Tarix:31/03/17
Bu şirkət avtomatik ikilik təhlil texnologiyasının köməyi ilə 9 ən populyar messencerin kodunu yoxlayıb: “Telegram”, “WhatsApp”, “Viber”, “Facebook Messenger”, “Signal”, “Slack”, “Skype”, “WeChat” və “QQ International”. Məlum olub ki, yalnız “Android” platformasında işləyən “Signal” messenceri kritik boşluqlara malik deyil. Ancaq sözügedən messencerin kodunda 6 orta səviyyəli və 7 aşağı səviyyəli səhv aşkar edilib. “Facebook Messenger” və “Slack” messencerlərinin kodunda 4 kritik boşluq, digərlərində isə daha çox boşluq tapılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Android” mobil əməliyyat sistemində işləyən messencerlərdə ən geniş yayılmış kritik boşluqlara şifrləmə və xeşləmə üzrə zəif alqoritmlər, SSL-in təhlükəli reallaşdırmaları, boş parollardan istifadəni göstərmək olar. Bu səhvlər qurğuda saxlanılan loqin və parolların oğurlanması riskini artırır.
Messencerlərin “iOS” versiyaları “Android” kliyentlərlə müqayisədə daha zəifdirlər. Məsələn, “Solar Security” şirkətinin mütəxəssisləri “Facebook Messenger”in “iOS” versiyasında 12, “Viber”də 15, “Skype” 17 kritik boşluq aşkar ediblər. Ən çox boşluq Çinin “QQ International” və “WeChat” messencerlərində aşkar edilib. Şirkətin mütəxəssisləri hesab edirlər ki, messencerlərin “iOS” versiyalarında daha çox səhv aşkar edilməsi onunla əlaqədardır ki, “Android” tərtibatçıları təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşırlar.
Messencerlərin nümayəndələri təhlükəsizliklə bağlı informasiyanı təsdiq etməyərək bildiriblər ki, bütün məhsullar müntəzəm yoxlamadan keçir.
Emil Hüseynov
Hansı messencer daha təhlükəsizdir?
“Solar Security” şirkətində çalışan mütəxəssislərin qənaətinə görə, bütün populyar messencerlər haker hücumlarına qarşı dayanıqsızdır.Bu şirkət avtomatik ikilik təhlil texnologiyasının köməyi ilə 9 ən populyar messencerin kodunu yoxlayıb: “Telegram”, “WhatsApp”, “Viber”, “Facebook Messenger”, “Signal”, “Slack”, “Skype”, “WeChat” və “QQ International”. Məlum olub ki, yalnız “Android” platformasında işləyən “Signal” messenceri kritik boşluqlara malik deyil. Ancaq sözügedən messencerin kodunda 6 orta səviyyəli və 7 aşağı səviyyəli səhv aşkar edilib. “Facebook Messenger” və “Slack” messencerlərinin kodunda 4 kritik boşluq, digərlərində isə daha çox boşluq tapılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Android” mobil əməliyyat sistemində işləyən messencerlərdə ən geniş yayılmış kritik boşluqlara şifrləmə və xeşləmə üzrə zəif alqoritmlər, SSL-in təhlükəli reallaşdırmaları, boş parollardan istifadəni göstərmək olar. Bu səhvlər qurğuda saxlanılan loqin və parolların oğurlanması riskini artırır.
Messencerlərin “iOS” versiyaları “Android” kliyentlərlə müqayisədə daha zəifdirlər. Məsələn, “Solar Security” şirkətinin mütəxəssisləri “Facebook Messenger”in “iOS” versiyasında 12, “Viber”də 15, “Skype” 17 kritik boşluq aşkar ediblər. Ən çox boşluq Çinin “QQ International” və “WeChat” messencerlərində aşkar edilib. Şirkətin mütəxəssisləri hesab edirlər ki, messencerlərin “iOS” versiyalarında daha çox səhv aşkar edilməsi onunla əlaqədardır ki, “Android” tərtibatçıları təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşırlar.
Messencerlərin nümayəndələri təhlükəsizliklə bağlı informasiyanı təsdiq etməyərək bildiriblər ki, bütün məhsullar müntəzəm yoxlamadan keçir.
Emil Hüseynov
Baxış sayı: 379
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Elektron bələdçi
- Azərbaycanlı alimlər beynəlxalq meyarlar aynasında
- Konturların qiyməti ni kim artırıb?!
- “Samsung Electronics” şirkəti 2011-ci ildə 300 milyon mobil telefon satdı
- Plastik kartlardan niyə səmərəli istifadə edilmir?
- Ötən il Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişaf dövrü oldu
- İT rəhbərləri 2012-ci ilin əsas texnoloji trendlərini müəyyənləşdirib
- Texnologiya nəhəngləri lobbiçilik fəaliyyətinə milyonlar xərcləyirlər
- İş yerlərində texnologiyalardan istifadə ilə bağlı qanun layihəsi hazırlanır
- Sərt disk bazarındakı defisit niyə aradan qaldırılmır?
- “Nokia” şirkəti 1 milyard avro dəyərində zərərə məruz qalıb
- “Samsung” şirkətinin rüblük nəticələri proqnozları üstələyib
- Yüksək gəlirli işçilər “Apple” məhsullarından istifadə edir
- İnkişaf etməkdə olan ölkələr günəş enerjisinə ümid edirlər
- “Amazon”un təmiz mənfəəti 2 dəfə azalıb