner”in məlumatına görə, hazırda ən populyar “IoT” cihazdır) sistemlərindən istifadə edir. Respondentlərdən 11%-nin evində ev sahiblərinin şübhəli aktivliyi barədə xəbərdar edən siqnalizasiya sistemi qurulub. Rəyi soruşulanların 9%-i işıqlandırma və istilik sisteminin idarə edilməsi üçün ev avtomatlaşdırma sistemlərindən istifadə edir.

Emil Hüseynov




Baxış sayı: 352

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024